Kriminal 

Bakıda maşından polislərə atəş açıldı – ÖZƏL

Bakının Xətai rayonunda bir kişi onu dayandırmağa çalışan polis işçilərinə silahlı müqavimət göstərib. Bu barədə Oxu.Az-a rayon polis şöbəsindəki mənbə məlumat verib. Bildirilib ki, yanvarın 16-na keçən gecə saat 03:00 radələrində Naximov küçəsində naməlum şəxs “Mercedes” markalı avtomobilini qapısı açıq şəkildə idarə edib. Bunu görən polis əməkdaşları sürücüyə dayanmasını əmr edib. Lakin bunun əvəzinə kişi pnevmatik silahını çıxarıb və polisə tərəf dörd dəfə atəş açaraq onlara silahlı müqavimət göstərib. Buna baxmayaraq, asayiş keşikçiləri onu saxalaya biliblər. Məlum olub ki, şübhəli – Zəngilan rayonundan olan 1989-cu il təvəllüdlü Pərviz Rövşən oğlu Həzili əvvəllər…

Read More
Kriminal 

Şəkidə kriminal aləmə meyilli olan şəxslər narkotiklə tutuldu

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı uğurlu əməliyyat tədbiri keçirilib. DİN Mətbuat Xidmətinin Şəki  regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Şəki şəhər sakini,  31 yaşlı   Rafiq Əhmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Araşdırmalarla ona həmin narkotik vasitəni satan şəxsin 37 yaşlı şəhər sakini Polad Əfəndiyev olduğu müəyyən olunub. P.Əfəndiyev də şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilb. Şəxsi axtarış zamanı ondan da heroin aşkarlanıb. Faktla bağlı ŞRPŞ-nin…

Read More
Kriminal 

Azərbaycanda bazarda qanlı hadisə

Qəbələ şəhər Mərkəzi Bazarında bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ  xəbər verir ki, bazarda 1997-ci il təvəllüdlü Vasif İsrəfil oğlu Əliməmmədov şəxsi münasibətlər zəmnində Anar Məhəmməd oğlu Aslanovu sol bel nahiyəsində qarın boşluğuna nüfuz edən bıçaq zərbəsi vurub. Hadisə ilə bağlı ilkin araşdırmalar aparılır. Hadisə yerinə baxış keçirilib, fotoşəkillər çəkilib. Hadisəni törədən şəxsin və şahidlərin izahatları alınıb və məhkəmə-tibbi ekspertizalar təyin edilib. Vasif Əliməmmədov şübhəli şəxs qismində tutulub. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.BAKU.WS

Read More
Kriminal 

Bakıda kişi dostunu bıçaqlayıb qaçdı

Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində əvvəllər məhkumluq həyatı yaşamış şəxsə bıçaq xəsarətləri yetirilib. Bu barədə Oxu.Az-a Xəzər Rayon Polis İdarəsindən məlumat verilib. Cinayət hadisəsi 14 yanvar 06:40 radələrində Azad Mirzəyev küçəsində baş verib. Əvvəllər soyğunçuluq və narkotik maddələrini saxlamaqda ittiham edilən 1986-cı il təvəllüdlü Süleyman Müzəffər oğlu Həsənov bıçaqla edilən hücumun qurbanı olub. Xəsarət alan şəxs qarın, kürək və üz nahiyəsində olan dərin kəsik yaraları ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Həkimlər xəsarət alan şəxsin vəziyyətini ağır olaraq qiymətləndirirlər. Cinayətin araşdırılması zamanı 2-ci Polis Bölməsinin əməkdaşları digər şəxsə ağır…

Read More
Kriminal 

Bakıda 15 yaşlı yeniyetmə bıçaqlandı

Nərimanov rayonu ərazisində 15 yaşlı yeniyetmə bıçaqlanıb. ARANTV.AZ xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində yerləşən ticarət mərkəzlərindən birinin qarşısında baş verib. 15 yaşlı R.Hüseyn naməlum şəxs tərəfindən bıçaqlanıb. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılan yaralıya döş qəfəsinin arxa səthinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır. Ölkə.Az

Read More
Kriminal 

Bakıda “Topuş” və “Paşa” ələ keçdi: Saxta pul, silah, narkotik – FOTO

Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsi və Baş Sumqayıt Xətt Polis Bölməsi əməkdaşları tərəfindən saxta pulların dövriyyəyə buraxılması, qanunusuz olaraq odlu silah və narkotik vasitələr saxlama cinayətləri törətməkdə şübhəli bilinən şəxslərə qarşı birgə əməliyyat tədbiri həyata keçirilib. Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb. Belə ki, Sumqayıt Xətt Polis Bölməsinə bir nəfərin 14 min 100 manat saxta əskinası 1500 manata satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən əməliyyat nəticəsində həmin şəxs əvvəllər məhkum  olunmuş Sabunçu rayon sakini Heydər Heydərov Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində saxlanılıb.…

Read More
Kriminal 

Qubada mübahisə qanlı bitdi

Qubada keçmiş məhkum Digah kənd sakinini bıçaqlayıb. Bununla bağlı DİN Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb. Belə ki, Quba rayonu Digah kənd sakini Coşqun Həsənbəyov bıçaqla yetirilmiş kəsilmiş-deşilmiş xəsarətlə Quba Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində zərərçəkənə xəsarət yetirən Bakı şəhər sakini, əvvəllər narkotik maddələrin satışı ilə məşğul olduğu üçün həbs olunmuş 44 yaşlı Rəşad Aydəmirov saxlanılıb. O, dindirilmə zamanı törətdiyi əməli etiraf edərək, C.Həsənbəyova aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib. Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.

Read More
Kriminal 

Bakıda bazarda balıqçının boğazını kəsiblər

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ apa-ya istinadən xəbər verir ki, hadisə 8-ci kilometr qəsəbəsində yerləşən bazarda qeydə alınıb. 1986-ci il təvəllüdlü Rüstəmov Tural Rafiq oğlu bazarda balıq satarkən ehtiyatsızlıqdan yıxılıb. Nəticədə bıçaq onun boğazına batıb. Yaralı 3 saylı şəhər xəstəxanasına çatdırılıb.

Read More
Kriminal 

Rusiyada Çin vətəndaşı azərbaycanlını öldürdü

Rusiyanın Moskva şəhərində azərbaycanlı öldürülüb. REN TV-nin verdiyi xəbərə görə, hadisə paytaxtın cənub-şərq hissəsində baş verib. Xəbərdə bildirilir ki, Marinski Park küçəsində yerləşən evlərin birinin liftinin qarşısında çox sayda bıçaq vurulmuş kişi meyiti tapılıb. Müəyyən olunub ki, o, 53 yaşlı Azərbaycan vətəndaşıdır. Hadisəni törədən şəxsin Çin vətəndaşı olduğu bildirilib. Hazırda “KİA Optima” markalı avtomobili idarə edən həmin şəxs axtarışa verilib. Hadisənin təfərrüatı araşdırılır.

Read More
Kriminal 

Sumqayıtlı gənc Ağsuya gedib, 2 nəfəri bıçaqladı

Ağsu rayonunda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, hadisə Ağsu şəhəri ərazisində qeydə alınıb. Sumqayıt şəhər sakini olan bir şəxs rayon ərazisinə gələrək Ağsuda yaşayan rayon sakinləri Şirəliyev Tural Qurban oğlu və Abasov Pərviz İdris oğlunu bıçaqlayaraq hadisə yerindən qaçıb. Yaralılar təcili olaraq Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunublar.

Read More