Bakıda qardaş qardaşı bıçaqlayıb
Sabunçu rayonunda qardaşlar arasında mübahisə zəminində bıçaqlanma hadisəsi baş verib. Hadisə Balaxanı qəsəbəsində qeydə alınıb. ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, 1967-ci il təvəllüdlü Aşurov Kamandar Haqverdi oğlu qardaşı ilə mübahisə edib. Nəticədə o, 3 bıçaq xəsarəti alıb. Yaralı ağır vəziyyətdə xəstəxanada cərrahi əməliyyat edilib. Hər iki qolun və döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulan K.Aşurovun vəziyyəti kafi qiymətləndirilir. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Read More