İSLAM 

Ruhların, əvvəldə Allaha söz vermələri necə olmuşdur?

Bəzi təfsirçilər, söz vermənin “təmsil” yoluyla bir ilahi irşat olduğunu söyləyərək belə deyərlər: “Bu bənzətmədir. İnsanların, Allahın ağalığını tanımağa görə, şahid olmaları olaraq qiymətləndirilmişdir.” Təfsir alimlərinin böyük əksəriyyəti isə, həm ilahi xitabın, həm də ruhun verdiyi cavabın simvolik deyil, həqiqi olduğu fikirindədirlər. Bu fikiri son əsrin təfsirçilərindən Məmməd Vəhbi əfəndi belə dilə gətirir: “Ağıl və həyat vermədən dili həllə cavab vermək ehtimalları varsa da, daha doğru olanı, ağıl, həyat və nitq verdi. Onlar da sualı anlayıb, ağılları idrak edərək dilləriylə cavab verdilər.” Bir nöqtəni ifadə etmək istəyərik: Sözləşmə hadisəsi ayə…

Read More
İSLAM 

Cənnətdə ailə olacaq?

Dünyadakı mömin ailənin cənnətdə birlikdə olmaları mümkündür. Çünki cənnət nemətlərindən biri də ailə həyatıdır. Burada evli olan yoldaşlar oarada da bir-birləriylə evlənəcəklər. Mömin olan ailə fərdlərinin cənnətdə birlikdə olacaqlarını xəbər verən ayələrdə, cənnətə girməyi haqq edən yoldaşların orada birlikdə olacaqları xüsusilə vurğulanmaqdadır. Cinsiyyətin insan həyatında əhəmiyyətli bir yer tutduğu şübhəsizdir. Dünya həyatında qarşı cinslər həyatlarını birləşdirərək ruhi təmin tapmaqdadırlar. Eyni təminin cənnət həyatında da davam etməsi təbiidir. Cənnət təsvirləriylə əlaqədar müxtəlif ayə və hədislərdə, cənnət həyatının dünyadakı insani duyğular paralelində qurulacağına işarə edilərək, cənnətdə hər kəsin mütləq yoldaşı olacağı və…

Read More
İSLAM 

Növbəti qrup Ümrə ziyarətinə bu tarixdə yola düşəcək

Yanvarın 13-də növbəti qrup Ümrə ziyarəti üçün Səudiyyə Ərəbistanına yola düşəcək. Bunu Trend-ə Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri deyib. O qeyd edib ki, bu il Azərbaycandan Ümrə ziyarətinə gedəcək birinci qrupla bağlı proseslər artıq tamamlanmaq üzrədir. Hazırda müraciətlərin qəbul edilməsi davam edir. Şöbə müdiri əlavə edib ki, Ümrə ziyarətində yeni tələb qoyulub: “Yeni tələb ondan ibarətdir ki, insanların çox olduğu halda açıq havada da maska taxılması məcburidir. Əvvəl belə tələb yox idi, sonradan bizə belə bir tələbin olduğu bildirildi”, – deyə o qeyd edib. Qeyd edək ki,…

Read More
İSLAM 

Allah şəfqətlidir

Oxuyun ki, sizin gözləriniz də qızarsın Nəbilər Nəbisi səadət məskəni olan məscidində oturumuşdu. Məscidə bir qrup əsir gətirdilər. Bu zaman Allah Rəsulu (s) bir qadının yana-yaxıla nəsə axtardığını gördü. Qadın tapdığı hər körpə uşağı bağrına basır, qoxulayır, sonra yerinə qoyurdu. Sonra öz körpəsini tapdı, bağrına basdı. Doymaq bilmədən onu öpür, qoxulayır, təzədən bağrına basırdı. Allah Rəsulu (s) bu mənzərə qarşısında dayana bilmədi, gözləri doldu. Hıçqıra-hıçqıra ağlayaraq barmağı ilə yanındakılara qadını göstərərək: – O qadını görürsünüzmü?-deyə soruşdu. Səhabələr cavab verdilər: – Bəli, Ya Rəsulallah! Allah Rəsulu (s) yenə üzünü onlara tutub:…

Read More
İSLAM 

Hər şeyi bilən Allahdır

Әbu-Hәmzә imаm Bаqirin (ә) dilindәn bеlә nәql еdir: “Hеç bir ilin yаğış pаyı о biri ilkindәn аz dеyil. Аmmа yаğışı istәdiyi yеrә yаğdırаn Аllаhdır. Аllаh günаhkаr insаnlаrın yаğış pаyını kәsib, оnu dаğlаrа vә dәnizlәrә yаğdırır. İnsаnlаr günаh еtdiklәri yеrdә Аllаh tәzәk qurdunа әzаb vеrәr, yаğışı kәsәr vә оnu günаhа yоl vеrilmәyәn yеrlәrә yаğdırаr.” Sоnrа hәzrәt (ә) buyurdu: “Еy bәsirәt sаhiblәri, ibrәt götürün!” (İnsаnlаrın günаhınа görә dili bаğlı cаnlı cәzаlаndırılırsа, günаhkаrlаrın hаlı nеcә оlаcаq?!) Allahın sevimli qullarından biri bir yuxu görər; yuxusunda özünə belə deyilir: “Səhər olunca, qarşına ilk çıxanı ye,…

