Kriminal 

Xəzərdə silahlı insident: Bir azərbaycanlı balıqçı öldü, digərləri isə…

Xəzər dənizinin Azərbaycanla Qazaxıstan sərhəddində insident zamanı odlu silahdan istifadə edilib. Hadisə zamanı bir vətəndaşımız dünyasını dəyişib, ikisi yaralanıb, digəri isə həbs olunub. Mərhumun qardaşı Malik İbrahimov bildirib ki, sonuncu dəfə 51 yaşlı qardaşı Qəhrəman evdə olub. Hadisə isə iki gün sonra baş verib. Ehtimala görə, balıqçı qayığının motorunda nasazlıq yaranıb, nəticədə dalğalar qayığı Qazaxıstan ərazisinə aparıb. Qəhrəman İbrahimovdan başqa qayıqda Neftçala sakinləri, 44 yaşlı Elşən Əhmədov, 50 yaşlı Şakir Novruzov, 41 yaşlı Emin Nuriyev də olub. İlkin məlumata görə, Qazaxıstanın qanunları əsasında balıqçılardan biri barəsində iki aylıq həbs qəti…

Read More
Kriminal 

Azərbaycanda vəzifəli şəxsin qardaşı yaxın qohumunu güllələdi – DƏHŞƏTLİ QƏTL

Şəmkir rayonunda qətl törədilib. ARANTV.AZ xəbər verir ki, rayonun Yeni Həyət kəndində 1977-ci il təvəllüdlü Süleymanov Etib ar Binnət oğlu bacanağını güllələyərək öldürüb. Belə ki, E.Süleymanov 1992-ci ildə anadan olmuş Hüseynov Elnur Salman oğlunun baş nahiyəsinə kustar üsulla hazırlanmış silahla atəş açıb. 28 yaşlı oğlan aldığı xəsarətlərdən hadisə yerində keçinib. Qətli törədən şəxs barəsində Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb. Qeyd edək ki, hadisəni törədən şəxs kənd bələdiyyəsinin sədri işləmiş Sona Süleymanovanın qardaşıdır.Publika.az

Read More
Kriminal 

Hacıqabulda çətənə yetişdirən şəxs tutuldu

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər uğurla davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən Atbulaq kənd sakini Nuran Baxşaliyev saxlanılıb. N. Baxşaliyevə məxsus evin həyətyanı sahəsinə baxış keçirilən zaman həmin ərazidə aqrotexniki qaydada qulluq edilmiş 30 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilərək götürülüb. Dindirilmə zamanı…

Read More
Kriminal 

14 yaşlı qızını sevgilisi ilə cinsi əlaqəyə məcbur edən ana azadlığa buraxıldı

Türkiyədə 14 yaşlı qızını sevgilisi ilə cinsi əlaqəyə məcbur edən və onun çılpaq fotolarını sevgilisinə göndərən ana azadlığa buraxılıb. ARANTV.AZ oxu.az-a istinadən xəbər verir ki, Eskişehirdə ana Ö.A. 2019-cı ilin sentyabr ayında üç uşağı ilə birlikdə hotellərdən birində sevgilisi H.K. ilə görüşüb. Sevgilisi ilə başqa otağa keçən ana bir müddət sonra uşaqların yanına qayıdıb və 14 yaşlı qızını sevgilisinin yanına aparıb. Burada H.K. tərəfindən qız cinsi istismara məruz qalıb. Ö.A. növbəti günlərdə qızının çılpaq foto və videolarını çəkərək, sevgilisinə göndərib. Yeniyetmənin müəlliminin polisə şikayət etməsi ilə hadisənin üstü açılıb və ana…

