Sosial 

Bu şəxslər pensiyaya tez ÇIXA BİLƏCƏK – AÇIQLAMA

Azərbaycanda “güzəştli pensiya” (yəni yaş həddi aşağı salınaraq pensiyaya çıxmaq hüququ) müəyyən kateqoriyalara aid şəxslərə verilir. Bu, əsasən ağır, zərərli və ya xüsusi şəraitdə işləyənlər, eləcə də sosial həssas qruplar üçün nəzərdə tutulub. 01.07.2017-ci il tarixindən sonra incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləyən kişilər və qadınlara güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunur. Bəs burada pensiya hansı yaş həddində təyin olunur? “Əmək pensiyaları haqqında ” Azərbaycan Respublikası Qanununda baş vermiş 01.07.2017-ci il tarixində dəyişiklikdən sonra kişilər üçün tələb olunan yaş həddi 60,…

Read More
Sosial 

Dövlət Məşğulluq Agentliyi daha 1000-dən çox şəxsi peşə kurslarına cəlb edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən daha 1009 nəfər işsiz və işaxtaran şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib. Musavat.com bu barədə nazirliyə istinadən xəbər verir. Onlardan 261 nəfəri üçün Agentliyin Bakı, Gəncə, Göyçay, Qarabağ Peşə Hazırlığı Mərkəzlərində, 748 nəfəri üçün özəl tədris müəssisələrində kurslar təşkil olunub. Kurslarda müdavimlərə data analitik, insan resursları mütəxəssisi, mühasib, qrafik dizayner, sığorta agenti, yanacaqdoldurma stansiyalarının operatoru, qənnadıçı, şirniyyatçı və s. peşələr üzrə bilik və bacarıqlar öyrədilir. İşəgötürənlərlə əməkdaşlıq edilməklə təşkil olunan kursları uğurla başa vuran şəxslərin…

Read More
Sosial 

Yediyimiz qidalardakı TƏHLÜKƏ – Satışdakı sosislər…

Kulinar-texnoloq Mübariz Vəliyev kolbasa və sosiskaların zərəri haqqında danışıb. O, sosiskaların tərkibindəkin zərərli maddələr və qatqıları sadalayıb. M.Vəliyev bildirib ki, marketdə satılan sosiskaların tərkibində olan maddə insanlarda təzyiq problemi yaradır: “Üzərində mal əti və toyuq hissələrinin olduğu yazılıb. “Toyuq hissələri” dedikdə, toyuq dərisi, qığırdaqları, yəni istifadə olunmayan hissələri nəzərdə tutulur. Stabizatorlar: E-450, turşuluq tənzimləyicisi E-330. Bir çox sosiskaların içərisində, əsasən, soya, nişasta, dəri tullantıları, E-250, sodium nitrit və dadlandırıcılar var. Bizim və körpələrimizin bunları istəməsinin əsas səbəbi onun içində olan koddur: E-621. Bu insanlarda asılılıq yaradır. Həmçinin dad yaradılmasına və…

Read More
Sosial 

Qadın və kişilərin maaş bərabərliyinə reaksiya

Milli Məclisin iclasında Əmək Məcəlləsinə və “Gender bərabərliyinin təminatları haqqında” qanun layihəsinə dəyişikliklərin müzakirəsi zamanı deputat Elçin Mirzəbəyli çıxış edib. Musavat.com-un məlumatına görə, deputat bildirib ki, müzakirəyə təqdim olunan qanun layihəsi mahiyyət etibarilə əmək münasibətlərində bərabərlik prinsipinin daha yüksək hüquqi standartlara uyğunlaşdırılmasına xidmət edir: “Birinci oxunuşun tələblərinə uyğun olaraq qeyd etmək lazımdır ki, layihənin əsas ideyası “eyni işə görə bərabər əməkhaqqı” prinsipindən “bərabər dəyərli işə görə bərabər əməkhaqqı” prinsipinə keçidin təmin edilməsidir. Bu isə yalnız terminoloji dəyişiklik deyil, əmək hüququnun fəlsəfəsində mühüm baxış bucağıdır. Mövcud qanunvericilikdə bərabərlik prinsipi əsasən eyni…

Read More
Sosial 

Bazarda satılan çiyələklər TƏHLÜKƏLİDİRMİ?