Read More
İSLAM 

Allahın Varlığı Aydın Bir Həqiqətdir

Allahın Varlığı Aydın Bir Həqiqətdir. Hər bir hadisə və yaranmışın qurub-yaradana ehtiyaclı olduğu aydın bir həqiqətdir. Bir hadisə baş verən kimi hamı onun səbəbini axtarır. Hətta az yaşlı körpə bir insan dünyasını dəyişəndə gözlərini dolandırıb onu izləyir. İstənilən birimiz rəqəmsal bir qurğu və ya kompyuter gördükdə əmin oluruq ki, bütün bunların mahir bir yaradıcısı var. Əgər bir şəxs kompyuterin öz-özünə, təsadüfən yarandığını bildirsə, dərhal düşünürük ki, həmin şəxsin ağlı yoxdur. İnsan gözəl bir tablo gördükdə dərhal onun yaradıcısı ilə maraqlanır, bu işin hansı rəssamın fırçasından yarandığını soruşur. Əgər yaşadığımız dünyada…

Read More
İSLAM 

Ramazan ayının başlama tarixi bilindi

2022-ci ildə Ramazan ayının başlama tarixi açıqlanıb. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin paylaşdığı 2022-ci il Miladi təqvimində bildirilib. Vurğulanıb ki, gələn il Ramazan ayı aprel ayının 2-də başlayacaq, mayın 2-3-ü isə bayram qeyd olunacaq. Qədr gecələri aprelin 19, 21, 23 və 27-dir.

Read More
İSLAM 

İnsan heyvana çevrilə bilərmi?

“Əraf” surəsinin 166-cı ayəsində buyurulur: “Qadağan olunmuş işə saymazyana münasibət bəslədikləri vaxt, onlara əmr etdik: “Zəlil meymunlara dönün!”. Müxtəlif ayələrdən məlum olur ki, yolunu azmış tüğyançı tayfaları Allah-təala müxtəlif cür cəzalandırır. Yuxarıdakı ayə, bir qrup azğın insanın cəza olaraq heyvana döndərildiyini xəbər verir. Burada insanın ruhən, yoxsa cismən heyvanlaşmasından söhbət gedir. Elmi nöqteyi-nəzərdən insanın cismən heyvana dönməsi qeyri-mümkündür. Həyat şəraitinin dəyişməsi təsiri altında, orqanizmdə yeni bioloji əlamətlər yarana bilər. Mutasiya adlanan bu dəyişmə, orqanizmi qismən dəyişə bilər. Demək, insanın heyvana çevrilməsi, yalnız möcüzə yolu ilə mümkündür. Amma təfsirçilərin kiçik bir…

Read More
İSLAM 

Hacı Şahin Həsənli: “Cinlər haqqında bizə çox şey məlum deyil” – VİDEO

Baku TV-də yayımlanan “O Kimdir?” verilişinin budəfəki qonağı ilahiyyatçı Hacı Şahin Həsənlidir. Verilişdə dindən sui-istifadə edənlər, cinlərin insanlarla təması barədə fikirlər, uşaqların tərbiyəsi kimi mövzular müzakirə olunub. “Ölümün pərdə arxası”ndan danışan ilahiyyatçının sözlərinə görə, ölüm haqqında düşünmək ömrü azaltmır. Əksinə, hədislərimizdə var ki, ölümü düşünən insanlar daha çox yaşayır. “Niyyəti vətənini qoruyaraq Allahın razılığını qazanmaq olanlar və bu yolda döyüşərək ölənlər birmənalı olaraq şəhid sayılır. Şəhid üçün 70 məqam nəzərdə tutulub ki, onlardan ən aşağısı günahlarının bağışlanmasıdır”, – deyə Hacı Şahin qeyd edib.

Read More
İSLAM 

Azərbaycandan növbəti Ümrə ziyarətinin tarixi açıqlanıb

Azərbaycandan olan bir qrup zəvvarın Ümrə ziyarətinə (kiçik Həcc) qeydiyyatı başlayıb. Bunu “İki sahil”ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Bəxtiyar Nəcəfov deyib. Onun sözlərinə görə, 2022-ci ilin yanvar ayı ərzində Azərbaycandan daha bir qrup zəvvar Ümrəyə yollanacaq: “Yanvarın 6-13-ni əhatə edəcək səfər üçün sənədlərin toplanılmasına başlanılıb. Bir qrupda, təxminən, 25 nəfərin olmasına üstünlük verilir. Səudiyyə Ərəbistanının tələbinə əsasən, ziyarətçilər mütləq koronavirus əleyhinə üç doza vaksin (iki doza “Sinovac”, 1 doza “Pfizer”) vurdurmalıdırlar. Yalnız üç doza vaksin sertifikatı olan şəxslər səfərdə iştirak edə bilərlər”. B.Nəcəfov bildirib ki, indiyədək üçə yaxın…

Read More