Təhsil 

Distant iş ixtisarlara yol aça bilərmi? Yeni qanunun riskləri və imkanları haqda DETALLAR

Əmək funksiyalarının məsafədən (distant) iş formasında yerinə yetirilməsi ilə əlaqədar əmək şəraitinin əlavə şərtləri tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsi ilə müəyyən ediləcək. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, məsafədən (distant) iş əmək funksiyasının məsafədən icrasına imkan verən vasitələrlə (elektron, proqram-texniki, telekommunikasiya vasitələri və s.) müəssisədən və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerlərindən kənarda (işlərin görülməsi (xidmətlərin göstərilməsi) üçün münasib olan digər yerdə) yerinə yetirilməsidir. Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib. Azərbaycanda distant iş modeli…

Read More
Təhsil 

Bu universitetlər bölgələrə köçürülə bilər

Təhsil eksperti: “Artıq məsələ ilə bağlı qəti addımlar atılmalıdır” 2025-ci ildə Azərbaycan əhalisi yalnız 0,3% artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-oktyabr aylarında əhalinin sayı 32 109 nəfər artaraq 0,3% artım göstərib. Ümumilikdə, 2025-ci il noyabrın 1-i vəziyyətinə əhalinin sayı 10 256 998 nəfərə çatıb. Statistik göstəricilərdən də görünür ki, əvvəlki illərlə müqayisədə əhali artımında azalma müşahidə olunur. Belə ki, 2024-cü ilin yanvar-noyabr aylarında əhali 37 766 nəfər, yəni 0,4% artmışdı, 2023-cü ildə isə artım 53 625 nəfər, yəni 0,5% təşkil etmişdi. Nəticə onu göstərir ki, Azərbaycan əhalisi…

Read More
Təhsil 

Bu imtahanın nəticələri nə zaman açıqlanacaq? – RƏSMİ

Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanı üzrə onlayn platformanın ictimaiyyətə təqdim olunmasından ötən müddətdə 780 nəfər sınaqda iştirak edib. Bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, hazırda sınaq prosesində iştirak etmiş şəxslərin nəticələrinin emalı yekunlaşıb: “Yaxın vaxtlarda iştirakçıların imtahan nəticələri onların qeydiyyat zamanı göstərdikləri elektron poçt ünvanlarına göndəriləcək”. Qeyd edək ki, Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanının onlayn platforması 17 mart 2025-ci il tarixində sınaq məqsədilə istifadəyə verilib. Sınaq prosesinin əsas məqsədi onlayn platformanın işləkliyini yoxlamaq, imtahanda dinləmə, oxu, danışma, yazı bacarıqlarının qiymətləndirilməsi üçün istifadə olunan…

Read More
Region Xəbərləri Təhsil 

Bərdədə “Böyük Qayıdış” mövzusunda görüş keçirilib.

Tədbir Qarabağ Regional Gənclər və İdman İdarəsinin Bərdə rayonu üzrə gənclər və idman sektorunun və Bərdə Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Bərdə rayon E.Əsədov adına Türkmən kənd tam orta məktəbində “8 Noyabr – Zəfər Günü” münasibəti ilə keçirilib. Öncə xalqımızın ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni iştirakçılar tərəfindən səsləndirilib. Tədbiri giriş sözü ilə Bərdə rayon E.Əsədov adına Türkmən kənd tam orta məktəbin direktoru Nərgiz Həsənova açaraq gündəlikdə olan “Böyük Qayıdış” mövzusu…

Read More
Təhsil 

Müəllimlərin maaşı ilə bağlı VACİB AÇIQLAMA

Məlum olduğu kimi, Azərbaycanda müəllimlərin əməkhaqqı dərs saatına deyil, iş saatına uyğun müəyyənləşdiriləcək. Bəs əməkhaqqının dərs saatına deyil, iş saatına görə verilməsinin hansı əhəmiyyəti var? Digər ölkələrdə bu məsələ necə tənzimlənir? Mövzu ilə bağlı təhsil mütəxəssisi Kamran Əsədov Musavat.com-a danışıb. Mütəxəssis qeyd edib ki, yeni qərar həm iqtisadi, həm sosial, həm də pedaqoji baxımdan ciddi dönüş yarada biləcək bir addımdır: “Təhsil sistemində ən mühüm islahatlardan biri müəllim əməyinin düzgün qiymətləndirilməsidir. Azərbaycanda müəllimlərin əməkhaqqının dərs saatına deyil, iş saatına əsasən müəyyənləşdirilməsi qərarı həm iqtisadi, həm sosial, həm də pedaqoji baxımdan ciddi dönüş…

