Təhsil 

Tələbələrə ŞAD XƏBƏR – Yeni kartlarla bu güzəştləri əldə edəcəklər

Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə “VISA” beynəlxalq ödəmə texnologiyaları şirkəti tərəfindən universitetlərdə vahid tələbə kartının yaradılması layihəsinin təqdimatı keçirilib. Bu kartlarla tələbələr dərsdənkənar fəaliyyətlər zamanı xüsusi imtiyazlara sahib ola biləcəklər. Təhsilin İnkişaf Fondunun əməkdaşı Nərgiz Qədirova mövzu ilə əlaqədar Modern.az-a danışıb. O bildirib ki, bir müddət öncə Təhsilin İnkişafı Fondu Kapital Bank və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkəti arasında yeni “TələbəPlus” kartlarının istifadəyə verilməsi üçün memorandum imzalanıb: “Kart vasitəsilə tələbələr “VISA”nın təqdim etdiyi xüsusi keşbek, endirim, promokodlardan yararlana biləcəklər . Əlavə olaraq, layihə çərçivəsində yerli və xarici şirkətlərlə müqavilələrin imzalanması və tələbələr üçün…

Read More
Təhsil 

UNEC COP 29-a həsr olunan beynəlxalq simpoziuma ev sahibliyi edəcək

Avqustun 31-də UNEC-in ev sahibliyi ilə COP 29-a həsr olunan Beynəlxalq Multidissiplinar Simpozium keçiriləcək. “BMT-COP29: Müasir sivilizasiyanın aktual problemlərinin həllində dünya alimlərinin rolunun gücləndirilməsi. Ətraf mühitin mühafizəsi və yaşıl gündəm” mövzusunda təşkil olunacaq beynəlxalq simpoziumda Azərbaycan, Çin, Qazaxıstan, Hindistan, Gürcüstan, Rusiya, Moldovadan olan alimlərin iştirakı ilə bir-birindən maraqlı müzakirələr aparılacaq. Müzakirələr əsasən, milli iqtisadiyyatın enerji tutumu, ekoloji strategiyalar, karbon neytrallığı, yeni çirkləndiricilərə nəzarət, istixana qazlarının emissiyaları, rəqəmsallaşmanın qlobal problemlərin həllində rolu, Xəzər dənizinin, göllərin, eləcə də təbii və təmizlənmiş tullantı sularının toksikliyinin monitorinqi, ekoloji təmiz təbiət, Azərbaycanda ekoəczaçılıq vasitələrinin inkişafı və yaradılması, iqlim dəyişikliyi geosiyasətində…

Read More
Təhsil 

Universitetlərə qəbul olanlar üçün qeydiyyat başlayıb

Ali təhsil müəssisələrinə bakalavriat səviyyəsi üzrə qəbul olunanlar üçün qeydiyyat prosesi başlayıb. “Report” xəbər verir ki, abituriyentlər sentyabrın 6-dək (saat 18:00-dək) elektron qaydada https://portal.edu.az/ vasitəsilə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək. Bu gündən həmçinin sentyabrın 2-dək boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq.

Read More
Təhsil 

Şagirdlərin yerdəyişməsi prosesi dayandırılır

Şagirdlərin elektron yerdəyişməsində valideynlər üçün sy.edu.az elektron sistemi vasitəsilə ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi 30 avqust saat 18:00-da dayandırılacaq. ARANTV.AZ  xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Qeyd olunub ki, həmin müddətə qədər sorğu yerləşdirən valideynlər sentyabrın 5-i saat 15:00-a qədər övladlarının sənədlərini yerdəyişmə etdikləri ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər. Qeyd edək ki, yerdəyişmə prosesinə II – IX və XI sinif şagirdləri üçün avqustun 8-i saat 15:00-dan, X siniflər üçün isə avqustun 15-i saat 15:00-dan etibarən başlanılıb. Yerdəyişmə prosesi yekunlaşdıqdan sonra tamamlanmayan sorğular və…

Read More
Təhsil 

54 yaşında tələbə adını qazanan qadın ali təhsildən imtina edəcək

Bu il ali təhsil müəssisəsinə qəbul olan ən yaşlı tələbənin 54 yaşı var. Bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib. Qeyd olunub ki, həmin tələbə 1970-ci il təvəllüdlü Sevinc Əliyevadır. Subbakalavr təhsilini Bakı Neft-Energetika Kollecində alan S.Əliyeva Sumqayıt Dövlət Universitetinin Neft-qaz mühəndisliyi ixtisası üzrə ödənişli əsaslarla təhsil almaq imkanı qazanıb. Sevinc Əliyeva “Report”a açıqlamasında çalışdığını əsas gətirərək əyani təhsilin onun üçün əlverişli olmadığını bildirib: “Mən qiyabi təhsil almaq istəyirdim. İxtisas seçimində ancaq əyani təhsil idi. Düşündüm bəlkə qiyabi təhsil formasına dəyişmək mümkün olar, lakin alınmadı. Ona görə də həmin təhsil imkanından imtina edəcəyəm”.…

