Təhsil 

Təhsil müəssisələrində dərs saatlarının vaxtı dəyişdirilir: yeni qaydalar…

Xəbər verildiyi kimi, Bakı şəhərində yerləşən təhsil müəssisələrinin fəaliyyətinin şəhərin nəqliyyat sıxlığına təsiri qiymətləndiriləcək. Bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda əksini tapıb. Dövlət proqramınaəsasən, Elm və Təhsil Nazirliyinə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Daxili İşlər Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi və Nəqliyyatı Əlaqələndirmə Şurası ilə birlikdə 2025-2029-cu illər ərzində Bakı şəhərində yerləşən təhsil müəssisələrinin fəaliyyətinin şəhərin nəqliyyat sıxlığına təsirinin qiymətləndirilməsi və müvafiq təkliflərin hazırlanmasını təmin ediləcək. Təkliflərin həyata keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq ediləcək. ARANTV.AZ  xəbər verir ki, yeniliyə əsasən, paytaxta nəqliyyatın sıxlığını azaltmaq məqsədilə təhsil müəssisələrində dərs saatlarının fərqli vaxtlarda başlanması təklif…

Read More
Təhsil 

Azərbaycanda dünya reytinqində irəliləyən universitet – Professor açıqladı…

Sabiq maliyyə naziri, professor Saleh Məmmədov “Webometric.info” süni intellekt proqramının  32 minə yaxın dünya universitetlərinin beynəlxalq reytinqi üzrə ilkin nəticələri barədə yazıb. Musavat.com-un məlumatına görə, professor bildirib ki, nəticələr ürəkaçan deyil: “UNEC-dən başqa ilk beşlikdə olan bütün universitetlərdə vəziyyət pisləşib. Yalnız UNEC 160 universiteti də geridə buraxaraq dünyanın 32 min universiteti içərisində 2840-cı yerə çıxıb, yəni dünya universitetlərinin ilk 9%-liyində yer alıb. Azərbaycan universitetləri içərisində isə birinci yeri tutub. UNEC-dən sonra gələn Azərbaycan universitetləri təqribən 1200 universitet UNEC-dən uzaqlaşıb, yəni daha pis vəziyyətə düşüb. Bakı Dövlət Universiteti 4493-ə, Xəzər 4406-cı…

Read More
Təhsil 

UNEC-in bu təşəbbüsləri Mingəçevirdə reallaşdırılıbFOTO

UNEC-in start verdiyi “Elm gözəldir: məktəbdən elmə” və “Elmin populyarlaşdırılması” təşəbbüslərinin reallaşdırılması istiqamətində UNEC nümayəndələrinin və elm adamlarının növbəti səfəri Mingəçevir şəhərinə olub. Elm və innovasiya məsələləri üzrə prorektor, professor Rövnəq Rzayev, AMEA-nın həqiqi üzvü, akademik Adil Qəribov, UNEC-in Elmin populyarlaşdırılması tədqiqat mərkəzinin direktoru, dosent Etibar Əliyev, “Mühəndislik və tətbiqi elmlər” kafedrasının müdiri, dosent Tural Nağıyev, Laboratoriyaların işinin təşkili mərkəzinin direktoru, dosent Ramil Sadıqov Mingəçevir Dövlət Universitetində, Mingəçevir şəhər Təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü liseydə və 9 saylı tam orta məktəbdə görüşlər keçiriblər. Layihənin məqsədi gənc nəslin intellektual potensialının və…

Read More
Təhsil 

Bunlar şagirdlərdə yüklənmə yaradır – psixoloji gərginlik artır

Son günlər məktəblərlə bağlı narazılıq artıb. Tətillərin çox olması, uşaqların kiçik və böyük summativ qiymətləndirmələr (KSQ, BSQ) zamanı yüklənməsi, dərsləri mənimsəyə bilməməsi valideynlər tərəfindən narazılıqla qarşılanıb. Eyni zamanda, bu “imtahanlar”da uşaqların “ChatGBT”dən istifadə edərək sualları cavablandırması da narazılıqla qarşılanır. İbtidai siniflərdə isə “Alqoritm” üzrə KSQ, BSQ-nin evdə həll edilməsi də qınanılır. Qeyd edilir ki, bu zaman uşaqların əvəzinə valideynlər tapşırıqları yerinə yetirir. Mövzunu Musavat.com-a şərh edən təhsil mütəxəssisi Kamran Əsədov deyib ki, son dövrlərdə Azərbaycan təhsilində narazılıqların artması və problemlərin aktuallaşması bir neçə əsas məqamı üzə çıxarır: “Bu, həm təhsil sisteminin…

