Region Xəbərləri Təhsil 

Bərdə məktəblisi Pifaqor Riyaziyyat Olimpiadasında gümüş medal qazanıb

Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Bərdə şəhər N.Nərimanov adına 3 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdi Abdullayev Raul Azad oğlu uğurlu nailiyyət əldə edib.   Belə ki, Raul Abdullayev Beyin Olimpiada Mərkəzi tərəfindən 27 dekabr 2025-ci il tarixində keçirilən Pifaqor Riyaziyyat Olimpiadasında yüksək nəticə göstərərək gümüş medala layiq görülüb.   Qazanılan nailiyyətlə əlaqədar olaraq istedadlı şagird 24 yanvar 2026-cı il tarixində Avropa Azərbaycan Məktəbində keçirilən tədbirdə medal və mükafatla təltif edilib.   Bu münasibətlə şagirdimizi təbrik edir, ona təhsilində və gələcək həyatında yeni-yeni uğurlar arzulayırıq.

Read More
Təhsil 

Universitetdən tələbələrin diplomu ilə bağlı AÇIQLAMA

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dərbənd filialının 2024-2025-ci tədris ili üzrə məzunları diplomlarını ala bilmədiklərini bildirirlər. Bu barədə Musavat.com-a müraciət edən məzunların sözlərinə görə, məsələ ilə bağlı onlara aydın cavab verilmir. Məzunlar qeyd edirlər ki, dəfələrlə nazirliyə müraciət etsələr də, hər dəfə onları universitetə yönləndirirlər. “Elm və Təhsil Nazirliyindən bildirirlər ki, məsələ ilə bağlı UNEC-ə müraciət edək. Universitetə yaxınlaşdıqda isə deyirlər ki, sənədlər hələ ötən ilin avqust ayından nazirliyə təqdim olunub və prosesə ETN baxır”, – deyə məzunlar şikayətlərində bildirirlər. Onların sözlərinə görə, problemin həlli ilə bağlı aidiyyəti şəxslərlə görüşmək istəsələr…

Read More
Təhsil 

DİQQƏT: Məktəblərdə yeni fənn BAŞLAYIR – Onu kim tədris edəcək?

Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasında 2026-2030-cu illər ərzində mədəniyyətin təhsilin tərkib hissəsinə çevrilməsi, o cümlədən mədəniyyət sahələrinə və Azərbaycanın mədəni dəyərlərinə dair fənn və biliklərin tədrisinin təmin edilməsi nəzərdə tutulur. Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova AzEdu.az-a deyib ki, bu, gələcək nəsillərin dünyagörüşünü formalaşdıran canlı bir mexanizmdir: “Bu konsepsiyanın mahiyyətini düzgün anlamaq üçün ilk növbədə cənab Prezident İlham Əliyevin mədəniyyətə və milli dəyərlərə dair formalaşdırdığı uzunmüddətli baxış bucağına diqqət yetirmək lazımdır. Prezident öz çıxışlarında dəfələrlə vurğulayıb ki, mədəniyyət hər bir xalqın…

Read More
Təhsil 

Rayonlarda distant təhsil BAŞLAYIR

Rayon məktəblərində distant təhsil modeli sınaqdan keçirilir. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu bildirib ki, ölkə üzrə şagird sayı az olan yüzdən artıq məktəb mövcuddur və bu təhsil müəssisələrində distant təhsilə keçid mərhələli şəkildə həyata keçiriləcək. Onun sözlərinə görə, distant təhsil artıq Lənkəran–Astara regionundakı bir neçə məktəbdə pilot layihə kimi test edilib və ilkin nəticələr qənaətbəxş hesab olunur: “Hazırda proses pilot layihə çərçivəsində test mərhələsindədir”, – deyə V.Yaqublu qeyd edib. Bununla belə, yeni tədris modeli cəmiyyətdə birmənalı qarşılanmır. İnfrastrukturun yetərliliyi, internetin keyfiyyəti, şagirdlərin onlayn dərslərə…

Read More
Təhsil 

Növbə universitetlərə çatdı – Nazirin o ÇAĞIRIŞI…

Son illər ölkədə təhsil sistemində, xüsusilə də orta məktəblərdə bir sıra problemlər davamlı şəkildə müzakirə obyektinə çevrilməkdədir. Bu günlərdə elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, gələcək kifayət qədər sərt, rəqabətli illər olacaq, qeyri-müəyyənliklər olacaq. Onun sözlərinə görə, ali təhsil müəssisələri bu istiqamətdə rəqabətə hazır olmalıdır. Nazir vurğulayıb ki, inkişafın əsas təməli rəqabətdir və ali təhsil müəssisələri dünyada rəqabət aparırlar: “Azərbaycanın təhsil sistemi qapalı deyil. Digər vacib məqam əməkdaşlıqdır. Xüsusilə elm və təhsildə əməkdaşlıq olmalıdır. Başqa bir mühüm məsələ ondan ibarətdir ki, heç bir ali təhsil müəssisəsi özü-özlüyündə inkişaf…

