Kriminal 

Astarada gizli fəaliyyət göstərən çayxananın sahibi və müştəriləri tutuldu – FOTO

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan, məsuliyyətsiz davranış sərgiləyən şəxslərlə bağlı tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, bu istiqamətdə Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər nəticəsində rayonunun Qamışovka kəndində yerləşən çayxananın xüsusi karantin rejiminin qaydalarına zidd olaraq, fəaliyyət göstərdiyi müəyyənləşdirilib. Keçirilən baxış zamanı obyekt sahibi və yeddi astaralı müştərinin karantin qaydalarını pozduqları aşkar edilib. Həmin şəxslər Astara Rayon Polis Şöbəsinə gətiriliblər və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək, 100 manat məbləğində cərimə…

Read More
Kriminal 

Arvadı ilə tutduğu kişini dörd il sonra öldürdü: Dəhşətli qətlin təfərrüatı – VİDEO

2018-ci il avqustun 13-də Daxili İşlər Nazirliyinin “102” Xidmətindən Şabran Rayon Polis Şöbəsinə şəhər ərazisində qətl törədilməsi barədə məlumat verilib. Polis və prokurorluq əməkdaşları Vidadi küçəsi, 26 ünvanında, yardımçı tikilidə üzərində bıçaq xəsarətləri olan şəhər sakini Ruslan Hacıyevin meyitini aşkar ediblər. Baku.tv-nin məlumatına görə, ev sahibi Vüsal Hacıyev həmin şəxsi qısqanclıq zəminində öldürdüyünü və qaynar xəttə zəng etdiyini deyib. İstintaqla müəyyən edilib ki, V.Hacıyev R.Hacıyevi arvadı Dünya Adıgözəlova ilə 2014-cü ilin yayında yaşadığı evin həyətində birlikdə yaxalayıb. Baş verənlərə rəğmən V.Hacıyev onları bağışlasa da, R.Hacıyevin başqalarının yanında onun haqqında nalayiq ifadələr…

Read More
Kriminal 

Rusiyada kişini yolun ortasında oğurladılar – VİDEO

Sosial şəbəkələrdə Rusiyanın Vladivostok şəhərində kişinin yolun ortasında oğurlanmasını əks etdirən videoyazı yayılıb. “KP” xəbər verir ki, kadrlarda bir qrup silahlı insanın naməlum şəxsi minivenə otuzduraraq qaçırdığını görmək olar Məlumata əsasən, bir müddət sonra o, tapılıb. Vəziyyəti ağır olan 33 yaşlı kişi xəstəxanaya yerləşdirilib.  

Read More
Kriminal 

Apteklərdə saxta spirtin satışını təşkil edən şəxslər tutuldu – VİDEO – FOTO

İnsan orqanizmi üçün zərərli, sənayedə istifadə olunan spirtdən antiseptik məhlul hazırlayaq apteklərdə satışını təşkil edən şəxslər tutulublar Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən ARANTV.AZ-a verilən məlumata görə, koronavirus (COVİD-19) pandemiyası ilə bağlı əhali arasında tibbi spirtə tələbat kəskin artdığından bəzi “işbazlar” tərəfindən bu məhsulun saxta və insan orqanizmi üçün olduqca mənfi təsir göstərən nümünələrinin hazırlanaraq satışa çıxarılması cəhdlərinə rast gəlinməkdədir. Belə ki, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə tibbi spirt adı altında tərkibində sənayedə istifadə olunan zəhərli metil, izopropil və sair spirtlərin qablaşdırılaraq tibbi spirt adı ilə apteklərə satışa…

Read More
Kriminal 

Bakıda taksi xidmət aparan polisi və hərbi qulluqçunu vurdu

Bakıda yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb. Belə ki, aprelin 19-u, saat 22 radələrində xüsusi karantin rejimi ilə əlaqədar Nəsimi rayonunun Bakıxanov küçəsində quraşdırılmış postda Bakı şəhər sakini B.Abbasov idarə etdiyi “London Taxi” markalı avtomobillə orada xidmət aparan Nəsimi Rayon Polis İdarəsinin əməkdaşı X.Allahverdiyevi və DİN Daxili Qoşunlarında xidmət edən R.Bəxtiyarlını vurub. Onlar DİN-in hospitalına yerləşdiriliblər. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində B.Abbasov saxlanılıb.

