Təhsil 

On minlərdən yalnız 20-si – Mart imtahanlarına sözardı

Ekspertə görə, sual tiplərində və abituriyentlərin hazırlıq səviyyəsindəki dəyişikliklər nəticələrə təsir göstərib Tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 9-da keçirilən buraxılış imtahanının nəticələri elan olunub. Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, imtahan iştirakçıları arasında 20 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı) həmçinin mobil operatorlar (Azərsel, Baksel, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni (8 rəqəmli şagird kodunu) 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. Bu imtahanda iştirakı nəzərdə tutulan 58 min 732 nəfərdən 407 nəfər imtahana gəlməyib. İmtahan qaydalarını…

Read More
Təhsil 

BŞTİ-də yeni təyinatlar

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) yeni təyinatlar həyata keçirilib. ARANTV.AZ  xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova bununla bağlı əmr imzalayıb. Əmrə əsasən, Zinyət Əmirova BŞTİ-nin Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri, Kənan Hüseynov isə Təminat, təchizat və təsərrüfat sektorunun müdiri vəzifəsinə təyin edilib. Bu təyinata qədər Z.Əmirova Dövlət İmtahan Mərkəzində, K. Hüseynov isə MÜTDA-da çalışıb.

Read More
Təhsil 

Beş paytaxt məktəblisi buraxılış imtahanlarında maksimum nəticə göstərib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin beş şagirdi buraxılış imtahanlarında maksimum nəticə göstərib. Bu barədə Musavat.com-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, martın 9-da keçirilmiş buraxılış imtahanlarının (XI sinif üzrə) nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 313 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Fərid Mehdiyev, 263 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Fatimə Abbaslı, 138 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Nuray Sadıqzadə, 204 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Müzəffər Qoşqarov, 89 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Aişə Bağırova 300 bal toplayıblar. Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə…

Read More
Region Xəbərləri Təhsil 

Bərdədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Komissiyanın növbəti tədbiri keçirilib

Bərdə Rayon İcra Hakimiyyəti yanında yaradılmış Ailə, Qadın və Uşaq Problemləri üzrə Komissiyanın təşkilatçılığı və A.Süleymanov adına Şorəlli kənd tam orta məktəbin dəstəyi ilə “Kəndlərdə yaşayan qadınların ictimai həyatda fəal iştirakının təmin edilməsi” mövzusunda tədbir keçirilib. Tədbirdə komissiyanın sədri Səfurə Hümbətova, üzvləri Tamilla İbadova, Liza Cabbarova, həmçinin Şorəlli kənd məktəbinin direktoru Gülnarə Əliyeva, məktəbin psixoloqu Aynur Nağıyeva, təlim-tərbiyə işləri üzrə direktor müavini Kəmalə Zeynalova və kənd qadınları iştirak ediblər. İştirakçılara kəndin sosial-ictimai həyatında fəal iştirakın təmin edilməsi məqsədi ilə bacarıq və potensiallarını inkişaf etdirməkləri haqqında məsləhətlər verilib, iştirakçılara cəmiyyətdə fəal…

Read More
Təhsil 

Daha 20 şagird 300 bal topladı (SİYAHI)

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 9 mart 2025-ci il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. Bu barədə Qaynarifo-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib. İmtahan iştirakçıları arasında 20 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Onlardan 10-u qız, 10-u oğlandır. Həmin şagirdlərin siyahısını təqdim edirik:

Read More
Təhsil 

Abituriyentlərin NƏZƏRİNƏ: Elan edildi

Ali təhsil müəssisələrinə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı elan edilib. Bu barədə DİM-dən məlumat verilib. I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər 2025-ci il aprelin 17-dən 1 may saat 23:59-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (https://www.e-gov.az/az/services/read/3148/2) daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməlidirlər. Bu il tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə buraxılış imtahanı vermiş, lakin 20 fevral – 5 mart tarixlərində…

