İSLAM 

Özü də sevər, insanlara da sevdirər…

Təşəkkür – ədəb və əxlaqın ən üstün şöbələrindən biridir. Çünki təşəkkür etməyi gözəl şəkildə bacaran insan, həm Allahı razı salmış olur, həm də qarşısındakı insana olan hörmətini ifadə etmiş olur, habelə onu sevindirir. Peyğəmbərimiz (ona Salam olsun) buyurmuşdur: “İnsanlara təşəkkür etməyən, Allah’a da şükür etmiş olmaz”. (Musnəd).

Lakin, təşəkkür etmək – sadəcə “minnətli qalmamağın” ifadəsi hesab olunmamalıdır. Çünki təşəkkür adlı bir əməlin var olma səbəbləri əslində tamam başqadır.

İslam müdriklərinin sözlərinə nəzər yetirdikdə, ‘insanlara təşəkkür etmək’ mövzusunda demək olar ki, heç bilmədiyimiz məsələlərin olduğunu görmüş oluruq:

1. Öyrənmiş oluruq ki, qarşı tərəfə təşəkkür etmək – içdən gəlməyən, kökü olmayan, əzbərlənmiş “çox sağol” və ya “Allah razı olsun” kimi ifadələrlə olmamalıdır. Yəni, istənilən gözəl söz və dua -içdən gəlmədikcə- bir önəm kəsb etmir. Deməli, təşəkkür’ün əsas məqsədi var imiş: Qarşı tərəf bu ifadələrin sadəcə dildə deyil, içdən gəldiyini hiss etməlidir.

2. Öyrənmiş oluruq ki, təşəkkür’ün digər məqsədi – “xala xətri qalmasın” anlayışı deyil, aradakı münasibətləri möhkəmləndirməkdir. İçdən gəlməyən quru sözlər, təşəkkür’ün yerini doldurmadığı kimi, insanlar arasındakı münasibəti də möhkəmləndirmir. Hətta zamanla süniliyin yayılmasına səbəb olur.

 

 

Daha çox xəbərlər