Kriminal 

Mingəçevirdə mübahisə qanlı bitdi

Mingəçevirdə mübahisə bıçaqlanma ilə nəticələnib. ARANTV.AZ  APA-ya istinadən xəbər verir ki, hadisə Sənaye Parkı yaxınlığındakı yaşayış sektorunda baş verib. 1980-ci il təvəllüdlü şəhər sakini Kərimov Ramiz Qəzənfər oğlu içkili vəziyyətdə 41 yaşlı şəhər sakini Kərimov Elşən Eldar oğlunun yaşadığı əraziyə gəlib və aralarında mübahisə yaranıb. Çağırılmamış qonaq Elşən Kərimovu təhqirə məruz qoyaraq fiziki güc tətbiq edib. Mübahisə ciddi münaqişəyə çevrilib və nəticədə Ramiz Kərimov bıçaqlanaraq xəstəxanaya yerləşdirilib. Hadisəni törətməkdə şübhəli bilinən Elşən Kərimov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Read More
Kriminal 

Azərbaycanda dəhşət: Azyaşlı qız onu zorlamaq istəyən kişini öldürdü

Azərbaycanda  baş  vermiş səs-küylü  hadisələrin  təfərrüatları  barədə  məlumatları  təqdim  edirik. Bu  dəfə  təqdim  etdiyimiz  məşhur  cinayət  Bakıda azyaşlı  qızın   kişi  tərəfindən  zorlanması  zamanı  qətlə  yetiirlməsinin  tarixçəsi  ilə  bağlıdır. Bərdə rayon sakini, 48 yaşlı  Rafiq  İsmayılov  azyaşlı  qızı  zorlamaq  istəyərkən qız  onu  bıçaqla  qətlə  yetirib.

Read More
Kriminal 

Bakıda kişi arvadını vəhşicəsinə döyüb əvvəl kolluğa, sonra xəstəxananın həyətinə atdı – Qadın öldü

Bakıda həyat yoldaşı tərəfindən döyülən qadın xəstəxanada ölüb. ARANTV.AZ-ın məlumatına görə, hadisə üç gün bundan öncə, dekabrın 26-da paytaxtın Sabunçu rayonunun Zabrat qəsəbəsində baş verib. Belə ki, 24 yaşlı Nuranə Əliyevanı döyən həyat yoldaşı onu ağır vəziyyətdə heç kimin görməməsi üçün yol kənarındakı kolluğun içərisinə atıb. Lakin bir müddət sonra geri dönərək, N.Əliyevanı 3 saylı Şəhər Klinik Xəstəxanasının həyətinə gətirib və tibb işçilərinə təhvil vermədən hadisə yerindən uzaqlaşıb. Növbədə olan tibb işçiləri qadını dərhal xəstəxanaya gətirib, müvafiq tibbi yardım göstəriblər. Palataya köçürülən qadına qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Lakin həkimlərin səyinə baxmayaraq, N.Əliyeva bu gün…

Read More
Kriminal 

Bakıda baş verən qətlin təfərrüatları: Qısqanc ər güllə ilə bacanağının gözündən vurdu

Dekabrın 27-də səhər saatlarında Bakının Xətai rayonunda törədilən qətlin qısqanclıq zəminində baş verdiyi məlum olub. Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. Xatırladaq ki, saat 08:00 radələrində Səməd bəy Mehmandarov küçəsində, 74 nömrəli binanın yaxınlığında 45 yaşlı paytaxt sakini Cəfərov Xəyal Aydın oğlu öldürülüb. Faktla bağlı X.Cəfərovun bacanaqları Mahmudov Kamran Tərlan oğlu və Eminov Nazim Rəşid oğlu saxlanılıb. Əldə edilən məlumata görə, X.Cəfərovu K.Mahmudov güllə ilə gözündən vurub. Cinayət silahı kustar üsulla hazırlanan 8 mm kalibrli revolver olub. X.Cəfərov uşağını məktəbə aparandan sonra ona hücum olunub. Bildirilir ki, K.Mahmudov arvadını…

Read More
Kriminal 

Bakıda ailə münaqişəsi qanlı bitdi: Kişi boşanmış bacısına işlərinə qarışmağı qadağan etdi, bıçaqlandı

Dekabrın 27-də Bakının Yasamal rayonunda xoşagəlməz hadisə baş verib: bacı qardaşını qarnından bıçaqlayıb. Bu barədə Oxu.Az-a rayon polis idarəsindən məlumat veriblər. Münaqişə saat 08:00 radələrində Hüseyn Cavid küçəsində yerləşən evlərdən birində baş verib. 1993-cü il təvəllüdlü Fidan Hüseynova 1986-cı il təvəllüdlü İsa Qəmbərovu bıçaqlayıb. Zərərçəkən 1 nömrəli Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Qadın 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumatlara görə, qohumlar arasında münaqişə İ.Qəmbərovun bacısına ailə işlərinə müdaxilə etməsini və məsləhətlər verməsini qadağan etməsi səbəbindən baş verib. Onun sözlərinə görə, gənc qadın ərindən boşandığı üçün belə bir haqqını itirib və…