Read More
Kriminal 

Sərhəddən 17 kq-dan artıq narkotikin keçirilməsinin qarşısını alıb – FOTO

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir. DSX-nın Mətbuat Mərkəzindən Milli.Az-a verilən məlumata görə, son həftə ərzində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının əməkdaşlarının sayıqlığı nəticəsində 17 kq 290 qram narkotik vasitənin və 195 ədəd metadon m40 həbinin, 1 ədəd 9 mm-lik “Maqnum” tapançasının, 1 ədəd tapançaya məxsus daraq və 28 ədəd patronun dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. Belə ki,15 aprel tarixində “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində iki şəxsin İran İslam Respublikasından Azərbaycan Respulikası istiqamətinə doğru…

Read More
Kriminal 

Kürdəmir sakini həmkəndlisini bıçaqladı

Kürdəmirdə bıçaqlanma hadisəsi olub. “Report” xəbər verir ki, hadisə Sığırlı kəndində qeydə alınıb. Kənd sakini, 1978-ci il təvəllüdlü Novruzov Sadiq Söhrab oğlu aralarında yaranan mübahisə zəminində qonşusu tərəfindən bıçaq xəsarəti alıb. O, ətrafdakıların köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər yaralıya sol qolun cırılmış və deşilmiş yarası diaqnozu qoyublar. Fakt araşdırılır.

Read More
Kriminal 

Azərbaycanda azyaşlı qız zorlandı, qardaşı bir telefona günahkarı bağışladı – VİDEO

Baku TV-nin “Pis yolun qurbanı” adlı yeni layihəsində erkən yaşda valideynlərini itirən azyaşlı qızın həyat mübarizəsindən bəhs edilib. Belə ki, 16 yaşında anasını itirən qızın çətin vəziyyətdə iş axtarması, işdə zorlanması onun həyatının ən dəhşətli səhifələridir. Məsələnin acınacaqlı tərəfi isə budur ki, onu zorlayan müdir qızı ikinci ailəsi kimi saxlayacağını bildirsə də, sözünün üstündə durmayıb. Qız sonda öz başına gələnləri qardaşına danışıb. Qardaşı həmin şəxsi evə çağırıb. Ancaq burada da yazıq qızın bəxti gətirməyib. Qardaşı onu bir telefona satıb. Daha ətraflı Baku TV-nin “Pis yolun qurbanı” reportajında:

Read More
Kriminal 

Yasda iştirak etmək adı ilə karantin rejimini pozan 169 nəfər cərimələndi – FOTO/VİDEO

Yas mərasimində iştirak etmək adı ilə həqiqətə uyğun olmayan və ya yaxın qohumluq statusu daşımayanların yas mərasimlərində iştirak etmək bəhanəsi ilə qanunsuz yerə “8103” qısa nömrəsi vasitəsi ilə icazələr alaraq, epidemiya əleyhinə rejimin tələblərini pozan şəxslərin müəyyən edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. 18-20 aprel tarixləri arasında paytaxt Bakı və respublikanın ayrı-ayrı rayonlarında bu üsuldan istifadə edərək, karantin qaydalarını pozan 169 nəfərin şəxsiyyəti müəyyən edilib. Həmin şəxslər polis idarə, şöbə və bölmələrinə gətirilərək izahatları alınıb. Bu cür sui-istifadə hallarına…

Read More
Kriminal 

Qızına qarşı əxlaqsızlıq edən ata həbs edildi

İsmayıllı rayonunda ata 14 yaşlı doğma qızına qarşı dəfələrlə seksual xarakterli hərəkətlər edib. ARANTV.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, 45 yaşlı Azər (şərti ad) qızı, 2005-ci il təvəllüdlü Ayselə (şərti ad) qarşı bu hərəkətləri 2019-cu ilin iyun ayından 2020-ci ilin mart ayına qədər edib. Hadisə rayonun kəndlərindən birində baş verib. Azər yaşadığı evin həyətində heç kimin olmamasından və azyaşlı oğlu ilə 76 yaşlı anasının yataq otağında yatmasından istifadə edərək qızına yaxınlaşıb. İttihama görə, ata hər dəfə Ayselə vitamin adı ilə cinsi həvəs yaradan “Venegra” və “Kamagra” həbləri içirdib. Özü də həmin…

Read More