İSLAM 

Polşa kilsəsi İslam gününü qeyd etdi

Dünən Polşa katolik kilsəsi İslam gününü qeyd edib. Az.shafaqna.com Rusiya KİV-inə istinadla xəbər verir ki, bu gün ilk dəfə kilsə tərəfindən 2001-ci ildə qeyd olunub və o zamandan ənənə halını alıb. Yepiskop Henrik Sereşko deyib ki, bayram tədbirləri “mövhumatları aradan qaldırmağa yardım edir, xristian və müsəlmanların əminamanlıq şəraitində birgə yaşaması mümkünlüyünü göstərir”. Bu il tədbir “Xristianlar və müsəlmanlar: birlikdə ibadət yerlərimizi qoruyaq” şüarı altında keçirilib. Pandemiya ilə əlaqədar İslam günü onlayn təşkil edilib. Proqram müsəlman və katolik liderlərin təbrik ismarıclarından, həmçinin Tövrat və Qurandan qissələrin oxunuşundan ibarət olub.

Read More
İSLAM 

Bəzi kitablarda “iki fəcr” (Günəş doğuşu) ifadəsinə rast gəlirik. Bunun mənası nədir?

Bəzi kitablarda “iki fəcr” (Günəş doğuşu) ifadəsinə rast gəlirik. Bunun mənası nədir? Astronomik baxımdan Günəşin doğuşu iki mərhələdə baş verir. Əvvəlcə şərq istiqamətində üfüqdə yuxarıya doğru yönəlmiş şaquli işıqlı zolaq görünür. Xalq dilində buna qurd qulağı deyirlər. Şəriətdə bu, fəcri-kazib, yəni yalançı Günəş doğuşu adlanır. Bu, hələ sübh azanının vaxtı deyil. Bundan bir neçə dəqiqə sonra həmin ağ zolaq üfüq xətti boyunca bərabər paylanır və üfüqi şəkildə işıqlı zolaq müşahidə edilir. Buna şəriətdə fəcri-sadiq, yəni doğru fəcr deyirlər. Sübh namazının azanı bu zaman verilir. Bəzi şəriət kitablarında bu iki zamanı…

Read More
İSLAM 

Ümumdünya hicab günü onlayn rejimdə qeyd ediləcək

COVID-19 pandemiyası ilə əlaqədar bir çox ölkələrdə tətbiq edilən məhdudiyyətlərdə əlaqədar Ümumdünya hicab gününə həsr olunan əksər tədbirlər onlayn rejimdə keçiriləcək. Az.shafaqna.com xəbər verir ki, müxtəlif din və milliyyətlərə mənsub qadınlar #WorldHijabDay qeyd edəcəklər və müsəlman qadınlara dəstəklərini nümayiş etdirəcəklər. Bu günə həsr edilən konfrans “Facebook” və “Yotube”də birbaşa yayımlanacaq. “2021-ci il fevralın 1-də Ümumdünya hicab gününə həsr edilən virtual konfransımız haqqında məlumat verməyimizdən məmnunluq duyuruq”, – təşkilatçıların yaydıqları bəyanatda deyilir. Qeyd edək ki, fevralın 1-də Ümumdünya hicab günü dünyanın 140-dan artıq ölkəsində qeyd olunur.

Read More
İSLAM 

Diri baba ziyarətgahının tarixi ilə bağlı nə məlumdur?

 Diri baba ziyarətgahının tarixi ilə bağlı nə məlumdur? Diri baba türbəsi Qobustan rayonu ərazisində, Qobustan şəhərinin yaxınlığında yerləşir. (Əvvəllər bura Şamaxı rayonunun Mərəzə qəsəbəsi adlanırdı). Bu türbə yüksəkliyin qoynunda, son dərəcə maraqlı bir relyefdə tikilib. Türbənin binası ilə dağlıq ərazi bir-birini tamamlayır. Tikilinin üstündəki kitabədən məlum olur ki, onun inşası 1402-ci ildə tamamlanmışdır. Diri baba türbəsi iki mərtəbəli quruluşa malikdir. Deyilənlərə görə, burada Baba adlı bir tərki-dünya sufi yaşamış və ibadət etmişdir. O, Quran oxuyarkən dünyasını dəyişmiş və cəsədi bu vəziyyətdə qalaraq diri olması təsəvvürünü yaratmışdı. Hətta bəzi səyyahlar uzun…

Read More
İSLAM 

Kisa hədisi nədən bəhs edir?

Kisa hədisi nədən bəhs edir? Ərəb dilindən tərcümədə “kisa” əba, geyim deməkdir. İslam mənbələrindəki çoxsaylı hədislərə görə, bir gün Həzrət Mühəmməd Peyğəmbər (s) nəvələri Həsənlə Hüseyni (ə) öz əbasının (kisasının) altına almış, sonra Həzrət Əli (ə) otağa daxil olmuş və Peyğəmbər onu da kisanın altına dəvət etmişdi. Daha sonra Peyğəmbər Həzrət Fatiməni (ə) də kisanın altına almış və bu şəxslərin pak, məsum olmaları üçün Allaha dua etmişdi. Bu hadisədən sonra Əhzab surəsinin 33-cü ayəsi nazil oldu: “Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!”…

Read More
İSLAM 

Nemətullahi təriqətinin ardıcılları bu gün də mövcuddurmu?

Nemətullahi təriqətinin ardıcılları bu gün də mövcuddurmu? Nemətullahiyyə təriqətinin silsiləsi Həzrət Əliyə və İmam Rzaya (ə) əsaslanır. Bu silsilədə məsum imamlardan sonra Məruf Kərxi, Səriyy Səqəti, Cüneyd Bağdadi kimi böyük sufilərin adı gəlir. Təriqətin adı Şah Nemətullah Vəli (1330-1431) ilə bağlıdır, məhz ondan sonra təriqət şeyxlərinin adına “Əlişah” kəlməsi də əlavə edilir. Nemətullahi təriqətinin 31-ci qütbü (şeyxi) azərbaycanlı məşhur səyyah və ədib Hacı Zeynalabidin Şirvani Məstəlişah (1780-1838) olmuşdur. Nemətullahi təriqətinin Günabadi qolunun hazırda İranda xeyli ardıcılı vardır. Bu təriqətin ardıcılları şiə məzhəbinə inanırlar, ibadət əməllərini də yerinə yetirirlər. Lakin onlar…

Read More
İSLAM 

Əgər Günəş ya Ay tutulması zamanı qadın heyzlidirsə, pak olduqdan sonra ayat namazının qəzasını qılması lazımdırmı?

Əgər Günəş ya Ay tutulması zamanı qadın heyzlidirsə, pak olduqdan sonra ayat namazının qəzasını qılması lazımdırmı? Məlumdur ki, Günəş və Ay tutulması, eləcə də, insanları qorxuya salan bəzi təbiət hadisələri baş verən zaman xüsusi namaz qılınmalıdır. Buna ayat namazı deyirlər. Həmin təbiət hadisəsinin hiss olunudğu məntəqənin bütün əhalisi ayat namazını qılmalıdır. Hətta bu namazı vaxtında qıla bilməyənlər təbiət hadisəsi başa çatdıqdan sonra ayat namazını qəza niyyəti ilə yerinə yetirməlidirlər. Lakin heyz və ya nifas halında olan qadınlar ayat namazını qılmaqdan azaddırlar. Gündəlik namazlar kimi ayat namazını qılmaq da onlara icazəli…

Read More
İSLAM 

İnsan səfərdə olarkən namazları qəsr ilə (ixtisarla) deyil, bütöv qılsa, qəbul olar?

İnsan səfərdə olarkən namazları qəsr ilə (ixtisarla) deyil, bütöv qılsa, qəbul olar? Səfər şərtlərinə cavab verən hallarda insan gündəlik namazları qəsr ilə qılmalıdır. Səfər şərtləri deyərkən, əsasən səfərin məsafəsi və müddəti nəzərdə tutulur; bu barədə şəriət kitablarında ətraflı məlumat verilir. Səfərdə olan şəxs (müsafir) sübh və məğrib namazlarını vətəndə olduğu kimi, yəni 2 və 3 rükətli qılır. Zöhr, əsr və xiftən namazlarını isə 4 rükət deyil, 2 rükət halında istisarla qılmalıdır. Bu qaydaya əməl etmək məcburidir. Şəriətin hökmləri insanların istəyindən asılı deyil və insanlar öz istəklərinə görə bu hökmləri dəyişdirə…

Read More
İSLAM 

Məğrib və xiftən namazlarını gecə nə zamana kimi qılmaq olar?

Məğrib və xiftən namazlarını gecə nə zamana kimi qılmaq olar? Şəriətə görə, Günəş batıb qırmızılığı qərbdən şərqə tərəf keçdikdən sonra, yəni məğrib azanı verildikdən sonra məğrib namazının, ardınca da xiftən namazını vaxtı başlayır. Bu iki namazı ardıcıllığa riayət etmək şərti ilə (yəni əvvəlcə məğrib, daha sonra xiftən namazı qılınmaqla) gecə yarısına kimi qılmaq lazımdır. Gecə yarısı Günəş batan zamandan ertəsi gün sübh azanına kimi olan vaxtın yarısı kimi götürülür. Üzrlü olmayan şəxs məğrib və xiftən namazlarını bu vaxta kimi qılmalıdır. Amma üzrlü şəxs (məsələn, məğrib anında heyzli olub, bir az…

Read More