Hacı Şahin Həsənli: “Azərbaycan, ABŞ-dakı kimi, müxtəlif mədəniyyətlərin əritmə qazanı deyil”
“Özlərini millət, ya da İslam fədaisi kimi göstərməyə çalışırlar, amma…” Dini tolerantlıq, ölkəmizdə yaşayan müxtəlif millətlərə münasibətlər baxımından Azərbaycanın dünyaya örnək olduğunu əminliklə söyləyə bilərik. Amma zaman-zaman bu siyasətə kölgə salmaq, ona qarşı çıxmaq cəhdlərini də görürük. Bu cür cəhdlər nələrə səbəb ola bilər, qarşısı necə alınmalıdır? Mövzu ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli bunları deyib: “Azərbaycan xalqı uzun əsrlərdir dövlətçilik ənənəsinə və böyük mədəniyyətə sahibdir. Bu xalqın milli-mənəvi dəyərləri əsrlərin sınağından keçib, müxtəlif etnik və dini qrupların töhfəsi ilə formalaşıb. Bununla belə, Azərbaycan, məsələn, elə ABŞ-da…
Read More