İSLAM 

İftar duaları

İftar duaları “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”. Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!” О Аллах! Ради тебя я постился, открываю ифтар ниспосланным Тобой хлебом насущным, и на Тебя я уповаю! Во имя Аллаха Всемилостивого и Милосердного.О Владыка безмерной милости, прости мне мои грехи! “Allahummə ləkə sumtu və bikə əməntu ve əleykə təvəkkəltu və əla rizqıkə əftartu, fə təkabbəl…

Read More
İSLAM 

Oruc tutarkən etdiyimiz səhvlər

Covid-19 virusuna görə immuniteti güclə saxlamaq mütləqdir. Bunun üçün 3 önəmli amilə fikir vermək lazımdır: sağlam qidalanma, çox yatmaq və vaxtlı-vaxtında idman. Bunları əsasən də Ramazan ayında etmək vacibdir. ARANTV.AZ Axşam.az-a istinadən oruc tutarkən etdiyimiz səhvləri təqdim edir: İftarda çox yemək Çox yemək həzm sistemində problem yaradacaq. Yemək yeyərkən yavaş yeməyə diqqət edin. Şorba içdikdən sonra 10-15 dəqiqə fasilə verməlisiniz. İkinci yeməyin yağlı olmamasına fikir verin. Tez yeyib bitirmək Tez yemək qan şəkərini artıracaq. İftardan sonra yuxulamağa başlayacaqsınız. Tez yeyərkən doyduğunuzu hiss etməyəcəksiniz. yavaş-yavaş yeyin, hətta arada 1 dəqiqə fasilə verin. İmsakda…

Read More
İSLAM 

Ramazan ayının səkkizinci gününün imsak, iftar və namaz vaxtları – FOTO

Sabah Ramazan ayının səkkizinci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 21-də imsak vaxtı saat 04:17-də, iftar vaxtı isə 19:40-dadır. Aprelin 21-i üçün namaz vaxtları: Sübh azanı 04:27 Zöhr azanı 12:39 Əsr azanı 17:27 Məğrib azanı 19:40 İşa azanı 20:46 Səkkizinci günün imsak vaxtı üçün duanı təqdim edirik: “Allahummə inni əs-əlukə fihi ma yurzik. Və əuzu bikə mimma yu-zik. Və əs-əlukət-tovfiqə fihi li-ən utiəkə və la ə-siyək. Ya cəvadəs-sailin”. Tərcüməsi: “İlahi, bu gün səni razı salan əməlləri səndən istəyirəm. Səni qəzəbləndirən əməllərdən sənə sığınıram. Sənə tabe olmaq və sənə qarşı üsyan etməmək üçün yardım istəyirəm.…

Read More
İSLAM 

Qadın doğuşdan sonra nifas qüslü verməli olduğunu unudub və gündəlik namazlarını qılıb. Bu halda qıldığı namazlar düzgündürmü?

Şəriətə əsasən, qadın doğuşdan sonra 10 gün müddətində qanaxma ilə üzləşərsə, namaz və orucdan azaddır (orucun qəzasını tutmaq şərti ilə). Belə ki nifas müddəti 10 gündən az da ola bilər, amma 10 günü keçə bilməz. Təkcə normal doğuş deyil, uşağın vaxtından qabaq düşməsi və abort zamanı (günah olsa da) 10 gün müddətində gələn qan nifas qanı sayılır. Qan kəsildikdən sonra qadın mütləq nifas niyyəti ilə qüsl almalıdır. Yalnız qüsldən sonra o, vacib olan namazları qıla və orucları tuta bilər. Lakin əgər qadın nifas qüslü verməyi unutmuşsa və ya ümumiyyətlə, nifas…

Read More
İSLAM 

Ramazanda ağız qoxusunun qarşısını necə almaq olar? – Məsləhətlər

Ramazanda yaşanan problemlərdən biri də ağız qoxusudur. Çox zaman yediklərimizə, içdiklərimizə bağlı olaraq ortaya çıxan ağız qoxusu xüsusən səhərlər daha da rahatsız edir. Amma imsak və iftarda bəzi tədbirlərlə bunun qarşısını almaq olar.   Bəs bunun üçün nə etmək lazımdır?   ARANTV.AZ xəbər verir ki, ağız qoxusu yəni halitozis insanın həm özünü, həm də ətrafdakıları rahatsız edən, nəfəsdəki qoxudur. Ağız qoxusunu qarşı məsləhətlər Tərəvəz yeyən insanlarda çox ət yeyənlərlə müqayisədə daha az ağız qoxusu olur. Buna görə də tərəvəzlə qidalanmaq ağız qoxusunu azaldar. Bu qidalardan uzaq durun Soğan, sarımsaq və…

Read More
İSLAM 

Pandemiya Ramazan bayramına necə təsir edəcək?