Read More
Təhsil 

“Ali təhsil haqqında” qanunla bağlı məsələ niyə gecikir – rəy

Kamran Əsədov: “Bu sənədin hazırlanmasının və qəbul edilməsinin ləngiməsi ciddi problemlərə səbəb olur” Milli Məclisin Elm və təhsil komitəsinin yaz sessiyası üçün İş planı məlum olub. Məlumata görə, işlər planında komitə üzvlərinin sessiya müddətində görəcəyi fəaliyyətlər qeyd olunub. Lakin planda çoxdan gözlənilən “Ali təhsil haqqında” qanunla bağlı hər hansı fəaliyyət nəzərdə tutulmayıb. Qeyd edək ki, qanun layihəsi ilə bağlı ilk müzakirələr 2021-ci ildən başlayıb, ancaq hələlik qəbul edilməyib. Komitənin 3 gün öncə keçirilən iclasında deputat Ceyhun Məmmədov da qanun layihəsinə toxunub. Onun sözlərinə görə, təhsillə bağlı qarşıda yeni vəzifələr durur:…

Read More
Təhsil 

“İbtidai siniflər üçün rus bölməsi bağlansın” çağırışı – iki baxış

Sosial medianın Azərbaycan seqmentində növbəti dəfə rus dilinin ibtidai siniflərdə tədrisi ilə bağlı müzakirələr başlayıb. Bəstəkar və müğənni Murad Arif Elm və Təhsil Nazirliyinə müraciət ünvanlayıb. O, nazirliyin fəaliyyətindəki nöqsanlara diqqət çəkərək rus dili bölməsində təhsil alan uşaqların yaşadığı çətinliklərdən danışıb. Müğənni rus bölməsinin bağlanmağının tərəfdarı olduğunu dilə gətirib: “Əgər hörmətli Elm və Təhsil Nazirliyi şagirdlərə Azərbaycan dilini öyrətmək istəyirsə, rus bölməsində Azərbaycan dili fənn olaraq gücləndirilməlidir və bu fənn həftədə 4 dəfə keçirilməlidir. İbtidai siniflər üçün rus bölməsi bağlanmalıdır və 4-cü sinfə qədər hamı ölkənin dilinə yiyələnməli, 4-cu sinifdən…

Read More
Təhsil 

UNEC Özbəkistanın aparıcı elm və təhsil müəssisələri ilə əməkdaşlıqlara imza atdıFOTO

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistanın paytaxtı Daşkənd şəhərində rəsmi səfəri çərçivəsində bir sıra mühüm görüşlər keçirib və əməkdaşlıq sahələrində yeni perspektivlərə imza atıb. Səfər zamanı UNEC ilə Daşkənd Beynəlxalq Universiteti (DBU), Bank-Maliyyə Akademiyası (BMA), Daşkənd Dövlət İqtisad Universiteti (DDİU) və Özbəkistan Milli Universiteti (ÖMU) arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində müqavilələr imzalanıb. İlk olaraq, UNEC nümayəndə heyəti Daşkənd Beynəlxalq Universitetində (DBU) olub. UNEC rektoru prof. Ədalət Muradov və DBU-nun İcraçı Direktoru İskandar Yuldaşev arasında keçirilən müzakirələrdə universitetlərarası əməkdaşlıq və ortaq layihələr barədə fikir…

Read More
Təhsil 

Məktəblərdə 7 gün dərs olmayacaq

Məktəblərdə 5 gün dərs olmayacaq. Yanvarın 27-dən Azərbaycanda məktəblərdə qış tətili başlayır. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. 5 günlük məktəblərdə ilk dərs günü fevralın 3-də, 6 günlük məktəblərdə isə fevralın 1-də başlayacaq. Bu qərar ümumi təhsil müəssisələrinin hazırlıq qruplarına da şamil edilir.

Read More
Təhsil 

Məktəblərdə TƏTİL BAŞLAYIR – Bu tarixdən

Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında” müvafiq qərarına əsasən yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ili üzrə qış tətili başlayacaq. Bu barədə Musavat.com-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib. Tətil 27-31 yanvar tarixlərini (5 gün) əhatə edəcək. Bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir. Qeyd edək ki, 5 günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 3 fevral, 6 günlük iş həftəsi ilə işləyən ümumtəhsil müəssisələrində isə 1 fevral 2025-ci il tarixi tətildən sonra ilk iş günüdür.

Read More