Qəsidə
Divanəyəm o eşqə ki, Aşiqi həqdir
Həqqi bilən məşuq, eşqi-əhdə sadiqdir!
Öyməyə hüsnü-camalın dillər acizdir
Allah! Allah!- deyən dillər Sənə sadiqdir!
Möhlət verir Tanrı, sanır insan layiqdir
Çəkə xəcalət görə ki, heyvan da sadiqdir!
Şükr edir hər canlı öz üsuluyla necə vardır
Bir insandır azad,çoxusu “İblisə”sadiqdir!
Bu qoca dünya, uca dünya “zəhərli ilan”dır
Dişləsə hər kimi, ona qul, ona sadiqdir!
Bəsləyən mehri-məhəbbət Əhli-evə qalibdir
Ol imanda Əhlibeyt Peyğəmbərə sadiqdir!
Ən yaxşı həmdəm,Yar axtarsan Yaradandır
Haqqa çağıran,qoruyandır,sənə sadiqdir!
Göz yumursa, bitir həyat deyən kəs cahildir
Ölüm mələyidir Əzrayıl Rəbbinə sadiqdir!
Eşqi-möhnətdir üzən məni,könül yaralidir
İsbati-məhəbbətdə Züleyxa Yusifə sadiqdir!
Sığmaz dünyayə insan, çün laməkandır
Ola aləm Rəbbi-məkan,məkan ona sadiqdir!
ELmidə şaşma, inancda çaşma günahdır
Günahlar çiynindədir, nəfsinə sadiqdir!
İnamla, imanı salma dəyişik,başqa mənadır
İmanlı qəlb dəryadır, dənizlərə sadiqdir!
Adəmi edən Adəm deyil para,”dadlı iman”dır
İmanı möhkəm qılan gümandır,ona sadiqdir!
Müqəddəsdir Kərbəla Külli-məxluqat üçün
Çün boyanıb Hüseyn qanıyla,hər damlası Rəhmana sadiqdir!
Kəbəni möhtərəm edən Kəbə balası Əlidir
Vasiteyi-Quran ümmana ünvan, Xaliqə sadiqdir!
Bu şeir qəsidə janrında,15beytdən ibarət dini-mənəvi mövzuda yazılmış bir şeirdir. Şeirin təhlilinə nəzər yetirək. Burada Aşiq derkən Yaradan, məşuq isə yaradılan anlamında işlətmişəm. Tarixən, ədəbiyyatımızda bu kəlmələr işlənib və işlənməkdədir.Allah Təala (Aşiq) öz ruhundan üfürərək bəndəsini(məşuq) sevərək cahanda xəlq edib.Hər bir məşuqu mövcud edəcək ruh bu dünyada var olmamışdan öncə Aşiqlə əhd-peyman bağlayır.Yalnız Aşiqlə bağları qopmayan ona sadiq qalır.Aşiqin hüsni – camalını, yəni:rəhimliliyi, səbirliliyi,həkimliyi, mehribanlılığını və.s tərif etməyə, əlbəttə, kəlmələrimiz yetməz.Bəndə nə qədər günah sahibi olsa da, Allah öz bəndəsini nemətlərdən məhrum etmir, ona qarşı səbirli, mehribandır,səhvini anlayıb tövbə edənə qədər onun əhv diləməsini və əhdini yada salmasını həsrətlə gözləyir.Şeirdə :mənəvi saflıq; insanın günahlar qarşısında nəfsinə hakimliyi,imanın insan həyatına bəxş etdiyi mənəvi ləzzət;nəfsani, şeytani əməllərindən peşman olub tövbə edərək Allaha bağlanan Züleyxanın Yusifə sevgisi timsalında, Allah yaratdığına da Allah üçün sevgi bəsləməyin əsil sevgi olduğu düşüncələri, Aşiqə sadiqliklə nəzərə çatdırmağa çalışmışam.Biz Aşiqə sadiqliyi, vəfalılığı,eşqi insanların yezid kimi qaniçən,zalım bir xəlifəyə beyət edib qul olmamaları,onların haqq və hüquqlarını müdafiə etmək niyyət ilə İlahi ədalət naminə mübarizə apararkən şəhadət şərbətini gənc yaşında sevgi ilə içən İmam Hüseyinin simasında görürürük.Şeirdə, ölümlə həyatın bitməməsinə, əksinə əbədi həyatın başladığını,bəzi təxəyyüllərə əsasən isə vəhşi, cani, canalan bir obraz kimi canlanan Əzrayilin sadəcə Allaha xidmət edən bir mələk olduğunun təsvirini vermişəm.Şeirin təhlilinə əsasən Yer üzünün sonuncu peyğəmbəri Məhəmməd peyğəmbər tərəfindən Allahdan gələn nida ilə yazıya alınan müsəlman aləminin, müsəlman dövlətlərin müqəddəs kitabı olan Qurani Kərim də Yaradana sadiq, insanlarla Allah arasında vasitədir.
Məmmədova Əsmər :Pedaqoq, gənc yazar, şairə

