Region Xəbərləri Təhsil 

Bərdədə şəhid Alı adına şəhər 5 nömrəli tam orta məktəbdə “İnsan alverinə qarşı mübarizə” mövzusunda tədbir keçirilib

Bərdə Rayon İcra Hakimiyyəti yanında yaradılmış Ailə, Qadın və Uşaq Problemləri üzrə Komissiyanın təşkilatçılığı ilə şəhid Alı Mustafayev adına şəhər 5 nömrəli tam orta məktəbdə “İnsan alverinə qarşı mübarizə” mövzusunda tədbir keçirilib. Tədbirdə komissiyanın sədri Səfurə Hümbətova, komissiyanın üzvü Liza Cabbarova, QMƏVŞAİB-in rayon şöbəsinin sədri Etibar Hüseynova, regional “ASAN Xidmət” Mərkəzinin əməkdaşı Bəhruz Abdullayev, şəhid Alı adına şəhər 5 nömrəli tam orta məktəbin direktoru Teymur Həmidov, təlim-tədris işləri üzrə direktor müavini Aynur Baxşəliyeva, ədəbiyyat müəllimi Elmira Babayeva, tarix müəllimi Məfkurə Allahverdiyeva və məktəblilər iştirak ediblər. Tədbir zamanı uşaq hüquqlarının müdafiəsi,…

Read More
Təhsil 

Şagirdlərin esse “KABUSU” – Deputatdan AÇIQLAMA

“9-cu sinif buraxılış imtahanında xarici dil fənnindən esse yazdırmaqda məqsədin gənclərin xarici biliyə marağının artırılması, bu istiqamətdə əlavə bilik-bacarıqların verilməsidir”. Bu sözləri News24.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Ceyhun Məmmədov deyib. Deputat bildirib ki, zaman-zaman belə addımların atıldığının şahidi oluruq, bunun hədəf və məqsədi məlumdur: “Bunun təşviq məqsədi ilə edilməsi yaxşıdır. Ancaq biz esse yazılmasının praktikada nə qədər effektiv olduğunu təhlil etməliyik. Təhlil nəticələrinə uyğun olaraq, sonrakı mərhələlər üçün addım atmalı və qərar qəbul etməliyik. Hesab edirəm ki, praktikada bunun nə qədər real olduğu…

Read More
Təhsil 

DİM məlumat yaydı – 2 həftə ərzində təqdim olunacaq

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün elektron formada sınaq imtahanı keçirilib. DİM-dən Musavat.com-a verilən xəbərə görə, imtahan Bakı şəhərində DİM-in elektron imtahanlar korpusunda və Mərkəzin Naxçıvan, Gəncə, Şəki, Şəmkir, Göyçay, Şirvan, Bərdə, Lənkəran, Xaçmaz şəhərlərində yerləşən regional bölmələrinin inzibati binalarında təşkil olunub. İmtahanda iştirak etmək üçün müraciət internet vasitəsilə aparılıb və 794 nəfər qeydiyyatdan keçib. İmtahanda ümumilikdə 723 nəfər iştirak edib. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanıb və 3 saat 30 dəqiqə davam edib. İştirakçılar imtahan üçün ayrılan vaxt başa…

Read More
Təhsil 

Diplomlu işsizlər…

Peşə məktəblərinə müraciətlər niyə sovet dövründə olduğu kimi deyil? Bu il dövlət büdcəsindən peşə təhsilinə 82.2 milyon manat vəsait ayrılıb. Bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov “Tikinti sektoru üzrə kadr hazırlığında dövlət-özəl tərəfdaşlığının rolu” mövzusunda müzakirələr zamanı deyib. Agentlik sədri həmçinin vurğulayıb ki, 2020-ci ildən bəri peşə təhsilinə qəbulda 60 faiz artım qeydə alınıb: “Ölkəmizdə 2022-2026-cı illər üçün sosial iqtisadi inkişaf, birinci qayıdış planı çərçivəsində təhsillə bağlı keçirilən tədbirlərdə peşə təhsilinin inkişafına xüsusi yer ayrılıb. Peşə təhsilinin inkişafı iqtisadiyyatın tələblərinə uyğun ixtisaslı kadrlar hazırlamaq üçün vacibdir. Bu,…

