İSLAM
Ruhanilər, “ruhanilər” və ruhlar…
Azərbaycan hələ müstəqil olmamışdan da əvvəl, “perestroyka” dövründən başlamış dini köklərə qayıdış prosesini izləyirik. Hansı çətinliklərdən, maneələrdən, ittihamlardan, anlaşılmazlıqlardan, ehtiyaclardan keçdiyini də görmüşük. Təəssüf edirik… Ona görə ki, hazırda dini mühitdə çox təhlükəli bir tendensiya yaranıb. Heç kimi ittiham etmək niyyətimiz olmasa da, dini mühit şərti olaraq iki qütbə ayrılır. Bir var ilk illərdən dini […]
Kərbəlada Qasimin toy əhvalatı: həqiqət yoxsa yalan?
Həzrət Qasimin anasının adı Rəmlə və ya Nüfeylədir. Bu qadın İmam Həsənin (ə) kənizlərindən idi. Ərəblər öz ağasına ərə gedib, ondan oğul dünyaya gətirən qadına “ümmi-vələd” deyirlər. Rəmlə (Nüfeylə) də ümmi-vələd qəbilindən idi. Həzrət Qasimin hicri 46-cı və ya 47-ci ildə doğulduğunu yazırlar. Beləliklə, aşura günündə onun 13 və ya 14 yaşı varmış. Həzrət Qasim […]
Bakirə olmayan qızla atasından icazəsiz kəbin kəsdirmək olarmı?
Bakirə olmayan qızla atasından icazəsiz kəbin kəsdirmək olarmı? Şəriətimizə görə, bakirə qız kəbin kəsdirərkən mütləq atasından və ya ata babasından (atasının atasından) icazə almalıdır. Bunsuz kəbin batildir. Sayı az olan bəzi müctəhidlər “rəşidə”, yəni öz xeyri ilə ziyanını ayırd edən, iqtisadi cəhətdən müstəqil olan bakirə qızın icazəsiz kəbin kəsdirməsini halal bilirlər. Lakin vaxtilə evli olub, […]
Hacı Şahin: “İnsanlar Məhərrəm ayı ilə bağlı tövsiyələrə əməl edirlər”
Azərbaycanda insanlar koronavirus pandemiyası dövründə Məhərrəmlik mərasimlərinin keçirilməsi ilə bağlı tövsiyələrə əməl edirlər. ARANTV.AZ bildirir ki, bunu Trend-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, ilahiyyatçı hacı Şahin Həsənli deyib. Bu il Məhərrəm ayının pandemiya şəraitində qeyd olunduğunu xatırladan Ş.Həsənli bildirib k, öncədən din xadimlərinin mərasimlərin kütləvi şəkildə qeyd edilməməsi ilə bağlı əhaliyə müraciəti oldu: “Məhərrəm ayı […]
İmam Əlinin (ə) Quranı deyilərkən nə nəzərdə tutulur?
İmam Əlinin (ə) Quranı deyilərkən nə nəzərdə tutulur? Dini kitablarda bəzən “Əlinin Quranı”, “Əlinin müshəfi” ifadəsinə rast gəlinir. Bu, Həzrət Mühəmməd Peyğəmbərin (s) vəfatından sonra onun vəsiyyətinə əsasən, İmam Əli ibn Əbi Talib (ə) tərəfindən toplanıb yığılmış Quran nüsxəsidir. Bəziləri bunun hal-hazırki Qurandan fərqli bir kitab olduğunu düşünürlər. Buna əsas verən bəzi hədislər də kitablarda […]
İslamda abort etdirməyə icazə verilirmi?
İslamda icazə verilmir ki, ana bətnindəki körpəni kasıblıq qorxusundan və ya başqa səbəbdən məhv etsinlər. Övladın doğulmasını istəməmək üzündən abort etdirmək də qəti surətdə haramdır. Bu, insan öldürməyə bərabər olan cinayətdir. İslamda yalnız ananın həyatına təhlükə olduğu halda aborta icazə verilir; bu proqnozu savadlı həkimlər təsdiq etməlidirlər. Başqa heç bir halda, hətta əgər uşağın şikəst […]
“Ümmül-kitab” nədir?
“Ümmül-kitab” nədir? Bu sözün ərəb dilindən tərcüməsi “kitabın anası” deməkdir. Burada “kitab” Qurani-Kərimə işarədir. “Ana” kəlməsi isə əsas, bünövrə mənasını verir. Əksər mənbələrdə “ümmül-kitab” ifadəsi ilahi iradə ilə baş vermiş və baş verəcək hər şeyin qeydə alındığı lövhi-məhfuza aid edilir. Peyğəmbərlərə göndərilmiş bütün səmavi kitablar kimi Qurani-Kərim də nazil olmazdan əvvəl lövhi-məhfuz üzərində mövcud olmuş, […]
Qəsidə
Divanəyəm o eşqə ki, Aşiqi həqdir Həqqi bilən məşuq, eşqi-əhdə sadiqdir! Öyməyə hüsnü-camalın dillər acizdir Allah! Allah!- deyən dillər Sənə sadiqdir! Möhlət verir Tanrı, sanır insan layiqdir Çəkə xəcalət görə ki, heyvan da sadiqdir! Şükr edir hər canlı öz üsuluyla necə vardır Bir insandır azad,çoxusu “İblisə”sadiqdir! Bu qoca dünya, uca dünya […]
İmam Hüseynin (ə) Rüqəyyə adlı qızı olubmu?
İmamların həyatından bəhs edən mötəbər tarix və rical kitablarında İmam Hüseynin (ə) 4 oğlu və 2 qızı olduğu yazılır. Oğulları İmam Zeynül-abidin (ə), Kərbəlada şəhid olmuş Əli Əkbər, yenə Kərbəlada oxla vurulmuş südəmər Əli Əsğər və İmamın sağlığında dünyasını dəyişmiş Cəfərdir. Qızlarının adı isə əksər mənbələrdə Səkinə (və ya Sükeynə) və Fatimə kimi qeyd edilib. […]
Sapandla vurulmuş quşun ətini yemək olarmı?
Sapandla vurulmuş quşun ətini yemək olarmı? Əti yeyilməsi halal olan heyvan şəriətdə göstərilən qaydalar üzrə kəsilməli və ya ovlanmalıdır. Əgər bu qaydalara riayət olunmasa, əti murdar olar və leş kimi yararsız sayılar. Quşun ətinin halal olmasının şərtləri bundan ibarətdir: Ev quşunun mütləq başı “bismillah”la kəsilməlidir. Əgər ev quşu öz-özünə ölsə, yaxud hər hansı başqa yolla […]