Təhsil 

Bu gündən ibtidai siniflərin 5 günlük yaz tətili başlayıb

Ümumi təhsil məktəblərində məktəbəhazırlıq qrupları və ibtidai siniflərdə yaz tətilinə start verilib. Bu barədə Musavat.com-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Qeyd edilib ki, Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti” barədə müvafiq Qərarına əsasən ümumtəhsil məktəblərində məktəbəhazırlıq qrupları və ibtidai siniflərdə yaz tətili 1-5 may tarixlərini əhatə edəcək. ️Qeyd edək ki, tətildən sonra ilk dərs günü 6 may tarixinə təsadüf edəcək.

Read More
Təhsil 

Bu gündən birinci siniflərə şagird qəbuluna başlanılır

Bu gündən 2025–2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən “İki sahil”ə verilən məlumata görə, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq. Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir. Abşeron rayonu, Bakı, Sumqayıt və Gəncə şəhərlərində Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi mayın 6-dan iyunun 5-dək prioritetli mərhələdə aparılacaq. Tədrisi digər dillərdə aparılan bölmələr üzrə isə seçim iyunun 17-dən iyulun 17-dək keçiriləcək. Bu müddətdən sonra həmin məktəblərə artıq prioritet statusu olmadan seçim etmək mümkün…

Read More
Təhsil 

UNEC ilə Baş Prokurorluğun Elm-Tədris Mərkəzi arasında memorandum imzalanıbFOTO

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Tədbirdə UNEC-in rektoru, professor Ədalət Muradov, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi, baş ədliyyə müşaviri Talıb Cəfərov, universitetin və mərkəzin əməkdaşları iştirak ediblər. Memorandumun məqsədi qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın qurulması, birgə elmi-praktiki fəaliyyətin təşkili və təcrübə mübadiləsinin həyata keçirilməsidir. Memorandum çərçivəsində elmi konfransların, dəyirmi masaların və digər akademik tədbirlərin, layihələrin təşkili, elmi məqalələrin, tədris-metodiki vəsaitlərin və digər mətbu nəşrlərin hazırlanması, rəqəmsal ekspertiza və kiber təhlükəsizlik kimi sahələrdə birgə fəaliyyət, həmçinin müasir tədris…

Read More
Təhsil 

Qlobal bilik indeksində Azərbaycanın 100-cü yeri

Bilik dövründə biliksiz qalmaq təhlükəsi… Qlobal Bilik İndeksinin (Global Knowledge Index – GKI) 2024-cü il nəticələri açıqlanıb. Təhsil, elm, texnologiya, innovasiya və infrastruktur kimi sahələri qiymətləndirən bu indeks ölkələrin bilik iqtisadiyyatını necə inkişaf etdirdiyini göstərir. Təəssüf ki, Azərbaycan bu reytinqdə 141 ölkə arasında 100-cü yerdə qərarlaşıb. Üstəlik, qonşu ölkələr – Gürcüstan 53-cü, Ermənistan isə 64-cü yerdədir. Fərq nəinki böyükdür, həm də düşündürücüdür. Bütün göstəricilər üzrə qonşu və keçmiş sovet ölkələrinin hamısından gerilik müşahidə olunur. Çox ciddi problemlərlə üzləşmə təhlükəsi gözlənilir. Ölkə bilik iqtisadiyyatını inkişaf etdirməkdə çətinliklərlə üzləşir. Reytinqə liderlik edən…

Read More
Təhsil 

Dövlət, yoxsa özəl universitetləri seçək? – İLGİNC TƏHLİL

Azərbaycanda ali təhsil seçimi zamanı abituriyent və valideynlərin çoxu hələ də dövlət universitetlərinə üstünlük verir. Musavat.com-un xəbərinə görə, təhsil eksperti Kamran Əsədov qeyd edib ki, 1000 nəfər arasında apardığı sorğunun nəticələrinə əsasən, respondentlərin böyük əksəriyyəti “dövlət universitetinə üstünlük verirəm” deyib. Maraqlıdır ki, cavab verənlərin əksəriyyəti bu üstünlüyün səbəbini izah edə bilmir. Kamran Əsədovun sözlərinə görə, seçimlər daha çox adət və stereotiplərə əsaslanır: “Bugünkü şəraitdə özəl və dövlət universitetlərinin təhsili, diplomu arasında elə bir fundamental fərq yoxdur. Hər ikisinin yaxşısı da var, pisi də – bu, artıq şəxsi keyfiyyətlərə və universitetin…