Read More
Kriminal 

Bakıda baş verən qətlin təfərrüatları: Qısqanc ər güllə ilə bacanağının gözündən vurdu

Dekabrın 27-də səhər saatlarında Bakının Xətai rayonunda törədilən qətlin qısqanclıq zəminində baş verdiyi məlum olub. Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. Xatırladaq ki, saat 08:00 radələrində Səməd bəy Mehmandarov küçəsində, 74 nömrəli binanın yaxınlığında 45 yaşlı paytaxt sakini Cəfərov Xəyal Aydın oğlu öldürülüb. Faktla bağlı X.Cəfərovun bacanaqları Mahmudov Kamran Tərlan oğlu və Eminov Nazim Rəşid oğlu saxlanılıb. Əldə edilən məlumata görə, X.Cəfərovu K.Mahmudov güllə ilə gözündən vurub. Cinayət silahı kustar üsulla hazırlanan 8 mm kalibrli revolver olub. X.Cəfərov uşağını məktəbə aparandan sonra ona hücum olunub. Bildirilir ki, K.Mahmudov arvadını bacanağına qısqanıb…

Read More
Kriminal 

Bakıda DƏHŞƏT – Tapança ilə güllələyib öldürdülər

Bakıda qətl törədilib. ARANTV.AZ xəbər verir ki, dekabrın 27-də saat 8 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini Xəyal Cəfərovun odlu silahdan açılmış atəşlə qətlə yetirilmiş meyitinin tapılması barədə Rayon Polis İdarəsinə məlumat daxil olub. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Bakı şəhər sakini K.Mahmudov müəyyən edilərək saxlanılıb. Ondan cinayəti törədərkən istifadə etdiyi kustar üsulla hazırlanmış tapança aşkar edilərək götürülüb. Araşdırma aparılır.Publika.az

Read More
Kriminal 

Abşeronda 17 yaşlı yeniyetmə bıçaqlandı

Abşeron rayonunda bıçaqlanma hadisəsəi baş verib. ARANTV.AZ xəbər verir ki, hadisə rayonun Mehdiabad qəsəbəsində qeydə alınıb. 17 yaşlı Abdullayev Nurlan Şahin oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan yaralı dərhal əməliyyat olunub. Hələlik hadisənin kim və ya kimlər tərəfindən törədilməsi məlum deyil. Faktla bağlı araşdırma aparılır. Ölkə.Az

Read More
Kriminal 

Bakıda başından güllə vurularaq öldürülən kişinin qatilləri tutuldu

Bakının Xətai rayonunda bir kişi başından güllə ilə vurularaq öldürülüb. Oxu.Az-a Xətai Rayon Prokurorluğundan daxil olan məlumata görə, dekabrın 27-də səhər saat 8:00 radələrində Səməd bəy Mehmandarov 74 ünvanında öldürülən şəxs 45 yaşlı Cəfərov Xəyal Aydın oğlu olub. Şahidlər bu barədə polisə xəbər verib, eyni zamanda, qətl hadisəsi müşahidə kameralarına düşüb. Faktla bağlı X.Cəfərovun bacanaqları Mahmudov Kamran Tərlan oğlu və Eminov Nazim Rəşid oğlu tutulub. Hadisənin təfərrüatı araşdırılır.

Read More
Kriminal 

2019-cu ildə məişət zəminində baş verən cinayətlərin XRONİKASI

Dövlət Statistika Komitəsinin hesabatına görə, ötən ilin birinci yarısı üzrə qeydə alınmış cinayətlər nəticəsində zərərçəkmiş şəxslərin cəmi sayı 21 382 nəfər olub. Onlardan 1221 nəfər məişət zorakılığından zərər çəkənlərdir. Qeydə alınan cinayətlər nəticəsində zərərçəkmiş şəxslərin 6108 nəfərini qadınlar, 614 nəfərini isə uşaqlar təşkil edir. Nəticədə, zərərçəkmiş qadınların 331 nəfəri, uşaqların isə 87 nəfəri ölüb. Məişət zorakılığı ilə bağlı cinayətlərin qurbanı olan qadınların sayı 915, uşaqların sayı isə 17 nəfər olub. Nəticədə, 40 qadın, bir uşaq ölüb. Müvafiq olaraq 2019-cu ilin eyni dövründə qeydə alınmış cinayətlər nəticəsində zərərçəkmiş şəxslərin cəmi sayı 10 min 284 min nəfər…

Read More