Kriminal 

Bakıda gənclər arasında DAVA — 2 nəfər bıçaqlandı

Bakının Sabunçu rayonunda dava zamanı iki nəfər bıçaqlanıb. ARANTV.AZ  apa-ya istinadən xəbər verir ki, hadisə Yusif Qasımov küçəsində baş verib. 1990-cı il təvəllüdlü İbayev Əliyar Elşad oğlu 2002-ci il təvəllüdlü Quliyev Ümid Elman oğlu ilə əlbəyaxa dava edib. Dava zamanı Ə.İbayev bıçaqla Ü.Quliyevin qol nahiyəsinə bir neçə bıçaq zərbəsi vurub. Ü.Quliyev isə bıçaqla Ə.İbayevin ayaq nahiyəsinə bir neçə bıçaq zərbəsi vurub. Sabunçu Rayon Polis İdarəsində faktla bağlı araşdırma aparılır.

Read More
Kriminal 

Tovuzda 43 yaşlı kişini ürəyindən bıçaqladılar – VİDEO

Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ xəbər verir ki, hadisə rayonun Düz Qırıqlı kəndində qeydə alınıb. 43 yaşlı Rzayev Azər Əşrəf oğlu naməlum şəxslərlə mübahisə zamanı bıçaqlanıb. İki bıçaq xəsarəti alan Azər Rzayev dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Ona döş qəfəsinin və kürək nahiyələrinin çoxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub. Cərrahi əməliyyat edilən Azər Rzayev Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyəti kafi qiymətləndirilir. Hadisəni kimin və hansı səbəbdən törətdiyi məlum deyil. Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir. Oxu.Az

Read More
Kriminal 

DTX-nın bu gün həbs etdiyi məmur belə saxlanıldı – ANBAAN VİDEO

Xəbər verdiyimiz kimi, İsmayıllı rayon icra hakimiyyəti başçısının İsmayıllı şəhəri üzrə icra nümayəndəsi Məhərrəm Əhmədovun qanunsuz hərəkətləri barədə daxil olmuş məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Milli.Az xəbər verir ki, şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasına və Məhərrəm Əhmədovun rayonun Mican kəndində yerləşən yaşadığı evə baxış keçirilərək müxtəlif fiziki şəxslərə məxsus plastik bank kartları aşkar edilmiş və müəyyən edilib ki, sonuncu öz yaxın qohumlarının adlarına formal olaraq rəsmiləşdirməklə müxtəlif sayda plastik bank kartlarının alınmasına nail olub, bu yolla ümumilikdə 2016-2020-ci…

Read More
Kriminal 

Bakıda küçədən yanmış kişi meyiti tapıldı – FOTO

Bakıda qətl hadisəsi baş verib. APA xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. Belə ki, axşam saatlarında “DSK yolu” kimi tanınan ərazidə üzərində zorakılıq əlamətləri olan kişi meyiti aşkar edilib. Hadisə yerinə Binəqədi Rayon Polis İdarəsi, Rayon Prokurorluğu və Bakış Şəhər Baş Polis İdarəsinin əməkdaşları cəlb edilib. Əraziyə və meyitə baxış keçirilən zaman öldürülən şəxsin təxminən 50-55 yaşlarında kişi olduğu müəyyən edilib. Eyni zamanda meyitin yandırıldıqdan sonra yol kənarına atıldığı aşkar edilib. Kriminal ekspertlərin apardığı araşdırma zamanı meyitin baş nahiyəsindən başqa bütün bədən üzvlərinin tamamilə yandığı məlum olub. Hazırda hüquq-mühafizə…

Read More
Kriminal 

İsmayıllıda aztəminatlı ailələrin ərzaq payını mənimsəyən icra nümayəndəsi DTX tərəfindən tutuldu – RƏSMİ

İsmayıllı rayon icra hakimiyyəti başçısının İsmayıllı şəhəri üzrə icra nümayəndəsi Məhərrəm Əhmədovun qanunsuz hərəkətləri barədə daxil olmuş məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib. ARANTV.AZ xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun birgə məlumatında qeyd olunub. Bildirilib ki, dövlətin apardığı işlərə kölgə sala biləcək qanunsuz hərəkətlərə qarşı ciddi mübarizə tədbirlərinin görülməsi davam etdirilir. Aparılmış tədbirlərlə Məhərrəm Əhmədov tərəfindən qanunsuz ödənişlər müqabilində “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Nazirlər Kabinetinin 2 aprel…

Read More
Kriminal 

Karantinə yerləşdirilən qadına təcavüz etdilər

Hindistanda bir məktəbdə karantinə yerləşdirilən qadına üç kişi tərəfindən təcavüz edilib. ARANTV.AZ oxu.az-a istinadən xəbər verir ki, hadisə Racastan əyalətində baş verib. Təkbaşına kəndinə tərəf kilometrlərlə yol gedən qadın yolu azaraq polis bölməsinə gəlib. Getməyə yeri olmayan qadında koronavirus testi aparıldıqdan sonra o, karantin məqsədilə məktəb binasına yerləşdirilib. Orada 40-45 yaş arasında üç kişi qadına təcavüz edib. Şübhəlilər qısa müddət sonra tutulub. Fakt üzrə araşdırma davam etdirilir.