“COVID-19” virusunun hökm sürdüyü bir dövrdə vətəndaşların Ramazan ayını necə keçirəcəyi ilə bağlı fikirlərini öyrənmək məqsədilə Media Təhlil Mərkəzi (MTM) tərəfindən sorğu keçirilib. Mərkəzdən “İki sahil”ə bildirilib ki, sorğuda iştirak edənlərin 50%-ni qadınlar, 50%-ni kişilər təşkil edib. Nəticələr göstərib ki, respondentlərin 43,3%-i hər il oruc tutsa da, 28,4%-i isə oruc tutmur: “Müəyyən səbəblərə görə bəzən oruc tuta bilməyənlər sorğu iştirakçılarının 21,8%-ni təşkil edib. Respondentlərin 3,6%-i bu il ilk dəfə oruc tutacağını qeyd edib. Hər il oruc tutduğu halda bu il oruc tuta bilməyəcəyini bildirənlər isə cavab verənlərin 2,9%-ni təşkil edib. İştirakçıların…

Read More
İSLAM 

Ramazan ayının yeddinci gününün imsak, iftar və namaz vaxtları – FOTO

Sabah Ramazan ayının yeddinci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 20-də imsak vaxtı saat 04:19-də, iftar vaxtı isə 19:39-dadır. Aprelin 20-si üçün namaz vaxtları: Sübh azanı 04:29 Zöhr azanı 12:40 Əsr azanı 17:26 Məğrib azanı 19:39 İşa azanı 20:45 Yeddinci günün imsak vaxtı üçün duanı təqdim edirik: “Allahummə əinni fihi əla siyamihi və qiyamih. Və cənnibni fihi min həfəvatihi və asamih. Vərzuqni fihi zikrəkə bidəvaih. Bitəvfiqikə ya hadiyəl-muzillin”. Tərcüməsi: “İlahi, mənə bu gün oruc tutmaqda və gecə oyaq qalıb ibadət etməkdə kömək ol. Bu gün məni səhv və nöqsanlardan uzaqlaşdır. Sənin…

Read More
İSLAM 

Mükafatı kəsilməyən sədəqə

Uca Allah qullarına müxtəlif xeyir əməllər buyurmuşdur ki, bu əməlləri yerinə yetirən qula etdiyi əməlin savabı yalnız bu dünyada deyil, hətta ölümündən sonra da yazılır. Bu, Uca Allahın qullarına bəxş etdiyi böyük nemətlərindən biridir. Bu növ əməllərə “Sadəqa Cəriyə”, yəni “Mükafatı kəsilməyən sədəqə” və ya “Savabı daim axan sədəqə” deyilir. İnsan öldükdən sonra qəbirdə sanki əsir kimi olur, dünya ilə əlaqəsi kəsilir, əməl etmək imkanı olmur və dünyada etdiyi əməllərə görə sorğu-sual olunur. Mükafatı kəsilməyən sədəqələri etməyə müvəffəq olunan qul öldükdən sonra dünya ilə əlaqəsi kəsilsə də, etdiyi əməllərin savabı…

Read More
İSLAM 

Orucluqda uzun müddətli aclığın müsbət təsirləri var

Professor Dr. İbrahim Gül uzunmüddətli aclığın faydalarından danışıb. ARANTV.AZ xəbər verir ki, İbrahim Gül bildirib ki, qısa müddətli araşdırmalara baxdığımızda uzunmüddətli aclığın müsbət təsirləri olduğunu görürük: “Məsələn, şəkəri azaldır, xolesterolu yaxşılaşdırır, çəki azalmasına təsir göstərir. “Yaz aylarında oruc tutduğumuzda və ya uzun müddət ac olduğumuzda bədəndəki maye itkisi sürətlənə bilər. Bu da ürək xəstələrinə mənfi təsirlərlə nəticələnir. Ancaq, şəkərin normallaşması, xolesterolda yaxşılaşma ürək xəstəliyinə da müsbət təsir göstərir”. Dr. İbrahim Gül Ramazan ayında səhhəti yaxşılaşan xəstələrin sayının artdığını deyir: “Ramazanda sağlamlıq vəziyyətləri daha yaxşı olan xəstələrimiz var. Bəlkə də, bu…

Read More
İSLAM 

Peyğəmbərin (s) möcüzəsi yalnız Qurandırmı?

Yəni möcüzə elə əməldir ki, Allahın izni olmadan onu etmək mümkün deyil, peyğəmbərlərdən və onların canişinlərindən savayı başqa insanlar bunu yerinə yetirməyə acizdirlər. Yalançı birisi möcüzə göstərəcəyini iddia etsə, Allah onun iddiasını puç, özünü rüsvay edər. Necə ki, yalançı Müseylimə Həzrət Mühəmməd Peyğəmbərin (s) möcüzəsini təkrar etmək məqsədi ilə bir gözü kor olan adamın gözünə əlini çəkdi, adamın gözü açılmaq əvəzinə o biri gözü də kor oldu. Müseylimə eşitmişdi ki, Peyğəmbərin (s) ağzının suyu möcüzəvi xüsusiyyətə malikdir. O da elan etdi ki, qurumaqda olan quyuya tüpürsə, su gələr. Suyu azalan…

Read More