Read More
Təhsil 

Qarabağ Universitetinə qəbul olanlar bu şəhər və rayonlardandır – DİM sədri AÇIQLADI

Ali təhsil müəssisələrinə ixtisas seçimi müsabiqəsinin nəticələrinə əsasən, Qarabağ Universitetinə 1103 tələbə qəbul olub. ARANTV.AZ xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, qəbul olanların 16.4 faizi Bakı şəhər sakinləridir. Bakıda yaşayan gənclər Qarabağ Universitetini seçərək orada təhsil almağı üstün tutublar. Qəbul olanların 3.81 faizi Naxçıvandan, 6.80 faizi Sumqayıt şəhəri, Abşeron, Xızı, Şamaxı və Qobustan bölgələrindəndir. Tələblərin 22.67 faizi Mingəçevir, Naftalan, Yevlax, Şuşa, Xocalı, Xocavənd, Goranboy, Kəlbəcər, Bərdə, Ağcabədi, Ağdam, Tərtər bölgələrindəndir. Bu da təbiidir, çünki onlar…

Read More
Təhsil 

Yeddi mindən çox məzun ali məktəblərə ərizə verməyib

Bu il üçün yeddi mindən çox məzun ali təhsil müəssisələrinə ərizə verməyib. “Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə universitetlərə qəbulun nəticələri ilə bağlı keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, bu il 101 mindən çox məzun vardı: “83 min məzun ərizə verib. 7 mindən çox məzun isə ərizə verməmişdi. Əsas qəbul olunanlar bu ilin məzunları olub”.

Read More
Təhsil 

Universitetlərə boş qalan plan yerlərinin sayı açıqlanıb

Birinci mərhələdən sonra I ixtisas qrupu üzrə 1304, II ixtisas qrupu üzrə 246, III ixtisas qrupu üzrə 400, IV ixtisas qrupu üzrə 463, V ixtisas qrupu üzrə isə 348 plan yeri boş qalıb. “Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə universitetlərə qəbulun nəticələri ilə bağlı keçirdiyi brifinqdə deyib. DİM sədri bildirib ki, ayrıca ali təhsil müəssisələrinə gəldikdə I mərhələdən sonra tələbə qəbulu aparılan 44 ali təhsil müəssisəsinin 25-də plan yerləri 95%-dən çox, o cümlədən 8 ali təhsil müəssisəsində (Azərbaycan Tibb Universiteti, Azərbaycan Respublikasının…

Read More
Təhsil 

DİM taksi sürücüləri üçün test imtahanı keçirir

Avqustun 25-də Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün test imtahanı keçirir. Bu barədə Musavat.com-a DİM-dən bildirilib. İmtahan vermək üçün 1 415 nəfər qeydiyyatdan keçib. İmtahan DİM-in Binəqədi rayonu, S.S.Axundov küçəsi, 108 ünvanında yerləşən elektron imtahanlar korpusunda 10:00-da və 13:00-da olmaqla iki növbədə keçiriləcək və 1 saat davam edəcək. İmtahan iştirakçıları imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış ola biləcəklər. Nəticələr, həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək. İmtahana gələrkən buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsini mütləq gətirmək lazımdır. Göstərilən sənədlərdən biri olmadıqda…

Read More
Təhsil 

Türkiyə-Azərbaycan Universitetinə tələbə qəbulunun nəticələri AÇIQLANDI

Türkiyə–Azərbaycan Universitetinə tələbə qəbulunun nəticələri açıqlanıb. Bu barədə “Report”un Ankara bürosuna Türkiyənin Ali Təhsil Şurasındən (YÖK) məlumat verilib. Bildirilib ki, Bu il fəaliyyətə başlayacaq universitetin birinci kursunda kompüter mühəndisliyi və sənaye mühəndisliyi bölmələri üzrə 30, qida mühəndisliyi fakültəsi üzrə 27 tələbə olmaqla ümumilikdə 87 tələbə təhsil alacaq. Qeyd edilib ki, Türkiyə-Azərbaycan Universitetinin kompüter mühəndisliyi fakültəsinə qəbul üçün ən yüksək bal 684,9, ən aşağı bal isə 641,6 olub. Sənaye mühəndisliyi fakültəsi ən yüksək bal – 663,7, ən aşağı bal isə 544,4 olmaqla tələbə qəbul edib. Qida mühəndisliyi fakültəsində ən yüksək bal…

Read More