Read More
Kriminal 

Bakıda qısqanc kişi arvadını boynundan bıçaqladı — MƏHKƏMƏ

Bakıda həyat yoldaşına bıçaqla xəsarət yetirməkdə təqsirli bilinən Vüqar Ələkbərov Ali Məhkəmə müraciət edib. ARANTV.AZ  xəbər verir ki, onun müraciətinə hakim Hafiz Nəsibovun sədrliyi ilə baxılacaq. Məhkəmə baxış iclası mayın 13-nə təyin olunub. Qeyd edək ki, Ələkbərov Vüqar Əliheydər oğlu 25 yaşlı həyat yoldaşı Ələsgərova Şəbnəm Elman qızına iki bıçaq xəsarəti yetirib. Qadın boyun və sinə nayihəsinin deşilmiş yaraları ilə ağır vəziyyətdə 3 saylı şəhər kliniki xəstəxanasına aparılıb. Xətai rayonunun 36 saylı Polis Bölməsinin əməkdaşları V.Ələkbərovu saxlayıb. Cinayət qısqanclıq zəminində törədilib. V. Ələkbərova Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər…

Read More
Kriminal 

Bakıda ər arvadını dini baxışlarına görə qətlə yetirdi — TƏFƏRRÜAT

Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinərək məhkum olunan Hacıyev Müzəffər Zabit oğlu Ali Məhkəməyə müraciət edib. ARANTV.AZ  xəbər verir ki, Müzəffər Hacıyev məhkəmədən barəsindəki işin yenidən araşdırılmasını və hökmün dəyişdirilməsini xahiş edib. Onun müraciətinə hakim İnqilab Nəsirovun sədrliyi ilə keçiriləcək məhkəmə iclasında baxılacaq. Məhkəmə baxış iclası mayın 12-nə təyin olunub. Qeyd edək ki, hadisə 2007-ci ildə baş verib. Saat 21.00 radələrində Sabunçu rayonu Pirşağı qəsəbəsində qəsəbə sakini Müzəffər Hacıyev ailə münaqişəsi zəminində arvadı Bikəxanımı bıçaqla qətlə yetirib. M.Hacıyev könüllü olaraq Sabunçu RPİ 15-ci PB-yə gəlib. Araşdırmalar zamanı M.Hacıyevin həyat…

Read More
Kriminal 

Kişi qardaşı ilə intim əlaqədə olan arvadını öldürdü – TƏFƏRRÜAT

Quba rayonunda qısqanclıq zəmnində həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinən Murad Ələsgərovun cinayət işi. ARANTV.AZ  xəbər verir ki, hadisə 2017-ci ilin may ayında Qubada baş verib. Rayonun Güləzi kənd sakini Murad Ələsgərov yaşadığı evin həyətində azyaşlı qızının gözü qarşısında arvadı 29 yaşlı Ulduz Ələsgərovaya əvvəlcə daş parçası, sonra isə balta ilə baş nahiyyəsindən çoxsaylı zərbələr endirərək xüsusi amansızlıqla qətlə yetirib. Cinayəti törətdikdən sonra Murad Ələsgərov könüllü polisə gələrək təslim olub. İstintaqla müəyyən olunub ki, Murad Ələsgərov arvadı Ulduzun onlarla bir evdə yaşayan ögey qardaşı Şeyda ilə intim münasibətlərinin olmasında şübhələnərək…

Read More
Kriminal 

Bakıda 33 yaşlı kişi bıçaqlanıb

Bakıda 33 yaşlı kişi bıçaqlanıb. ARANTV.AZ-ın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu, Əmircan qəsəbəsi S.Bəhlulzadə küçəsi, döngə 17, mənzil 11-in qarşısında qeydə alınıb. Şəhər sakini, 1995-ci il təvəllüdlü Fariz Babaşov tanışı, 1987-ci il təvəllüdlü Ülvi Hüseynovu bıçaqlayaraq hadisə yerindən qaçıb. Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. F.Babaşovun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.APA

Read More