Kriminal 

Türkiyədə bələdiyyə sədri və xanımı öz evində güllələndi – VİDEO

Türkiyənin Burdur əyalətində tikinti işi aparıldığı üçün qurudulan Salda gölü ilə bağlı “Gölün qurudulmasına icazə verməyəcəyik” deyən Yeşilova bələdiyyəsinin CHP-li sədri, 68 yaşlı Mümtaz Şenelə silahlı hücum olub. Bu barədə “Milliyet” xəbər yayıb. Bildirilir ki, gecə yerli vaxtla saat 04:30 radələrində naməlum şəxslər bələdiyyə sədrinin evinə gələrək, özlərini polis kimi təqdim ediblər və kişini küçəyə çağırıblar. Sonra isə onun ayaqlarına beş dəfə atəş açıblar. Bundan başqa, bələdiyyə sədrinin 64 yaşlı xanımı Fatma Şenel də hər iki ayağından vurulub. Hadisə yerinə çoxlu polis və təcili yardım maşını cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib. M.Şenel əməliyyat olunub. Onların…

Read More
Kriminal 

Məhkəmə həbsdə olan Ramiz Tatarovla bağlı qərar verdi

Ağstafa rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Tatarov barəsində olan məhkəmə qərarından apellyasiya şikayətinə baxılıb. Oxu.Az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib. Qərara görə, Ramiz Tatarovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə verdiyi şikayət təmin olunmayıb. Qeyd edək ki, Səbail rayon Məhkəməsinin qərarı ilə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev, birinci müavini Ramiz Tatarovun barəsində seçilmiş həbs-qətimkan tədbiri daha üç aya qədər artırılıb. Xatırladaq ki, ötən ilin dekabrında Nizaməddin Quliyev və Ramiz Tatarovun barəsində həbs qətimkan tədbiri…

Read More
Kriminal 

Qubada yeyib-içmək məclisi təşkil edərək karantin qaydalarını pozan beş gənc saxlanıldı – VİDEO

Ölkə ərazisində xüsusi karantin rejiminin elan edilməsinə baxmayaraq, bəzi şəxslər tərəfindən nizam-intizamın pozulması hallarına hələ də rast gəlinməkdədir. Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb. Quba rayonu İkinci Nügədi kəndinin beş sakini kənd ərazisində yerləşən Çənlibel gölü ətrafında toplaşaraq, yeyib-içmək məclisi təşkil edib. Elan edilmiş xüsusi karantin qaydalarını pozan şəxslər ərazidə xidmət aparan Quba RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətiriliblər. Burada onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək, 100 manat məbləğində cərimə edilib.  

Read More
Kriminal 

Bakıda 30 yaşlı gənc çoxsaylı bıçaq xəsarətləri aldı

Bakıda bıçaqlanma hadisəsi baş verib. “Report”un məlumatına görə, hadisə Xətai rayonunun Nobel prospektində qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Bayramov Röyal Rafiq oğlu mübahisə etdiyi şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona çoxsaylı kəsilmiş-deşilmiş bıçaq yaraları diaqnozu qoyulub, dərhal cərrahi əməliyyat icra olunub. Hazırda R.Bayramovun vəziyyəti ağırdır. Faktla bağlı polis tərəfindən araşdırma aparılır.

Read More
Kriminal 

Azərbaycanda 2 dostdan DƏHŞƏTLİ ƏMƏL: evdə tək olan 5 yaşlı qıza görün nələr etdilər

Gəncə şəhərində seksual xarakterli hərəkətlər etməkdə və oğurluqda ittiham olunan 1989-cu il təvəllüdlü Tural Murquzov və 1991-ci il təvəllüdlü Tofiq Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Qabaqcadan əlbir olub bir qrup şəxs halında tanışı Gəncə şəhər sakini Tofiq Qasımov ilə birlikdə oğurluq cinayəti törədib. Kirayəşin evi qarət etdi Belə ki, onlar 2017-ci ilin fevral ayında günü istintaqa məlum olmayan tarixdə Gəncə şəhəri Məhsəti qəsəbəsində yerləşən Elşən Əliyevə məxsus kirayədə yaşadığı evdə olan bir ədəd “Nord” markalı, 300 manat dəyərində işlənmiş soyuducunu oğurlayıblar. Həmin vaxt birlikdə evin digər otağında…

