Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Tahir Rzayev bildirib ki, saatların 1 saat irəli çəkilməsi isə həqiqətən də, müəyyən çətinliklər yaradır. Xüsusilə, aşağı sinif şagirdlər üçün müəyyən problemlər törədir. Deputat təklif edib ki, dərslərin saat 08:00-də yox, 09:00-da başlamasını təklif edib. Bəs dərslər 09:00-da başlaya bilər? Dərslərin sözügedən saatda başlaması şagirdlərə necə təsir edəcək? Mövzu ilə bağlı təhsil məsələləri üzrə ekspert Elşən Qafarov Sonxeber.az-a açıqlama verib. O, bildirib ki, hər bir məktəbdə dərslərin saatının başlanması, tənəffüs müddəti, növbələrin müəyyən edilməsi məktəbin iş rejimidir: “Məktəbin pedaqoji şurasında, ali idarəetmə orqanında qəbul edilir və…
Read More