Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
Bu gün Bakı Şəhər Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsi ilə bağlı işə qəbul müsabiqəsinə dair təkrar müsahibəyə start veriləcək. “Report” xəbər verir ki, təkrar müsahibədə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsi üzrə işə qəbul müsabiqəsinin müsahibə mərhələsində 2 – 2,99 bal nəticə toplayan və təlimə cəlb edilən namizədlər iştirak edəcəklər. Müsahibə nəticələrinin qiymətləndirilməsi 5 ballıq şkala əsasında aparılacaq. Nəticələr barədə məlumatlar namizədlərin qeydiyyatdan keçdiyi mobil nömrəyə SMS vasitəsilə göndəriləcək. Müsahibə zamanı namizədlərin vəzifə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları və fərdi səriştələri…
Read More