İyunun 30-da Azərbaycan dilindən imtahan verəcək abituriyentlərin nəzərinə
Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 30-da Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçirəcək. DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanda iyunun 5-10-da qeydiyyatdan keçmiş və aşağıda göstərilən kateqoriyaya aid olan abituriyentlər (şagirdlər) iştirak edəcəklər: -Ali və ya orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin mayın 12-də keçirilmiş imtahanda iştirak etməyən və ya iştirak edib “qeyri-məqbul” qiymət alan cari və əvvəlki illərin abituriyentləri. Bu kateqoriyaya aid olan abituriyentlər imtahana buraxılış vərəqəsini verilən linkdən çap etməlidirlər. -Hər hansı səbəbdən buraxılış imtahanı çərçivəsində ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi…
Read More