Son illər bazarlarda və marketlərdə mövsümdənkənar meyvələrin bolluğu adi hala çevrilib. Xüsusilə də çiyələk kimi həssas və tez xarab olan giləmeyvələrin ilin demək olar ki, hər dövründə satışda olması istehlakçılarda həm maraq, həm də müəyyən suallar yaradır. Parlaq görünüşü, iri ölçüsü və eyni formalı olması ilə seçilən bu çiyələklər ilk baxışdan cəlbedici görünsə də, onların necə və hansı şəraitdə yetişdirildiyi məsələsi diqqətdən kənarda qalmamalıdır. Bu gün piştaxtalarda təqdim olunan çiyələklər qiymət baxımından əlçatan olsa da, onların mövsümə uyğunluğu, yetişdirilmə üsulu və tərkibində mümkün kimyəvi maddələrin olub-olmaması istehlakçı üçün əsas müzakirə…

Read More
Sosial 

Davam edən zəhərlənmələr – AQTA-nın günahı, yoxsa…

Restoranda nahar etmək çoxları üçün rahatlıq və zövq mənbəyidir. Lakin son illərdə qida təhlükəsizliyi ilə bağlı xəbərlər, xüsusilə kütləvi zəhərlənmə halları cəmiyyətdə ciddi narahatlıq doğurur. Şirvanda baş verən son hadisə də bu narahatlıqları bir daha gündəmə gətirdi. Məlumata görə, hadisə şəhər ərazisində fəaliyyət göstərən “Pizza Time” restoranında baş verib. Bir ailənin 5 üzvünün göbələkdən zəhərlənmə səbəbi ilə Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirildiyi bildirilir. Beş nəfər (qadın) xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub, onlara dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozu təyin edilib və dərhal ilkin tibbi yardım göstərilib. Bu kimi hadisələrin vaxtaşırı…

Read More
Sosial 

Həyat yoldaşının soyadını götürən kişilərin sayı açıqlandı

Azərbaycanda cari ilin ilk 3 ayında 6 kişi nikaha daxil olan zaman həyat yoldaşının soyadını qəbul edib. Publika.az xəbər verir kui, bu barədə Report-un sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib. Həmçinin bildirilib ki, 2025-ci ildə 52, 2024-cü ildə 62, 2023-cü ildə isə 109 kişi nikaha daxil olan zaman həyat yoldaşının soyadını qəbul edib.

Read More
Sosial 

Bu şəhərdə pensiyalar ödənildi – RƏSMİ

Naxçıvanda aprel ayının pensiya ödənişi başa çatdırılıb. Musavat.com xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Bildirilib ki, pensiyaçılar pensiyalarını plastik kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Read More
Sosial 

Azərbaycanın bu rayonunda “göydə” pomidor əkdilər – Video

Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin istixanasında pomidorlar qeyri-adi üsulla yetişdirilir. Mərkəzin fənn müəllimi Kəlbi İbrahimov jurnalistlərin mediaturu zamanı Musavat.com-a açıqlamasında bildirib ki, bu istixana smart tipə aiddir və burada yetişdirilən məhsullarda zərərli maddələr yoxdur. Onun sözlərinə görə, maraqlı məqam pomidorların torpaqda deyil, müəyyən hündürlükdə, xüsusi substratda yetişdirilməsidir: “Torpaqda mövcud olan bütün qida maddələrindən istifadə edirik. Azot, fosfor, kalium, dəmir kimi elementləri xüsusi sistem vasitəsilə bitkilərə ötürürük. Digər mikroelementlər isə mərkəzi idarəetmə sistemi ilə şitillərin dibinə verilir. Əgər qabıqla pomidorun ətli hissəsi arasında ağ xətt yoxdursa, bu, gübrələmənin düzgün aparıldığını göstərir.…

Read More
Sosial 

SOS: Əhalinin sevimli qidası XƏRÇƏNG yaradırmış

ABŞ-də aparılan son araşdırmalar böyüklərin demək olar ki, yarısının emal olunmuş ət məhsulları ilə bağırsaq xərçəng arasındakı əlaqədən xəbərsiz olduğunu üzə çıxarıb. Məsuliyyətli Tibb üzrə Həkimlər Komitəsinin (PCRM) hesabatına görə, kolbasa, sosis və digər emal edilmiş ətlərin istehlakı bu xəstəliyə tutulma riskini ciddi şəkildə artırır. Terapevt Cozef Barrokas bildirir ki, bağırsaq xərçəngi hazırda 50 yaşdan aşağı şəxslər arasında onkoloji ölüm səbəbləri içərisində ön sıralara çıxıb. Lakin bir çox insan hələ də qidalanma faktorunun bu xəstəlikdəki rolunu dərk etmir. Məlum olub ki, respondentlərin yalnız üçdə biri bu barədə həkimindən məlumat alıb.…

Read More