İSLAM 

Dua edən zaman Allahdan nə istəyək?

Bəndə Allahdan hər hansı halal istəyini diləyə bilər. Bütün ehtiyacları yerinə yetirən Allahdır. Ona görə də bəndənin hər hansı halal ehtiyacını Allahdan istəməsində eyib yoxdur. Dua zamanı həm maddi, həm də mənəvi istəklərimizi dilə gətirə bilərik. Hər kəs nəyə daha çox ehtiyacı olduğunu özü yaxşı bilir. Məsumlarımızdan rəvayət edilmiş dualarda mənəvi məsələlərə daha çox yer ayrıldığının şahidi oluruq. Belə ki, Allahdan hidayət, iman, qəlb aramlığı, təqva, din qardaşları ilə münasibətdə mehribanlıq və s. istəmək bəyənilir. Əlbəttə ki, duaların ən gözəli günahların bağışlanmasını diləmək, istiğfar etməkdir. Bununla yanaşı, maddi istəkləri də…

Read More
İSLAM 

Doğulacaq uşağın cinsiyyəti ilə bağlı ailə planlaşdırılmasına aid müəyyən cədvəllər mövcuddur. Onlara uyğun əməl etmək günah deyil ki?

Məlum olduğu kimi, tibb elmi durmadan inkişaf edir və əvvəllər mümkün olmayan bəzi məsələlər öz həllini tapmağa başlayır. Doğulacaq uşağın cinsiyyətini müəyyən etmək əvvəllər ağla gəlməyən bir hal sayılırdısa, müasir tibbi proqnozlarla bunun həlli mümkündür. Bununla bağlı müəyyən zaman cədvəlləri və digər tibbi təlimatlar mövcuddur. Uşağın cinsiyyətinin istəyə uyğun olması üçün cinsi yaxınlıq zamanı həmin təlimatlara əməl etmək tövsiyə edilir. Bu təlimatlara əməl etmək dinimizə görə günah deyil. Amma əlbəttə ki, hər şeyin Allahın ixtiyarında olduğunu unutmamalı və hər zaman ilk növbədə Allahdan yardım istəməliyik. Bütün tibbi təlimatlar, göstərişlər, cədvəl…

Read More
İSLAM 

Saqqal saxlayan şəxs dəstəmazda üzünü yuyan zaman saqqalın altındakı dərini də tam islatmalıdır?

Dəstəmazın vacib əməllərindən biri də sifəti yuxarıdan aşağıya doğru su ilə yumaqdır. Alnın tük bitən yerindən çənəyə kimi bir qarış enində bütün sifət su ilə islanmalıdır. Əgər saqqal o qədər qısa və nazik olsa ki, tüklərin arasından sifətin dərisi görünsə, bu halda tüklərin dibini və dərini su ilə islatmaq lazımdır. Bunu etmək üçün suyu sifətə yaymaq və dərinin islanmasına nail olmaq tələb olunur. Əgər saqqal o qədər uzun və sıx olsa ki, artıq tüklərin dibi və dəri görünməsə, bu halda saqqalı yumaq kifayət edər. Yəni suyun saqqalı islatmasına nail olmaq…

Read More
İSLAM 

70 böyük günah

70 böyük günah 1. Allaha şərik qoşmaq 2. Haqsız yerə (günahsızı) öldürmək 3. Sehr 4. Vaxtlı-vaxtında namaz qılmamaq 5. Zəkat verməmək (o kəslər ki verməlidirlər) 6. Ramazanda üzrlü səbəbsiz orucu pozmaq 7. İmkan olduqda Həcc ziyarətinə getməmək 8. Valideynlərin üzünə ağ olmaq (şəriətə zidd olmayan məsələlərdə itaət etməmək) 9. Qohumluq əlaqələrini kəsmək 10. Zina 11. Kişibazlıq 12. Riba (sələm, faiz) 13. Yetimin malını haqsızcasına yemək və ona zülm etmək. 14. Allah və Rəsulunun adından yalan danışmaq (Allah və Rəsulu demədiyini Onların adından demək) 15. Döyüş meydanından qaçmaq 16. Rəhbərin ədalətsizliyi,…

Read More
İSLAM 

Namazda diqqətimiz niyə dağılır?

