Bakıda yeniyetmə bıçaqlanıb
Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.
ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, hadisə Gəncə prospektində qeydə alınıb.
2004-cü il təvəllüdlü Həsənov Ayxan İlham oğlu naməlum şəraitdə bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Ona qarnının ön divarının kəsilimiş-deşilmiş xəsarətləri diaqnozu qoyulub.