Read More
Təhsil 

Məktəblərdə 5 gün dərs olmayacaq

Orta ümumtəhsil məktəblərində 5 gün dərs olmayacaq. Musavat.com xəbər verir ki, Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında” qərarına əsasən, məktəblilərin qış tətili ənənəvi olaraq yanvar ayının son həftəsinə təsadüf edir. 2025–2026-cı tədris ilində də qış tətili 27–31 yanvar tarixlərini əhatə edəcək. Tətil müddəti başa çatdıqdan sonra fevralın 1-i bazar gününə düşdüyü üçün şagirdlər ikinci yarımilə 2 fevral tarixindən etibarən başlayacaqlar.

Read More
Təhsil 

Şagird yerdəyişməsi DAYANDIRILIR

8 yanvar saat 15:00-dan etibarən 2025-2026-cı tədris ilinin birinci yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi müvəqqəti dayandırılacaq. Bu barədə Musavat.com-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq 11-ci siniflər üzrə yerdəyişmə prosesi 8 yanvar 2026-cı il tarixindən tədris ilinin sonunadək aktiv edilməyəcək. Məktəbəhazırlıq qrupları və 1–10-cu siniflər üzrə yerdəyişmə prosesinin yenidən aktivləşdiriləcəyi tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Qeyd edək ki, 13 yanvar 2026-cı il saat 15:00-a qədər təsdiqlənmiş sorğular üzrə tələb olunan müvafiq sənədlər ümumi təhsil…

Read More
Təhsil 

195 yaşlı Şuşa qəza məktəbi

Qafqazda ilk dünyəvi təhsil ocağı haqda Azərbaycanın maarifçilik tarixində Şuşanın ədəbi, mədəni və təhsil mühitinin əvəzsiz rolu olmuşdur. Şuşa ictimai fikir tariximizin inkişafına mühüm töhfələr vermiş, Azərbaycana və dünyaya görkəmli xadimlər bəxş etmişdir. Azərbaycanın tarixi mədəniyyət mərkəzi olan Şuşa, orada anadan olmuş bir sıra tanınmış elm, maarif, mədəniyyət, incəsənət xadimlərinin vətəni hesab edilir. Onların adı, eləcə də sənəti Azərbaycan mədəniyyəti və maarifçiliyi tarixində müstəsna yer tutur. Azərbaycanın tarixi, mədəni mərkəzi olan Şuşa tanınmış elm, maarif, mədəniyyət, incəsənət xadimlərinin, ictimai-siyasi fikrin görkəmli nümayəndələrinin vətəni hesab edilir. Tarixi mənbələrə əsasən XIX əsrin…

Read More
Təhsil 

Kütləvi diplom istehsalı dayanır: Ali təhsildə islahat siqnalı

“Universitet maddi gəlirin artması üçün tələbə sayını artırmaqdansa, tələbə sayını azaldıb, təhsilin keyfiyyətini artırmalıdır”. Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Doktorantların və Gənc Tədqiqatçıların XXVIII Respublika Elmi Konfransı”nda çıxışı zamanı bildirib. Nazir qeyd edib ki, bir çox ali təhsil müəssisəsinin beynəlxalq əməkdaşlıqlarının davamlı olması üçün müəyyən addımlar atılmalıdır: “Bu baxımdan, neqativ hal ondan ibarətdir ki, Azərbaycanda ali təhsil müəssisəsinin illik gəlirləri, maliyyəsi tələbə sayına bağlıdır. Bu da bir neçə böyük problem yaradır. Məsələn, maddi olaraq ali təhsil müəssisələrinin böyüməsini məhdudlaşdırır. Bu baxımdan, dövlət sifarişli təhsilin…

Read More
Təhsil 

Distant iş ixtisarlara yol aça bilərmi? Yeni qanunun riskləri və imkanları haqda DETALLAR

Əmək funksiyalarının məsafədən (distant) iş formasında yerinə yetirilməsi ilə əlaqədar əmək şəraitinin əlavə şərtləri tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsi ilə müəyyən ediləcək. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, məsafədən (distant) iş əmək funksiyasının məsafədən icrasına imkan verən vasitələrlə (elektron, proqram-texniki, telekommunikasiya vasitələri və s.) müəssisədən və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerlərindən kənarda (işlərin görülməsi (xidmətlərin göstərilməsi) üçün münasib olan digər yerdə) yerinə yetirilməsidir. Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib. Azərbaycanda distant iş modeli…

Read More