Təhsil 

Tələbələrə diplom və attestat belə veriləcək

Azərbaycanda təhsil haqqında dövlət sənədlərinin verilməsi prosesində rəqəmsallaşmaya keçid təmin edilir. Yaxın perspektivdə diplom, attestat və digər təhsil sənədləri elektron formatda təqdim olunacaq. Musavat.com-un məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Təhsilin rəqəmsallaşması” mövzusunda keçirilən media brifinqində açıqlama verib. Onun sözlərinə görə, Nazirlər Kabineti tərəfindən təhsil sənədlərinin tam elektron formada hazırlanmasına dair müvafiq qaydalar artıq təsdiqlənib. Yeni mexanizmə əsasən diplomlar, attestatlar, sertifikatlar və onların əlavələri ali, orta ixtisas, peşə və ümumi təhsil səviyyələri üzrə hüquqi qüvvəyə malik rəqəmsal sənəd…

Read More
Təhsil 

Süni intellekt məktəblərdə ayrıca fənn kimi tədris oluna bilərmi?

Azərbaycanda süni intellekt texnologiyalarının təhsil sisteminə inteqrasiyası istiqamətində hazırlıq işlərinə başlanılıb. Bu çərçivədə müəllimlərin yeni rəqəmsal alətlərlə işləmək bacarıqlarının artırılması prioritet istiqamət kimi müəyyən edilib. Musavat.com-un məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Təhsilin rəqəmsallaşması” mövzusunda keçirilən media brifinqində danışıb. İdarə rəisi bildirib ki, hazırda müəllimlərin süni intellekt texnologiyaları ilə tanışlığı və bu sahədə bacarıqlarının inkişaf etdirilməsi üzərində işlənilir. Məqsəd pedaqoqların gündəlik tədris prosesində istifadə edə biləcəyi süni intellekt əsaslı alətlərin onların mobil telefon və kompüterlərində əlçatan olmasını təmin…

Read More
Təhsil 

İbtidai təhsil yalnız Azərbaycan dilində olmalı, yoxsa?..

“Hər bir uşaq ibtidai təhsilini Azərbaycan dilində alsın”.  Bu sözləri ötən gün millət vəkili Hikmət Babaoğlu parlamentin iclasında çıxış edərkən deyib. Millət vəkili qeyd edib ki, hansı dildə təhsil almasından, istər rus, istər ingilis məktəblərində təhsil alan hər kəsin ibtidai təhsili mütləq qaydada Azərbaycan dilində aparılmalıdır. “Hesab edirəm ki, bu, dilin qorunması üçün də vacib addımdır”, deyə Hikmət Babaoğlu vurğulayıb. Bəs ölkənin bütün təhsil ocaqlarında ibtidai təhsilin Azərbaycan dilində tətbiqi mümkündürmü?  Mövzu ilə bağlı təhsil mütəxəssisi Elçin Əfəndi Musavat.com-a danışıb. Mütəxəssis millət vəkilinin bu təklifinin doğru yanaşma olmadığını deyib: “İlk növbədə…

Read More
Təhsil 

Şagirdlərin elektron yerdəyişməsinə başlanılır

Fevralın 25-i saat 15:00-dan etibarən 2025-2026-ci tədris ilinin ikinci yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktiv olacaq. Musavat.com xəbər verir ki, yerdəyişmə prosesi məktəbəhazırlıq qrupları, 1-10-cu sinifləri əhatə edəcək. Şagirdlərin yerdəyişməsi www.sy.edu.az portalı vasitəsi ilə elektron formada həyata keçirilir. Qeyd edək ki, 25 fevral 2026-ci il tarixindən 11-ci siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq. Həmçinin, ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq 9-cu sinif üzrə yerdəyişmə prosesi 5 mart 2026-ci il saat 18:00-da dayandırılacaq və tədris ilinin sonunadək aktiv edilməyəcək.