Read More
Təhsil 

Buraxılış imtahanlarının vaxtı dəyişdirilməlidirmi – ekspertlərdən təklif

“11-ci sinif şagirdlərinin məktəbə gəlmə öhdəliyinin aradan qaldırılması kimi tədbirlər nəzərdən keçirilməlidir” Məlum olduğu kimi, bu ilin buraxılış imtahanlarının tarixi bəlli olub. Belə ki, DİM-in yaydığı məlumata görə, tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı iki zona olmaqla 2 və 9 mart tarixlərində keçiriləcək. Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı isə üç zona üzrə 13, 20 və 27 aprel tarixlərində təşkil olunacaq. Bir sıra təhsil ekspertləri buraxılış imtahanlarının mart və aprel ayında keçirilməsini birmənalı qarşılamır. Bəziləri təklif edir ki, buraxılış imtahanlarının vaxtı dəyişdirilsin, ya da…

Read More
Təhsil 

Magistraturaya sənəd qəbulu elan edilib

Dövlət İmtahan Mərkəzi (DİM) 2025/2026-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul elan edir. Bu barədə AZƏRTAC-a DİM-dən bildirilib. İmtahanda iştirak etmək üçün bakalavrlar yanvarın 13-dən 27-dək DİM-in saytında “Şəxsi kabinet” yaratdıqdan sonra (“Şəxsi kabinet”i olmayanlar) ərizə vermək üçün tələb olunan məbləği (50 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə ərizə qəbulu müddətində “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir. Azərbaycan Respublikasında yerləşən ali təhsil müəssisələrini bitirən və Azərbaycan Respublikasının vətəndaşı olan bütün bakalavrlar, həmçinin Elm və Təhsil Nazirliyi…

Read More
Təhsil 

Rus məktəbləri ilə bağlı ilginc təklif: “Pullu olsun…”

“Azərbaycan büdcəsindən maliyyələşən rusdilli məktəblər bağlanmalıdır”. Bu səs-küylü açıqlamanı “Tv Musavat”ın canlı efirində tanınmış aparıcı Kamran Həsənli verib. O, AZAL təyyarəsinin Rusiya tərəfindən vurulmasından sonra Azərbaycanla kəskinləşən münasibətlərindən danışıb. Aparıcı qeyd edib ki, Azərbaycan tərəfi daha da qətiyyətli addımlar atmalı və büdcəmizdən maliyyələşən rusdilli məktəbləri bağlamalıdır. “Necə ki, özəl ingilisdilli məktəblər var, onlar da elə. Pullu olsun”, – deyib.  Ceyhun Məmmədov Mövzu ilə bağlı millət vəkili Ceyhun Məmmədov “Yeni Müsavat”a danışıb. Millət vəkili qeyd edib ki, bu məsələdə bir neçə mühüm və vacib məqamlar var ki, onlar nəzərə alınmalıdır: “Zaman-zaman…

Read More
Təhsil 

Universitetlərdən qovulan tələbələrin ilginc statistikası

Təhsil haqqına görə tələbənin qovulması yolverilməzdir; ekspert hesab edir ki, Azərbaycan dünya təcrübəsindən yararlanmalı, təhsil haqları ilə bağlı güzəştlər edilməlidir Zaman-zaman ali təhsil müəssisələrindən tələbələrin qovulması məsələsi gündəmə gəlir. Bu bir sıra narazılıqlara səbəb olur. Əsas narazılıq isə universitetlərdən qovulanlar arasında təhsil haqqını ödəyə bilməyən tələbələrlə bağlı olur. Xatırladaq ki, 2023-2024-cü tədris ilində Azərbaycanda dövlət ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində xaric olunan tələbələrin sayı 582 idi. Rəsmi məlumata görə, onlar əsasən akademik borca, təhsil haqqının ödənilməməsinə, öz xahişi ilə və sair səbəblərdən ali təhsil ocaqlarından xaric olunub. Dövlət İmtahan Mərkəzinin…

Read More