Read More
Təhsil 

DİM məlumat YAYDI – 28 oktyabrdan BAŞLAYIR

Dövlət İmtahan Mərkəzində (DİM) Azərbaycan dili, ingilis dili, rus dili və informatika fənlərindən hazırlıq kurslarına qeydiyyat başlayır. Bu barədə Musavat.com-a DİM-dən məlumat verilib. Bildirilib ki, hazırlıq kurslarında müəllimlər, metodistlər və pedaqoji yönlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və həmin istiqamətdə təhsilini davam etdirən magistrlər də iştirak edə bilərlər. Qeydiyyat 28 oktyabr 2025-ci il tarixindən 1 fevral 2026-cı il saat 23:59-dək aparılır. Hazırlıq kurslarında iştirak üçün nəzərdə tutulmuş ödəniş məbləği 100 (yüz) manatdır. Kurslarda iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet“lərini yaratmalıdırlar. Kabinet yaradılan…

Read More
Təhsil 

Müəllimin 8 saatlıq iş rejimi bizə nə vəd edər? – AÇIQLAMA

“Bu günlərdə müzakirə edilən məsələlərdən biri də müəllimlərin digər peşə sahibləri kimi məktəbdə müəyyən olunmuş iş rejimi – yəni ölkəmizdə qəbul edilmiş 8 saatlıq iş günü prinsipi ilə çalışması fikridir. Bilməyənlər üçün qeyd edim ki, hazırda ölkəmizdəki ümumtəhsil müəssisələrində müəllimlər iki əsas statusla fəaliyyət göstərirlər: ştat və saathesabı”. Bu barədə təhsil texnoloqu, dosent Şəmil Sadiq danışıb. Onun sözlərinə görə, əslində, bu iki mexanizm hüquqi cəhətdən fərqli olsa da, faktiki fəaliyyət forması baxımından demək olar ki, eynidir: “Yəni istər ştatda, istərsə də saathesabı çalışan müəllimlər yalnız dərs saatlarında məktəbdə olur, dərslərini deyib gedirlər.…

Read More
Təhsil 

Bakıda bir neçə məktəbin adı dəyişdirildi

Bakıda fəaliyyət göstərən bəzi məcburi köçkün məktəblərinin adları dəyişdirilib. Musavat.com teleqraf-a istinadən xəbər verir ki, həmin məktəblər Qarabağ Regional Təhsil İdarəsinin tabeliyindən çıxarılaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyinə verilib. Dəyişikliyə əsasən Ramana qəsəbəsində fəaliyyət göstərən Malıbəyli kənd tam orta məktəbi bundan sonra Bakı şəhəri 339 nömrəli tam orta məktəb adlanacaq. Həmçinin 9 saylı Şuşa tam orta məktəbinin adı Bakı şəhəri 343 nömrəli tam orta məktəb, Füzuli rayon 4 nömrəli tam orta məktəbi isə Bakı şəhəri 199 nömrəli tam orta məktəb olaraq dəyişdirilib.

Read More
Təhsil 

Bu müəllimlərə maaşdan əlavə pul veriləcək

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən ali təhsil müəssisəsində çalışan bir qrup müəllimə pul veriləcək. Musavat.com xəbər verir ki, agentlik ümumilikdə 24 ali məktəb müəllimi ilə müqavilə bağlayıb. Bağlanmış müqavilələrə əsasən, ali təhsil müəssisəsində təşkil olunacaq proqram akkreditasiyanın qiymətləndirilməsi işlərinə cəlb olunmuş aşağıdakı müəllimlərə qeyd olunan məbləğdə pul veriləcək: 1)Əliyeva Leyla Xudat – 900 AZN 2) Talıbova Esmira Şirin qızı – 750 AZN 3) Mirzəli Röya Nəriman qızı – 750 AZN 4) Saribəyli Fidan Ramiz qızı – 750 AZN 5) Həsənov Samir Hüseynağa oğlu – 750 AZN 6) Məmmədova Günay…

Read More
Təhsil 

Xarici tələbələr niyə təhsil üçün Azərbaycanı seçmirlər?

Son illər Azərbaycan ali təhsil müəssisələrinə qəbul olan xarici tələbələrin sayı artsa da, bu göstərici region ölkələri ilə müqayisədə hələ də aşağıdır. Təhsil eksperti Yusif Cəfərov BiG.AZ-a bildirib ki, ilk növbədə, Azərbaycan universitetlərinin beynəlxalq reytinqlərdə mövqeyi hələ istənilən səviyyədə deyil: “Dünya universitetləri arasında yer tutmaq, tədris proqramlarını beynəlxalq standartlara uyğunlaşdırmaq və diplomların xaricdə tanınmasını təmin etmək vacibdir. Bu sahədə müəyyən addımlar atılsa da, hələ genişmiqyaslı nəticə əldə olunmayıb. Bir çox ölkələr xarici tələbələr üçün xüsusi təqaüd proqramları, sosial dəstək və aktiv reklam kampaniyaları həyata keçirir. Azərbaycanın təhsil potensialı var, lakin onun…

Read More