Read More
Təhsil 

UNEC-də “Əmək Bazarına Hazırlıq İndeksi” layihəsinin təqdimatı olub

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin yeni layihəsi, “Əmək bazarına hazırlıq indeksi”nin təqdimatı və müzakirəsi keçirilib. Bu barədə Musavat.com-a universitetdən məlumat verilib. Tədbirdə rektor Ədalət Muradov UNEC ilə Agentlik arasında əməkdaşlığın genişləndirilməsindən, qeyri-akademik transkriptin tətbiqi sahəsində görülən işlərdən və qarşıda duran hədəflərdən danışıb. O, ölkəmizdə ilk dəfə tətbiq olunan və tələbələrin çoxşaxəli bacarıqlarını qiymətləndirməyə yönələn “Əmək Bazarına Hazırlıq İndeksi”nin əhəmiyyətini vurğulayıb. Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev UNEC-in daim yeniliyə açıq və tərəfdaşlığa hazır universitet olduğunu qeyd edərək, yeni layihə haqqında…

Read More
Təhsil 

“Dərslər hibrid modelə keçməlidir” – Ekspert

“Hər dəfə hava sərt keçəndə, yollar bağlananda, nəqliyyat iflic olanda eyni mənzərə təkrarlanır: məktəblər rəsmi bağlanmır, amma universitetlər, məktəblər dərs keçə bilmir, müəllim və tələbələr sinfə gedə bilmir. Bu, artıq tək-tük hal yox, sistemli problemlərin üzə çıxdığı nöqtədir. Hər yağış təhsili iflic etməməlidir”. ARANTV.AZ  bildirir ki, bu barədə təhsil eksperti Kamran Əsədov deyib. Ekspert qeyd edib ki, təhsil təsadüflərə, hava şəraitinə və logistika imkanlarına tabe olmamalıdır: “Artıq dünyanın bir çox ölkəsində fövqəladə hallarda dərslərin hibrid və ya onlayn formada keçirilməsi qanunla tənzimlənir və tətbiq olunur. Pandemiya dövründə Azərbaycanda da bu…

Read More
Təhsil 

Məktəb və bağçalarda tətil elan edilir? -TƏCİLİ AÇIQLAMA

Ümumi və məktəbədəqədər təhsil müəssisələrində təlim-tədris prosesi ənənəvi qaydada davam edəcək. ARANTV.AZ  xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb. Bildirilib ki, ölkə ərazisində müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar yaranan xüsusi hallarla bağlı Agentliyə və Agentliyin yerli təhsili idarəetmə bölmələrinə daxil olan müraciətlər operativ şəkildə qeydiyyata alınır və təhlillər aparılır. “Qeyd edirik ki, müraciətlərin həlli ilə bağlı aidiyyəti qurumlarla birlikdə işçi qrup yaradılıb və təhsil müəssisələrində tədris prosesinin fasiləsizliyini təmin etmək məqsədilə müvafiq addımlar atılır. Şagirdlərin davamiyyətində qismən azalma müşahidə edilsə də, təlim-tədris prosesi fasiləsiz şəkildə davam edir.…

Read More
Təhsil 

Tələbə təqaüdləri artırılmalıdır: Ekspertin rəyinə görə, artıq gecikib

Azərbaycanda tələbə təqaüdləri tələbələrin sosial rifahı, təhsilə marağı və akademik fəaliyyətlərdə iştirakı birbaşa onların maddi təminatı ilə bağlıdır. Təqaüd yalnız maliyyə dəstəyi deyil, həm də təhsilalanın dövlət tərəfindən tanınması və stimullaşdırılması kimi simvolik mahiyyət daşıyır. Bu baxımdan, hazırkı təqaüd mexanizminin həm maliyyə baxımından reallığa uyğunlaşdırılması, həm də funksional məqsədlərini yerinə yetirməsi məsələsi aktualdır. Təhsil haqqında Azərbaycan Respublikasının Qanununun 18.1-ci maddəsinə əsasən, dövlət ali təhsil müəssisələrində təhsil alan və yüksək göstəriciləri olan tələbələrə dövlət təqaüdü verilir. Eyni zamanda 18.2-ci maddədə göstərilir ki, sosial müdafiəyə ehtiyacı olan təbəqəyə aid tələbələrə əlavə sosial…

Read More