Read More
Kriminal 

2 yaşlı oğlunu və keçmiş arvadını yandıran şəxsi ömürlük həbs cəzası gözləyir

Boşandığı qadının evini yandıran, 2 yaşlı oğlunun ölümünə səbəb olan şəxs hakim qarşısına çıxarılıb. ARANTV.AZ musavat.com-a istinadən bildirir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində Elmar Sadıqovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxış iclasının vaxtı təyin edilib. Qeyd edək ki, hadisə Şəmkir rayonunun Sarıtəpə kəndində baş verib. Elmar Sadıqov dəhşətli cinayət hadisəsinin baş verdiyi gün gecə saat 3 radələrində boşandığı Mətanət Məsimovanın atasının evinə gedib. M.Məsimovanın yatdığı otağa daxil olaraq, əlindəki benzini otağa tökərək, oranı yandırıb. Yanğında onların birgə nigahdan olan oğulları, 2…

Read More
Kriminal 

Saxta arayışlar satan şirkət rəhbəri ələ keçdi – FOTO/VİDEO

Ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. DİN-dən verilən məlumata görə, keçirilmiş növbəti əməliyyat nəticəsində Ağcəbədi rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Oktay Quliyev xüsusi karantin rejimi ilə bağlı polis postlarına təqdim olunması və sərbəst hərəkət etmək istəyən ayrı-ayrı şəxslərə rəhbəri olduğu AZİNTELLEKTSERVİS LTD və “TQİK-A” MMC-lərin saxta arayışlarının hər birini 100-200 manata satarkən saxlanılıb. Araşdırma zamanı müəyyən olunub ki, adıçəkilən şəxs xüsusi karantin rejiminin qaydalarını pozaraq, sərbəst hərəkət etmək üçün 10-a…

Read More
Kriminal 

Bakıda film kimi hadisə – Patrul avtomobilini vurdu, polisə xəsarət yetirdi

Daxili İşlər Nazirliyi Bakıda qaçırdığı avtomobillə bir neçə insident törətmiş və polisə hücum edən şəxs barəsində məlumat yayıb. ARANTV.AZ nazirliyin mətbuat xidmətinə istinadən xəbər vürir ki, Abşeron rayon sakini Ə.Məmmədov aprelin 16-da polisə şikayət edərək etibarnamə ilə idarə etdiyi “BMW” markalı avtomobilinin rayon ərazisindən qaçırılması barədə məlumat verib. Daxil olmuş məlumat əsasında başlanılan əməliyyat-axtarış tədbirləri nəticəsində həmin nəqliyyat vasitəsinin aprelin 17-də saat 03:30 radələrində Binəqədi rayonu ərazisində hərəkətdə olması müəyyən edilib. Dərhal ərazi üzrə xidmət aparan Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin yol-patrul xidməti inspektorları tərəfindən ona saxlama işarəsi…

Read More
Kriminal 

Astarada polis damda qumar oynayanları saxladı

Ölkə ərazisində xüsusi karantin rejiminin elan olunmasına baxmayaraq bəzi şəxslər tərəfindən nizam-intizamın pozulması hallarına rast gəlinməkdədir. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan  verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Şahağacı kəndinin sakini olan 6 nəfərin yaşadıqları kənddə hazırda istifadə olunmayan tikilinin damında qumar oynadıqları aşkar olunub. Karantin rejimi qaydalarını pozan həmin şəxslər saxlanılaraq şöbəyə gətirilib. Hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbir görülüb və inzibati qaydada həbs olunublar.

Read More
Kriminal 

Bərdədə köşkdən oğurluq edən şəxslər saxlanılıb

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Bərdə rayon sakini Z. Davudov RPŞ-yə ərizə ilə müraciət edərək Ü. Hacıbəyov küçəsində yerləşən ona məxsus köşkdən oğurluq edilməsi barədə məlumat verib. ARANTV.AZ xəbər verir ki , məlumatla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri Elçin Qasımov və Vidadi Əhmədov saxlanılıb. Araşdırmalarla onların köşkün pəncərəsini sındırmaqla içəri daxil olduğu və müxtəlif növ tütün məmulatlarını, danışıq kartlarını, enerji içkilərini, eləcə də təhlükəsizlik kamerasının yaddaş qurğusunu oğurlamaqla zərərçəkmişə 1500 manat dəyərində ziyan vurduqları müəyyən…

Read More