Read More
Təhsil 

Onlara Elm və Təhsil Nazirliyində vəzifə verildi

Elm və Təhsil Nazirliyinin struktur qurumlarında ictimaiyyətlə əlaqələr istiqamətində yeni təyinatlar həyata keçirilib. Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) və Dövlət Proqramı İdarəetmə Qrupu (DP) PR şöbələrinə yeni rəhbərlər təyin olunub. Belə ki, Jalə Məmmədova Təhsil İnstitutunun PR rəhbəri vəzifəsinə, Aysel Həsənova isə Dövlət Proqramı İdarəetmə Qrupunun PR rəhbəri vəzifəsinə təyin edilib. Bundan sonra qeyd olunan qurumlarla bağlı müraciətlər, o cümlədən mediadan daxil olan sorğular birbaşa yeni PR rəhbərləri vasitəsilə həyata keçiriləcək./Sfera.az

Read More
Təhsil 

Müəllimlər bu halda işdən çıxarıla bilər

Azərbaycan qanunvericiliyinə görə müəllimlərin də daxil olduğu bütün əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə tənzimlənir. Bu məcəlləyə əsasən, əmək müqaviləsi yalnız müəyyən hüquqi əsaslar olduqda xitam verilə bilər. Musavat.com metbuat.az-a isinadla bildirir ki, müəllimlərlə bağlanan əmək müqaviləsi aşağıdakı hallarda dayandırıla bilər: müəllimin öz təşəbbüsü ilə işdən çıxmaq istəməsi; əmək müqaviləsinin müddətinin başa çatması; tərəflərin qarşılıqlı razılığı; müəssisənin ləğvi və ya ştat ixtisarı; tərəflərin iradəsindən asılı olmayan hallar. Bu hallar istisna olmaqla, müəllimin işdən çıxarılması qanunsuz hesab olunur. Bəs işəgötürənin təşəbbüsü ilə işdən azad etmə hansı hallarda mümkündür? Əmək Məcəlləsi işəgötürənə…

Read More
Təhsil 

Bu müəllimlər attestasiyaya cəlb olunurlar – Nazir açıqladı

Fevralın 3-də Mədəniyyət Nazirliyində mədəniyyət naziri Adil Kərimlinin iştirakı ilə musiqi və incəsənət məktəb və mərkəzlərində çalışan müəllimlərin attestasiyasına həsr olunmuş iclas keçirilib. Musavat.com bildirir ki, bu barədə Mədəniyyət Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Nazir Adil Kərimli bildirib ki, attestasiya müəllimlərin peşə səriştə və bacarıqlarının qiymətləndirilməsi, ixtisaslarına uyğun olaraq tutduqları vəzifələrə uyğunluğunun müəyyənləşdirilməsi məqsədi daşıyır. Qanunvericiliyin tələblərinə uyğun, şəffaflıq və obyektivlik prinsipləri əsasında təşkil edilən attestasiya prosesi cari il ərzində ölkənin bütün regionlarını əhatə etməklə yekunlaşacaq. İclasda attestasiya komissiyalarının üzvləri və mədəniyyət xadimləri çıxış edərək prosesin əhəmiyyətini vurğulayıb və attestasiyanın uğurla…

Read More
Təhsil 

DİM onlar üçün imtahan keçirəcək

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 5-də inzibati rəhbər vəzifələrə aid AB, AC və inzibati icraçı vəzifələrə aid BA, BB vəzifə altqruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı və dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid BB vəzifə altqrupuna uyğun vəzifələr üzrə qəbul imtahanı keçirəcək. DİM-dən Musavat.com-a bildirilib ki, BB vəzifə altqrupu üzrə test imtahanında iştirak üçün 854 namizəd qeydiyyatdan keçib. İmtahan saat 10:00-da başlanacaq. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmayacaq. Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahanda iştirak etmək üçün AB qrupu üzrə 3, AC qrupu üzrə…

Read More
Təhsil 

Ümumi təhsil müəssisələrində qış tətili başa çatıb

Beşgünlük və altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 2025–2026-cı tədris ili üzrə qış tətili bu gün başa çatıb. “İki sahil” xəbər verir ki, bu, Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilib. Qış tətili 5 gün davam edib və ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil olunub.

Read More
Təhsil 

Valideynlərin NƏZƏRİNƏ – Bu gündən başlayır

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində qış tətili başlayıb. Musavat.com xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 2025–2026-cı tədris ili üzrə tətil yanvarın 27-31-i tarixlərini əhatə edəcək. Belə ki, 5 gün davam edəcək tətil məktəbəhazırlıq qruplarına da şamil edilir. Tətildən sonra beşgünlük və altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ilk dərs günü fevralın 2-sidir.

Read More