İSLAM 

Şabanın 15-i (Bəraət) gecəsinin əməlləri (martın 29-na keçən gecə)

Bu il martın 28-dən 29-na keçən gecə şaban ayının 15-ci gecəsidir. Şəban ayının 15-i bu ayın ən şərafətli günlərindəndir. Həmin günə keçən gecə “Bəraət gecə”si adlanır. Bəraət – “tam ayrılma” deməkdir.  Həmin günü günahkarlar Cənnətdən, ibadət edən və tövbə edənlər Cəhənnəmdən ayrılarlar. Hədislərdə gəlib ki, həmin gecə dindən çıxmışlardan, paxıllardan, böhtançılardan, şərab içənlərdən, aqvalideynlərdən (valideynə ağ olanlardan), zinakarlardan, təkkəbbürlülər və fitnəkarlardan başqa hamının bütün günahları bağışlanar. Bu gecə dualar qəbul olar. Ona görə də həmin gecəni ibadətlə keçirmək savabdır. Şabanın on beşi həmçinin imam Mehdinin (ə) mövlud günü kimi qeyd…

Read More
İSLAM 

Oruc vaxtı qəbizlik. Çarəsi

Müqəddəs Ramazan ayında oruc tutan insanlar bəzi sağlamlıq problemlərlə qarşılaşa bilər – baş ağrısı, halsızlıq, qıcqırma, qəbizlik. Düzgün qida və maye qəbulu bu problemləri həll etməyə və orucu daha asan tutmağa kömək edəcək. Yayılmış problemlərdən biri qəbizlikdir. ARANTV.AZ  sizə bu pozulmanı həll etmək üçün bəzi tövsiyələri təqdim edir: 1. Çay və qəhvənin qəbulunu azaldın. Bu içkilərin sidikqovucu xüsusiyyəti var və onlar orqanizmdən mayenin xaric olunmasını tezləşdirir. Nəticədə insan daha çox susuzlaşır. Susuzlaşma isə qəbizliyin əsas səbəblərindən biridir. Suxur və iftar zamanı su və bitki çaylarını için. 2. Mütləq xurma yeyin. Xurma qidalı…

Read More
İSLAM 

Hamamda yuyunarkən hansı qaydalara riayət etmək lazımdır?

Hamamda yuyunarkən hansı qaydalara riayət etmək lazımdır? Hamamda yuyunarkən riayət edilməli qaydaların əksəriyyəti şəriətdə vacib və ya haram deyil, müstəhəb və ya məkruhdur. Yəni bu qaydalara əməl etməyən şəxs günah qazanmaz, əməl edən şəxs isə savab qazanar. Qaydalardan biri budur ki, yaxşı olar yuyunan şəxs üzü və ya arxası qibləyə tərəf durmasın. Ümumiyyətlə, şəriətə görə çılpaq olduğu zaman üzü və ya arxası qibləyə sarı durmaq məkruhdur, yəni bəyənilməzdir. Ayaqyolunda olarkən, eləcə də cinsi əlaqə zamanı bu qaydaya əməl etmək məsləhətdir. İkinci tövsiyə budur ki, yuyunan zaman insan belinə fitə (parça)…

Read More
İSLAM 

Qadın hicaba keçdikdən sonra əvvəlki şəkillərini baxmaq üçün naməhrəmə verə bilərmi?

Qadın hicaba keçdikdən sonra əvvəlki şəkillərini naməhrəmə baxmaq üçün verə bilərmi? Hicab qadına vacib olan bir hökmdür və qadın mütləq naməhrəmlərin yanında örtünməlidir. Bunu etməyən qadın günah qazanır. Qadının real vəziyyəti ilə təsviri, şəkli, videosu da eyni hökmü daşıyır. Yəni qadın real həyatda kimlərdən örtünürsə, öz hicabsız təsvirlərini də həmin adamlardan gizlətməlidir. Burada qadının hal-hazırda hicablı olması və ya hicaba keçməzdən əvvəlki vaxtı fərq etməz. Hicab örtmədiyi zamanlar qadının səhvi kimi dəyərləndirilir. Allah mərhəmətlidir, həmin səhvi bağışlaya bilər. Amma qadın öz səhvini başa düşdükdən sonra yenə də bunu təkrar etsə,…

Read More
İSLAM 

Martın 25-nə keçən gecə Həzrət Əli Əkbərin (ə) mövludunun ildönümüdür

Bu gecə (bu il martın 24-dən 25-nə keçən gecə) müsəlmanların üçüncü imamı – imam Hüseynin (ə) böyük oğlu Əli Əkbərin (ə) mövludunun ildönümüdür. Həzrət Əli Əkbər (ə) Şaban ayının 11-də dünyaya göz açıb. Onun təvəllüdünün dəqiq ili isə bəlli deyil. Tarixçilər hicrətin 61-ci ili Məhərrəm ayının 10-da Kərbəlada şəhid olan Peyğəmbər (ə) övladının 19, 20, 32 və hətta 38 yaşında olduğunu qeyd edirlər. Əli Əkbər (ə) İmam Hüseynin (ə) böyük oğlu olduğu üçün ona Əli Əkbər, yəni böyük Əli deyilir. Əli Əkbərin (ə) kiçik qardaşlarının da adları Əli olub: Əli…