Biz müsəlmanlar üçün ən ağrılı mövzulardan biri – namazda diqqətimizi toplaya bilməməkdir. Ayətullah Cavadi Amuli “Quranda əxlaqın mərhələləri” kitabında yazır: “Bəzən insan şəriətə əsasən namaz qılır, yəni namazın və dəstəmazın vacibatlarına və müstəhəblərinə əməl edir, ancaq qəlb hüzuruna malik olmur. Belə namaz fiqhi cəhətdən batil olmasa da, ancaq əxlaqi cəhətdən təsirsiz olur. Namazda qəlb hüzurunu təmin etmək çox çətindir. Baxmayaraq ki, hər namaz ancaq bir neçə dəqiqə çəkir, lakin namazqılan bu zaman özünə hakim ola bilmir. Əgər insan həmin bir neçə dəqiqədə özünə hakim olsaydı, onun başqa işləri də təmin…

Read More
İSLAM 

Builki Həcc ziyarətindən – Fotolar

Səudiyyə Ərəbistanının Məkkə şəhərində Həcc ziyarəti başlayıb. ARANTV.AZ  xəbər verir ki, ötən il olduğu kimi, bu il də müsəlmanların ziyarəti pandemiya qaydalarına uyğun şəkildə təşkil edilib. Bu il də Səudiyyə Ərəbistanı ölkədə yaşayış icazəsi olanlara və öz vətəndaşlarına Həcc ziyarətinə icazə verib. Bundan başqa, vaksinasiyadan tam şəkildə keçənlər Məkkəyə gələ bilər. Bu il 60 min nəfərə Kəbəni ziyarət etməyə icazə verilib.

Read More
İSLAM 

Qurban bayramı ilə əlaqədar bayram namazı qılınıb

Qurban bayramı ilə əlaqədar Bakıdakı “Əjdərbəy” məscidində bayram namazı qılınıb. ARANTV.AZ xəbər verir ki, mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə də iştirak edib. Namaz Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Hacı Salman Musayevin imamətliyi ilə qılınıb. Qeyd edək ki, iyulun 20-21-də Azərbaycanda Qurban bayramı qeyd olunur.

Read More
Gündəm İSLAM 

Bu gün Azərbaycanda Qurban bayramıdır

Qurban bayramı — İslam aləmində iki müqəddəs bayramdan biridir. Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. Qurbandan (niyyətdən asılı olaraq) bir hissə pay göndərilir, digər hissələr isə ehtiyac sahiblərinə paylanır. Hamıya bərabər pay verilir, qurban kəsən özü də pay götürə bilər. Ənənəyə görə dilənçi və kasıblar bayram günü ac qalmasınlar deyə mərasimlərə dəvət olunurlar. Qurban bayramı ən qədim bayramlardandır. Dini qurban kəsmə mərasimi İslamdan da əvvəl mövcud olub, lakin…

Read More
İSLAM 

Qurban ətinin paylanmasında xüsusi norma yoxdur – Hacı Şahin

Qurban bayramı cəmiyyətdə xeyriyyəçilik ənənələrinin yüksəlməsinə xidmət edir. ARANTV.AZ  bildirir ki, bunu Trend-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, “Məşədi Dadaş” məscidinin imamı Hacı Şahin Həsənli deyib. Onun sözlərinə görə, qurban ətinin paylanmasında xüsusi norma yoxdur: “Qurban bayramı həcc ayinlərindən biridir. Həcc ziyarəti zamanı zəvvarların Mina çölündə qurban kəsməsi vacibdir. Amma həcc ziyarətində olmayan müsəlmanlara qurban kəsmək vacib deyil. Sadəcə, bəyənilən bir əməldir. Böyük fəziləti var. Allahın sevdiyi əməllərdən biridir. Qurban müsəlman tərəfindən üzü qibləyə bıçaqla kəsilməli, kəsilən zaman Allahın adı çəkilməlidir. Bu, qurbanın şəriət qaydalarıdır. Bu il qurbanlar xüsusi ayrılmış…

Read More
İSLAM 

Qurbanlıq haqqında ən çox verilən suallara cavab

Aşağıda qurbanlıqla bağlı oxucular tərəfindən tez-tez verilən suallara cavab olaraq qurban kəsəcək (kəsdirəcək) hər bir şəxsin bilməli olduğu məlumatlar Sizə təqdim olunur. Hansı heyvan növlərindən qurban kəsmək olar? İslam şəriətinə görə, dəvə, inək, keçi və qoyun cinsindən qurban kəsmək olar. Bunun sübutu Qurani-kərimin Həcc surəsinin 28-ci və 34-cü ayələridir. Həmin ayələrdə qurbanlığın «ənam» adlanan ev heyvanlarından olması şərt sayılıb. Quranın Ənam surəsinin 143-144-cü ayələrində isə «ənam» qisminə aid olan heyvanların yuxarıda aı çəkilən dörd cinsdən olduğu vurğulanıb. Buna görə də bir çoxlarının təsəvvür etdiyi kimi, «Qurban bayramı günü mütləq qan…

Read More