Kriminal 

Azərbaycanda kişi tanışını amansızlıqla qətlə yetirdi

Avqustun 17-də, saat 01 radələrində İmişli rayonu, Buludlu kəndi ərazisində Malik Əliyevin bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İmişli Rayon Prokurorluğundan verilən məlumatda bildirilir ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İstintaqla hadisənin zərərçəkmişin tanışı Abbas Məmmədov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Abbas Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət…

Read More
Kriminal 

Abşeronda kişi arvadını amansızlıqla qətlə yetirdi

Avqustun 14-də saat 12 radələrində Abşeron rayonu ərazisində 1975-ci il təvəllüdlü Səyyarə Vəliyevanın yaşadığı mənzildə çoxsaylı bıçaq xəsarətləri yetirilməklə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Abşeron Rayon Prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib və digər prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. İstintaqla hadisənin zərərçəkmişin əri 1967-ci il təvəllüdlü İlqar Vəliyev  tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı…

Read More
Kriminal 

Bakıda yeniyetmə bıçaqlanıb

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, hadisə Gəncə prospektində qeydə alınıb. 2004-cü il təvəllüdlü Həsənov Ayxan İlham oğlu naməlum şəraitdə bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Ona qarnının ön divarının kəsilimiş-deşilmiş xəsarətləri diaqnozu qoyulub.

Read More
Kriminal 

Bakıda kişi yeyib-içmək məclisində qadına 16 bıçaq vurdu

Bakıda cinayət məcəlləsinin xüsusi amansızlıqla qəsdən adam öldürmə maddəsi ilə təqsirli bilinən Bəhruz Abdullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. ARANTV.AZ  xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Əhməd Quliyevin icraatına verilib. İş üzrə məhkəmə hazırlıq iclası avqustun 20-nə təyin olunub. Qeyd edək ki, hadisə bu ilin yanvar ayında Xətai rayonunda baş verib. Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Abdullayev Bəhruz Azər oğlu 1988-ci il təvəllüdlü Niftəliyeva Zümrüd Nurəddin qızı və tanışı, 1981-ci il təvəllüdlü Cəbrayılov Taleh Cəlilağa oğlu ilə…

Read More
Kriminal 

Bakıda qardaş bacısının boğazını ülgüclə kəsib öldürdü

Bakıda bacısını öldürməkdə təqsirləndirilən Sahib Cəfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. ARANTV.AZ report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən cinayət işi hakim Azad Məcidovun sədrlik etdiyi kollegiyanın icraatındadır. Qeyd edək ki, hadisə fevral ayında paytaxtın Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 12, mənzil 26-da qeydə alınıb. Zəngilan rayon sakini, Sahib Ələkbər oğlu Cəfərov bacısı, 1967-ci il təvəllüdlü Tovus Cəfərovanı qısqanclıq zəminində boğazını ülgüclə kəsərək qətlə yetirib. Daha sonra S.Cəfərov Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə gələrək cinayəti etiraf edib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi…

Read More
Kriminal 

Bərdədə kütləvi dava: 1 ölü, 3 yaralı

Bərdədə kütləvi dava baş verib. ARANTV.AZ  xəbər verir ki, hadisə rayonun Şorəlli kəndində qeydə alınıb. İnsident nəticəsində rayonun Böyük Göyüşlü kənd sakini Mənsur Camalov ölüb, Bağırov Rauf, Əzizov Nicat  və Abbasov Adıgözəl isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Yaralı şəxslərin vəziyyətləri ağırdır. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. qafqazinfo

Read More
Kriminal 

Azərbaycanda kişi dəhşət saçdı: Bir nəfəri amansızlıqla öldürdü, birini ağır yaraladı

Avqustun 11-də, saat 21 radələrində İmişli rayonu, Göbəktala kəndi ərazisində 1985-ci il təvəllüdlü Amid Əmirahovun öldürülməsi, 1990-cı il təvəllüdlü Səbuhi Əmirahovun isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub. İmişli Rayon Prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. İlkin araşdırmalarla İmişli rayon sakini 1984-cü il təvəllüdlü Pünhan Hüseynovun həmin gün saat 20 radələrində aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Səbuhi Əmirahova bıçaqla xəsarətlər yetirib qəsdən öldürməyə cəhd etməsinə, sonuncunun qohumu Amid…

Read More
Kriminal 

Bərdədə mübahisə qanlı bitdi: Ölən və yaralananlar var

Ötən gün Bərdə rayonunda kütləvi dava olub. Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. Bildirilib ki, hadisə Şorəlli kəndində baş verib. Dava zamanı Göyüşlü kənd sakini, 1990-cı il təvəllüdlü Camalov Mənsur Kamil oğlu vəfat edib. Üç nəfər isə yaralanıb. Onlar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin ehtimala görə, dava tərəflər arasında yaranmış mübahisə zəminində baş verib. Hazırda cinayəti törədən şəxslərin əhatəsinin müəyyən edilməsi istiqamətində Bərdə Rayon Prokurorluğunun və Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat tədbirləri aparır.

Read More
Kriminal 

Salyanda kişi dostunu bıçaqladı

Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ-ın məlumatına görə, rayonun Babacanlı kənd sakini, 1983-cü il təvəllüdlü İsmayılov Yaşar Əlniyaz oğlu qarnının kəsilmiş-deşilmiş yarası ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb. Onun içki məclisində dostu tərəfindən bıçaqlandığı bildirilir. Faktla bağlı araşdırma aparılır.APA

Read More