Read More
Kriminal 

Rusiyada qeyri-adi oğurluq anının görüntüləri yayıldı – VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində telefon dükanında qeyri-adi oğurluq hadisəsi qeydə alınıb. REN TV bununla bağlı kadrları yayımlayıb. Videodan görünür ki, tibbi maskada olan kişi alıcı qismində dükana daxil olur və “Samsung Galaxy A51” markalı iki telefon istəyir. Lakin o, qəflətən hamının gözü qarşısında telefonları götürərək qaçmağa başlayır. Qaçarkən o, telefonlardan birini yerə salır və onu yenidən götürür. Nəticədə, ələ keçir. Oğrunun 28 yaşlı işsiz əcnəbi olduğu aydınlaşıb. Hadisə ilə əlaqədar istintaqa başlanılıb. Oxu.az

Read More
Kriminal 

Bakıda kişi arvadını zorlayan tanışını qətlə yetirib — DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI-VİDEO

Bakıda arvadını zorladığı üçün tanışını qətlə yetirməkdə təqsirli bilinən İlkin Əhmədovun cinayət işi. ARANTV.AZ  xəbər verir ki, hadisə 2017-ci ilin aprel ayında Suraxanı rayonunda baş verib. Rayonun Binə qəsəbəsində Gürcüstan vətəndaşı İlkin Əhmədov həmyerlisi Fial İsmayılovu bıçaq zərbələri ilə qəsdən qətlə yetirib. Hadisənin təfərrüatları barədə daha ətraflı videonun 14:53 dəqiqəsindən baxa bilərsiz. Ölkə.Az

Read More
Kriminal 

11 yaşlı qız qardaşından hamilə qaldı

Rusiyanın Voronej vilayətinin Yaçeyka kəndində 11 yaşlı qız 14 yaşlı qardaşından hamilə qalıb. ARANTV.AZ oxu.az-a istinadən xəbər verir ki, hər iki yeniyetmə Valentina S. adlı qadın tərəfindən övladlığa götürülüb. Qadın yaşadığı kənddə baş mühasib vəzifəsində işləyib. Övladı olmayan Valentina S. səkkiz uşağı öz himayəsinə götürüb. Ailə pensiya və müavinətlər hesabına yaşayıb. Bacı və qardaşın birlikdə oynamasını qadın təbii qarşılayıb. Lakin bir müddət sonra həkim müayinəsi zamanı məlum olub ki, 11 yaşlı qız hamiləliyin 15-ci həftəsindədir və abort etmək üçün gecdir. 14 yaşlı oğlanı qəyyumluq üçün bu ailəyə verən şəxsə qarşı…

Read More
Kriminal 

Bu gün işdən çıxarılan icra başçısı həbs edildi

Biləsuvarın sabiq icra başçısı barəsində həbs qətimkan tədbiri seçildi. Səbail rayon Məhkəməsində Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyev barəsində verilən təqdimata baxılıb. ARANTV.AZ Trend-ə istinadən bildirir ki, məhkəmədə təqdimat təmin edilib. Məhkəmənin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, M. Quliyevin ötən gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində saxlandığı yayılmışdı. Aprelin 30-da M.Quliyev Prezident İlham Əliyevin imzaladığı sərəncamla tutduğu vəzifədən azad edilib.

Read More
Kriminal 

Azərbaycanda vəhşicəsinə qətlə yetirilən qadın yeddi aylıq hamilə imiş – YENİLƏNİB

Abşeronda baş verən qətl hadisəsi ilə bağlı bəzi təfərrüat məlum olub. ARANTV.AZ-ın məlumatına görə, ötən gecə Anar Bəkirovun öldürdüyü həyat yoldaşı Leyla Bəkirova yeddi aylıq hamilə imiş. Məlumata görə, A.Bəkirov qadının döş nahiyəsinə üç dəfə bıçaq zərbəsi endirib və daha sonra onun boğazını kəsib. Xatırladaq ki, Anar Bəkirov cinayət əməlinin törədilməsində şübhəli bilinərək tutulub. 10:59 Baş Prokurorluq Abşeronda arvadını öldürən kişinin tutulması ilə bağlı rəsmi məlumat yayıb. Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov Oxu.Az-a açıqlamasında bildirib ki, ilkin araşdırmalarla aprelin 29-da, saat 21 radələrində 1991-ci il təvəllüdlü Anar Bəkirovun Qobu qəsəbəsində yaşadıqları…

Read More