İSLAM 

Kişi bir qadınla izdivacdan olan uşağa başqa qadınla izdivacdan doğulan uşağın adını qoya bilərmi?

Öz-özlüyündə bu hərəkət günah deyil. Ad – insanın özünəməxsus fərqlilik nişanıdır. İnsan öz adı ilə tanınır, başqalarından seçilir. Həttə fərqli izdivaclardan deyil, eyni izdivacdan doğulan uşaqlara da eyni adın qoyulması dini baxımdan qadağan deyil (uşaqların fərqlənməsi baxımından müəyyən maneələr yaratsa da). İslam tarixi boyunca bunun nümunələrinə çox rast gəlinmişdir. İslam müqəddəsləri öz özvladlarının bir neçəsinə eyni adı vermişlər; məsələn, “Əli”, “Məhəmməd”, “Fatimə” adları. Bəzən uşaqları fərqləndirmək üçün onları “böyük” və ya “kiçik” ləqəbləri ilə çağırmışlar. Məsələn, “Əliyyül-əkbər” (böyük Əli) və “Əliyyül-əsğər” (kiçik Əli), “Fatimətül-kübra” (böyük Fatimə) və “Fatimətüs-süğra” (kiçik Fatimə).

Read More
İSLAM 

Dinimizdə “çilə” deyilən anlayış vardırmı?

Dilimizdə işlənən “çilə” sözü fars dilindəki “çehel” yəni “qırx” sözündəndir. Bu ifadə təsəvvüf aləmində də işlədilir. Belə ki, bəzi sufi təriqətlərində müridlərin (təsəvvüfə daxil olmuş şəxslərin) 40 gün ərzində müəyyən fiziki və mənəvi təmrinlər etməsi, insanlardan kənar durub ibadətlə məşğul olması, yaxud fiziki işlərlə cəmiyyətə xidmət etməsi “çilə” adlanır. Xalq ənənəsinə görə, “çilə” həm də bir növ qorunmaq və karantin müddəti kimi qəbul edilir. Belə ki, yeni doğulmuş uşağı çilə boyunca (40 gün ərzində) insanlarla təmasdan uzaq saxlayırlar. Ailə qurmuş qadın toydan sonra, dünyaya uşaq gətirmiş qadın doğuşdan sonra 40…

Read More
İSLAM 

Həqiqi bəndə o kəsdir ki, özünü malik bilməsin

Bizlərdən bir çoxu çətinliklə üzləşən zaman öz-özümüzə deyərik: “Heç nəyimiz olmasa da Allahımız ki, var, Allah bizi tək qoymaz”. Bəzilərimiz isə probelmlə üzləşən zaman o qədər səbirsizlik edirik ki, başqalarının əsəblərini də pozuruq. Lakin əgər həqiqətən Allaha pənah aparırıqsa, gərək bunu dildə deyil, ürəyimizdə edək. Yəni, ürəkdən inanaq ki, Allahdan başqa heç kəs bizə yardım edə bilməz və ancaq Ondan yardım istəyək. Elə bu cür düşünməyimiz bizə rahatlıq verər. “İzzət və qüdrət Allaha, Onun Rəsuluna və möminlərə məxsusdur”. (“Münafiqun” 8). Əgər hər kim bu iki mövzunu bilsə, başqasının qapısını bir…

Read More
İSLAM 

İnsaf sözünü necə başa düşək?

Gündəlik həyatda bu sözlə çox rastlaşırıq ki, “insaflı olun”. Mən əgər sözgəzdirən insanın sözünə qulaq asmasam, ya dostuma qarşı sui-zənnim olmasa, ona qarşı insaflı olmuşam, ya yox? Çox təəssüf ki, cəmiyyətdə belə bir vəziyyətə rast gəlmək olur ki, qəzəb səbirə, narazılıq razılığa, fürsətçilik fədakarlığa və şəxsi mənfəət dini mənfəətə hərdən qalib gəlir. Müsbət dəyərlər cəmiyyətdə unudulmaqdadır. O zaman ki, cəmiyyətdə müsbət dəyərlər unudular, bərəkət həmin cəmiyyətdən gedər. Əgər bu dəyərlər əldən gedərsə razılıq, inam, təkamül, etimad insanların arasında eyni səviyyədə müşahidə olunar. Bilirsinizmi ki, insaf nədir? Bəli, bu əxlaqın adı…

Read More
İSLAM 

Abırı aparan, ömrü qısaldan, duaları həbs edən günahlar

Yaxşı əməl insanın ürəyini və simasını nurlandırdığı halda, günah ürəyi qaraldar və başqalarının nifrətinə səbəb olar. İmam Sadiq (ə) ən şox mənfi təsir qoyan günahlara işarə etmiş və buyurmuşdur: “O günah ki, neməti dəyişdirər – başqalarının haqqına təcavüz etməkdir. Peşmanlıq gətirən günah – qətldir. O günah ki, giriftarlıq əmələ gətirər – zülmdür. O günah ki, abırı aparar – şərabxorluqdur. O günah ki, ruzinin qarşısını alar – zinadır. O günah ki, ölümü tezləşdirər – qohumlarla əlaqəni kəsməkdir. O günah ki, duaların qəbul olmasına mane olar – ata və anaya itaətsizlik etməkdir”.…

Read More
İSLAM 

Ruzi əslində nədir?