Read More
İSLAM 

Nəyə görə donuz əti dində qadağan edilib? – Orqanizmə təsiri

Həm din, həm də demək olar ki, bütün elm adamları donuz ətinin yeyilməsini qadağan edir. “O sizə leşi, qanı, donuz ətini və Allahdan başqası adına kəsilmiş heyvanı haram qıldı. Amma bunu yeməyə məcbur olanlar həddi aşmayacaq dərəcədə yesə onlara günah yoxdur. Həqiqətən Allah bağışlayandır və əsirgəməyəndir.” (Bəqərə surəsi,173 ayə) Bundan başqa bir neçə ayələrdə donuz ətindən bəhs edilir. Məsələn Maidə surəsinin 3-cü ayəsi, Nəhl surəsinin 115-ci ayəsi, Ənam surəsinin 145-ci ayəsi və Maidə surəsinin 60-cı ayələrində donuz ətinin haram olaraq qadağan olmasından söz açılır. Bəs donuz əti niyə yeyilməməlidir? Həqiqətənmi…

Read More
İSLAM 

Sübh namazına oyana bilmək üçün nə edək?

Möminə yaraşan əsas xüsusiyyətlərdən biri də namaz vaxtlarını qaçırmamaq, namazı öz vaxtının əvvəlində qılmaq və qəzaya verməməkdir. Bilərəkdən namazı vaxtında qılmamaq və qəzaya saxlamaq günahdır. Məsumların hədislərində namazı azan veriləndən dərhal sonra, yəni vaxtın əvvəlində qılmaq çox təkid edilir. Bunun həm dünyada, həm də axirətdə insana çox faydaları vardır. Xüsusilə, insanların yuxulu və yorğun olduqları vaxtlarda, yəni gecə və sübh tezdən qılınan namazlara diqqətli olmaq lazımdır. Günümüzdə də çox üzləşdiyimiz problemlərdən biri budur. İnsanlar həm gündəlik vacib namazlardan olan sübh namazına, həm də müstəhəb olan gecə namazına oyanmaqda çətinlik çəkirlər.…

Read More
İSLAM 

Niyə Həzrət Muhəmmədin (s) ən böyük möcüzəsi Quran sayılır?

Niyə Həzrət Muhəmmədin (s) ən böyük möcüzəsi Quran sayılır? Peyğəmbərlərin möcüzələri adətən zamana və şəraitə uyğun olurdu. Məsələn, Həzrət Musanın (ə) zamanında sehrbazlıq geniş yayıldığı üçün, Allah sehrbazları ifşa edən möcüzəni (ilana dönən çəliyi) Ona bəxş etdi. İsa Peyğəmbərin (ə) dövründə tibb elmi inkişaf mərhələsini yaşayırdı. Ona görə də, Həzrət Isa (ə) bütün təbibləri heyrətə salan və aciz edən möcüzələr göstərirdi (sağalmaz xəstəliklərə şəfa verir, ölüləri dirildirdi). Qurani-Kərimin nazil olduğu əsrdə isə ərəblər arasında şeir, bəlağətli söz söyləmək bacarığı yüksək qiymətləndirilirdi. Quran öz ecazı ilə cahiliyyə dövrünün qüdrətli şairlərinə meydan…

Read More
İSLAM 

Martın 19-na keçən gecə imam Zeynulabidinin (ə) mövludunun ildönümüdür

Bu il martın 19-na keçən gecə müsəlmanların 4-cü imamı, İmam Əlinin (ə) nəvəsi, İmam Hüseynin (ə) oğlu imam Zeynulabidinin (ə) mövludunun ildönümüdür. Adı Əli osa da o, tarixdə daha çox Zeynulabidin (ibadət edənlərin nuru), ya da Səccad (çox səcdədə olduğu üçün) adı ilə iz buraxıb. İmam Zeynulabidin (ə) hicrətin 38-ci ilində, Şaban ayının 5-də dünyaya göz açıb. Hicri 95-ci ildə isə Hişam ibni Әbdülməlikin əmri ilə zəhərlənərək şəhid edilib. Dördüncü imamın həyatı da Əhli-Beytin (ə) digər üzvləri kimi keşməkeşli, sınaqlarla zəngin olub. Yenə də Əhli-Beytin (ə) digər üzvləri kimi, imam…

Read More
İSLAM 

Orucla bağlı məsləhətlər

Dəyərli dostlar, əvvəlcədən ALLAH tutduğunuz orucu qəbul etsin inşAllah. Oruc vaxtı insan səhhətində bəzi hallar ola bilir ki, bəzən bu hallara görə insanlar oruc kimi nemətdən özlərini məhrum edirlər. Nəzərinizə çatdırım ki, artıq bütün dünya ac qalmanın faydasını görmək üçün 30 gün lazım olduğunu qəbul etmişlər. Elhamdülillah bizlər həm ALLAH yolunda orucumuzu tutub Allahın əmrinə baş əyirik və arxasınca da orucun bədənimiz üçün faydalarını görürük. Bu da biz müsəlmanlara Allahın bir lütfüdür. Deməli sağlamlıq üçün oruc ara verilmədən 30 gün tutulmalıdır. Oruclu vaxtların hər gününün öz dəyəri vardır, məsələn oruclu…

Read More