Read More
Təhsil 

Universitetlərə qəbul planı artırılacaq – Ekspert deyir ki…

Kamran Əsədov: “DİM abituriyentin taleyini son anda, təsadüfi qərarla həll edən bir mərkəz olmamalıdır, əksinə…” “Qəbul planı DİM-ə təqdim olunan kimi Nazirlər Kabinetinə məlumat verilir”. Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, hazırda ali təhsil müəssisələrinə qəbul planı hələ təqdim olunmayıb: “Hazırda yalnız kolleclərə qəbul üzrə plan yerlərinin sayı DİM-in əlində mövcuddur. Bu göstəricilərə əsasən isə kolleclərə qəbul planında elə də böyük dəyişiklik müşahidə olunmur”. Universitetlərə qəbul planını artırmağa ehtiyac varmı? Müşahidəçilərə görə, ilbəil abituriyentlərin bilik səviyyəsi aşağı düşür və az qala 200 balla tələbə…

Read More
Təhsil 

Bu fənnin müəllimləri də sertifikasiyaya CƏLB EDİLƏCƏK

Azərbaycanda yay aylarında müəllimlərin növbəti sertifikasiya imtahanının keçirilməsi nəzərdə tutulub. Sertifikasiyaya biologiya, kimya, coğrafiya, informatika və fizika müəllimləri cəlb olunacaq. 2022-2024-cü illər ərzində 65 min nəfərə yaxın müəllim sertifikatlaşdırmaya cəlb edilib. İndiyə kimi sertifikatlaşdırma prosesini uğurla keçmiş müəllimlərin ümumi sayı 55 min nəfər olub. Nazirlər Kabinetinin qərarına uyğun olaraq, sertifikatlaşdırmada uğur qazanmış 38 min müəllimin əməkhaqqına 10%, 17 min müəllimin əməkhaqqına isə 35 faiz əlavə tətbiq edilib. Nəticədə maaşına 10% əlavə olunan müəllimlərin orta aylıq əməkhaqqı 980 manat, maaşına 35% əlavə olunan müəllimlərin orta aylıq əməkhaqqı isə 1295 manat təşkil…

Read More
Təhsil 

Məktəblərdə son tətil başlayır – BU TARİXLƏRDƏ

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili 5 günlük (1-5 may) başlayacaq. BAKU.WS-in məlumatına görə, ibtidai siniflər üçün mayın 6-sı dərs günüdür. Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Tədris ilinin birinci yarımili 15 sentyabr – 26 yanvar, ikinci yarımili isə 1 fevral – 14 iyun tarixlərini əhatə edir. 16-20 noyabr payız tətili, 27-31 yanvar qış tətili, 1-5 may ibtidai siniflər üçün əlavə…

Read More
Təhsil 

Müəllimlərin sertifikasiya imtahanında suallar çətin OLMAYACAQ

Azərbaycanda yay aylarında müəllimlərin növbəti sertifikasiya imtahanının keçirilməsi nəzərdə tutulub. Sertifikasiyaya biologiya, kimya, coğrafiya, informatika və fizika müəllimləri cəlb olunacaq. 2022-2024-cü illər ərzində 65 min nəfərə yaxın müəllim sertifikatlaşdırmaya cəlb edilib. İndiyə kimi sertifikatlaşdırma prosesini uğurla keçmiş müəllimlərin ümumi sayı 55 min nəfər olub. Modern.az-a açıqlamasında elm və təhsil eksperti Kamran Əsədov deyib ki, sertifikasiya prosesi Azərbaycan təhsili üçün ciddi və təhsilin sağlamlaşdırılmasına xidmət edən prosesdir: “Müəllimlər üçün bu dövr biraz gərgin və həlledici mərhələdir. Öz fənnini tədris edən müəllimə imtahana hazırlaşmaq doğru olmasa da bilirik ki, imtahanda daha yüksək…

Read More
Təhsil 

Həftəsonu 51 mindən yuxarı şagird imtahan verəcək

Dövlət İmtahan Mərkəzi 27 aprel 2025-ci il tarixində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirəcək. Mərkəzdən Musavat.com-a verilən məlumata görə, imtahan saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar. İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur. Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: – İmtahana buraxılış vərəqəsi; – Şəxsiyyəti təsdiq edən sənədin…

Read More