Bir çoxlarımızın səxavət mövzusunda axsamağımızın səbəbi budur ki, ruzi və qazanc haqqındakı fikirlərimiz yanlışdır. İş görmək bizim üçün bir fəxrdir. Vilayətə görə olan fəxr kimi, insana görə olan fəxr kimi. Yəni insan gündəlik gəlirini əldə edən zaman insanlara ehtiyac duymamalıdır. Əksinə başqaları üçün xeyir və bərəkət qapısı olmalıdır. (Tebyan) Ona görə də hər bir müsəlman zəhmət çəkməli və iş görməlidir, tənbəllik etmək müsəlmana yaraşmaz. Əgər ruzinizin çox olmasını istəyirsinizsə, xoş əxlaqlı və insaflı olun. Hesab və kitabınız nizamlı olsun. Borc verməyi bacarın və əmin olun ki, həmin borc bir gün…

Read More
İSLAM 

Cəbr, yoxsa ixtiyar?

Cəbr dedikdə o nəzərdə tutulur ki, insan rəftar və əmllərində məcbur olsun. Heç bir ixtiyarı və azadlığı olmasın. Əşəri firqəsi bu nəzərdədir ki, insan bütün işlərinə məcburdur və hər şey Allahın əlindədir və insanın bir işi görməyə heç bir ixtiyarı və azadlığı yoxdur. Yəni insan bir bitki kimidir, ya da yuxarıdan aşağı atılan bir daşa bənzəyir. (Tebyan) Bu yanlış əqidə ona görə meydana gəlibdir ki, bu insanlar cəbrlə bağlı şübhələri həll edə bilməyiblər. Biz Əhli-beyt (ə) davamçılarının əqidəsinə görə, bu nəzər yanlışdır. Çünki bu əqidə: 1. Allahın ədaləti ilə uyğun…

Read More
İSLAM 

Qadınlar niyə kişilərdən dərin basdırılır? – QƏRİBƏ SƏBƏB

Şəriətə görə ölünü üzü qibləyə, iyi-qoxusu bayıra çıxmayacaq dərəcədə dərinliyə dəfn etmək lazımdır. Lakin burada Qiyamət gününün dirilişinə aid olan bir məsələ vardır ki, islam aləminin müxtəlif məmləkətlərində, hətta ölkəmizin bəzi bölgələrində qadının qəbri boğazına qədər, kişinin qəbri qurşağına qədər qazılır. Hətta keçmiş zamanda bu ölçünü qamışla edərmişlər. Həm kəfən parçasını, həm də qəbrin boyunu müəyyən etmək üçün. Hətta bölgələrimizdə bir qarğış növü də var: “Boyuna qəmiş ölçüm” deyə. Bu dərinlik fərqini indi müxtəlif cür izah etməyə çalışırlar. Bəziləri tibbi cəhətdən, bəziləri dəfn zamanı qadının görünməsinin naməhrəm olduğunu əsas gətirirlər.…

Read More
İSLAM 

Hacı Şahin: “Həzrəti Mehdi niyə gəlib pul yığmalıdır ki?!”

Ötən gün Daxili İşlər Nazirliyi özünü 12-ci İmam Mehdi kimi təqdim edib, dələduzluqla məşğul olan Babayev Aqil Zalış oğlunun həbsilə bağlı məlumat yaydı. Onun dini məclislər təşkil etdiyi, 20 ildən artıq dövr ərzində 50-yə yaxın vətəndaşı aldatdığı və pullarını mənimsədiyi bildirilir. Nazirliyin məlumatında deyilir ki, bu illər ərzində topladığı vəsaitlər hesabına Aqil Babayev xeyirxah əməllər etmək əvəzinə, şəxsi güzərarını yaxşılaşdırıb və Bakı şəhərində bahalı mənzillər, avtomobillər alıb. Beləliklə, xeyli sayda inanclı insan özünü 12-ci İmam Mehdi adlandıran növbətı fırıldaqçının qurbanına çevrilib. Xəbəri oxuyanda ağla gələn ilk suallardan biri də bu…

Read More