Kriminal 

Qonşular arasında dava: bıçaqlanan var

Bakıda bıçaqlanma hadisəsi olub.

ARANTV.AZ  qafqazinfo-ya istinadən xəbər verir ki, Suraxanı rayonu Əmircan qəsəbəsi, Q.Quliyev küçəsində qonşular arasında dava olub. Dava zamanı 1992-ci il təvəllüdlü Hüseynzadə Aqşin Musa oğlu qonşusu tərəfindən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq cərrahi əməliyyat edilib. Həkimlər yaralıya döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər