Kriminal 

Bakıda keçmiş məhkum HƏBS EDİLDİ

Nəsimi rayonunda adam bıçaqlamaqda şübəhli bilinən şəxs saxlanılıb. ARANTV.AZ xəbər verir ki, hadisə martın 2-də paytaxtın Nəsimi rayon Füzuli küçəsində qeydə alınıb. Həmin küçədə 32 yaşlı şəhər sakini V.Vəliyev qarın nahiyyəsindən bıçaqlanıb. Paytaxt ərazisində yerləşən xəstəxanaların birinə çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. Bu barədə Nəsimi Rayon Polis İdarəsinə (RPİ) müraciət daxil olub. Daxil olan müraciət əsasında Nəsimi RPİ-nin 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, 1976-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş A.Əliyev saxlanılıb. Faktla bağlı araşdırma aparılır.”Ölkə.Az”

Read More
Kriminal 

Bacısı qızını qaçırdı, namusunu ləkələdi, boğazını kəsdi… – Azərbaycanda QANDONDURAN HADİSƏ

Gəncə şəhərində 20 yaşlı oğlanı qətlə yetirməkdə ittiham olunan Şəmkir rayon sakini, 1979-cu il təvəllüdlü Bahadur Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. ARANTV.AZ-ın xəbərinə görə, Bahadur Qasımovun bacısı qızı Əminə Səmədova (ad və soyad şərti verilib – red.) 2 iyun 2018-ci il tarixdə Daşkəsən rayonunun, Almalı kənd sakini Asif İsayev tərəfindən qaçırılıb. Cinsi əlaqədə oldu, evlənmək istəmədi Asif İsayev Əminə Səmədovanı qaçırandan sonra onunla cinsi əlaqədə olaraq qızlıq bəkarətini pozub. Bu hərəkətləri edəndən sonra Asif İsayev Əminə ilə evlənmək istəməyib. Bunu eşidən Bahadur Qasımov Asif İsayevin bacısı qızı…

Read More
Kriminal 

“Səndə o kişilik yoxdur, məni vurasan” deyən arvadını öldürdü – ŞOK VİDEO

2019-cu il iyunun 1-də Suraxanı rayonu 30-cu Polis Şöbəsinə yaralı halda təslim olan Zahid Novruzov yaşadığı evdə həyat yoldaşını odlu silahdan açdığı atəşlə öldürdüyünü və sonra intihar etmək məqsədi ilə özünə də güllə atdığını bildirib. ARANTV.AZ  BAKU.TV-yə istinadla xəbər verir ki, sifətindən yaralanan şəxs şöbəyə çağırılan Təcili Tibbi Yardım işçiləri tərəfindən xəstəxanaya aparılıb və əməliyyat olunub. Polis və prokurorluq əməkdaşları Hövsan qəsəbəsindəki evdə qadın meyiti, yanında tüfəng aşkar ediblər. Məlum olub ki, mərhum 55 yaşlı Təranə Novruzovadır. Zahid Novruzov rəsmi nikahda olduğu arvadı Təranə Novruzovanın ona xəyanət etməsini bəhanə edib həyat…

Read More
Kriminal 

Zaqatalada evdən 10 min manatlıq qızıl oğurlayanlar tutuldu – FOTO

Zaqatala Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Aşağı Tala kənd sakini Dibir Ramazanova məxsus evdən qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat verib. Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb. Bildirilib ki, daxil olmuş müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Zərərçəkmişə məxsus evdən 10 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib. Zaqatala Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən iki nəfər, zərərçəkmişin həmkəndliləri – əvvəllər də eyni əmələ görə dəfələrlə məhkum olunmuş 24 yaşlı…

Read More
Kriminal 

Bakıda 36 yaşlı kişi bıçaqlanaraq ağır xəsarət alıb

Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ  xəbər verir ki, Hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb. Belə ki, 1984-cü il təvəllüdlü Əsgərov Pərviz Rafiq oğlu naməlum şəxslərlə mübahisə zəmnində bıçaq xəsarətləri alıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Qarnının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulan P.Əsgərov Reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.Oxu.Az

Read More
Kriminal 

Yardımlıda ata və oğlun güllələnməsi ilə bağlı – YENİ XƏBƏR

Xəbər verdiyimiz kimi, fevralın 27-də Yardımlı rayonunun Eçara kəndi ərazisində Masallı rayon sakinləri Şəmsəddin Kərimovun və oğlu Elməddinin odlu silahla qətlə yetirilmiş meyitləri aşkar edilib. Faktla bağlı Yardımlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Zərərçəkmişlərin yaxınlarının Axeber.az-a verdiyi məlumata görə, qətli törədən şəxsin onları daha öncədən dəfələrlə silahla hədələmisi barədə müvafiq qurumlara şikayət edilsə də, lazimi tədbirlər görülməyib. Qətlə yetirilənlərin ailəsi iş üzrə ibtidai istintaqın Yardımlı rayonda deyil, Bakı şəhər prokurorluğunda aparılmasını istəyir. Onlar bunu qətli törətmiş şəxsin…

Read More
Kriminal 

Abşeronda 35 yaşlı kişi bıçaqlandı

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb. Şəhər ərazisində 35 yaşlı Axundov Ələkbər Məsi oğlu tanışı tərəfindən bıçaqlanıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılan yaralıya qarın boşluğunun və döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır. Ölkə.Az

Read More
Kriminal 

Astarada həmkəndlisinin evindən oğurluq edən şəxslər tutuldu

Astara Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmkəndlisinin evindən oğurluq edən rayon sakinləri saxlanılıb. Araşdırmalarla onlardan birinin digər oğurluq əməli də üzə çıxıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara rayonunun Şahağacı kənd sakini Y.Mirzəyeva polisə müraciət edərək, ona məxsus yaşayış evindən ümumilikdə 1100 manat dəyərində qaynaq aparatı, motorlu əl mişarı, dəmirkəsən alət və digər ev əşyalarının oğurlandığını bildirib. Astara RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların rayonun Şahağacı kənd sakinləri Elvin Quliyev və əvvəllər məhkum…

Read More
Kriminal 

Goranboyda qətl törədən polislə bağlı – Yeni xəbər

Goranboy rayonunda silahlı insident törətməkdə təqsirli bilinən polis zabiti Vüsal Kərimovun barəsində olan cinayət işi üzrə məhkəmə iclası başlayıb. ARANTV.AZ xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı martın 13-nə təyin edilib. İstintaq orqanı tərəfindən Vüsal Kərimovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi…

Read More
Kriminal 

Azərbaycanda qadın sevgilisini bıçaqladı

Zaqatalada bir neçə gün əvvəl xəsarətlə xəstəxanaya daxil olan şəxsin bıçaqlandığı məlum olub. ARANTV.AZ-ın məlumatına görə, Göygöl rayon sakini, 1983-cü il təvəllüdlü Əfqan Zahid oğlu Hüseynov fevral ayının 25-də qarın boşluğunun kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya daxil olub. Araşdırmalar nəticəsində onun qeyri-rəsmi nikah münasibətində olduğu Zaqatala rayon sakini, 1973-cü il təvəllüdlü Nadilə Maarif qızı Orucova tərəfindən bıçaqlandığı məlum olub. Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.APA

Read More