Bölgə Kriminal Region Xəbərləri 

Bərdədə polis əməliyyat keçirdi, 11 nəfər saxlanıldı-VİDEO

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son iki həftə ərzində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan 11 nəfər saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə rayon sakinləri əvvəllər məhkum olunmuşlar İlqar Orucov və Vüsal Məmmədov tutulublar. Aparılan müvafiq baxış zamanı İ.Orucovdan 1 kiloqram 110 qram marixuana və  V.Məmmədovdan isə külli miqdarda heroin aşkar edilərək götürülüb. Bundan başqa son iki həftə ərzində keçirilən tədbirlərlə daha 9 nəfər də narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə saxlanılıblar. Bu…

Read More
Bölgə Kriminal Region Xəbərləri 

Bərdədə pulemyot satmaq istəyən şəxs həbs edilib -VİDEO

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində satış məqsədi ilə “Kalaşnikov” pulemyotunu əldə edib saxlamaqda şübhəli bilinən şəxs cinayət məsuliyyətinə cəlb edilib DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə qanunsuz olaraq satış məqsədi ilə silah-sursat əldə edərək saxlamaqda şübhəli bilinən rayon sakini Səyyaf Həsənov tutulub. Ondan texniki cəhətdən işlək və atəşə tam yararlı “PK” markalı pulemyot, həmin silaha məxsus 7,62 çaplı 98 ədəd patron və 1 ədəd patron lenti aşkar edilərək götürülüb. Faktla bağlı Bərdə RPŞ-də Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə…

Read More
Kriminal 

Yol üstə qanlı davalar, həbslər… – sürücülük mədəniyyətini necə formalaşdıraq

Azərbaycanda indiyədək formalaşdırılması mümkün olmayan mədəniyyətlərdən biri də sürücülük mədəniyyətidir. Gündəlik həyatda da görürük, xəbərlərdən də oxuyuruq, sosial şəbəkələrdə yayılan videolardan da şahidi oluruq ki, ölkə ərazisində bir-birinə yol verməyən, yolun ortasında dalaşan, bıçaqlaşan, söyüşən vətəndaşlarımız az deyil. Hətta artıq bu dava-dalaşlarda qadın sürücülər də yer alır. Bir neçə gün öncə Bakı şəhər Nəsimi rayonu ərazisində müğənni Nigar Camalla mübahisə edən, onun maşınının qarşısını kəsib, avtomobilinə ziyan vuran sürücünün görüntüləri yayılmışdı. Həmin şəxs –  Göygöl rayon sakini, 1999-cu il təvəllüdlü Orxan Əliyev (şərti) Nəsimi RPİ-nin 22-ci Polis Bölməsi tərəfindən saxlanılıb.…

Read More
Kriminal Region Xəbərləri 

Bərdə polisindən əməliyyat: 20 nəfər saxlandı – FOTO

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat-axtarış tədbirləri uğurla davam etdirilir. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan ARANTV.AZ-a verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşlarının son günlərdə keçirdikləri tədbirlər zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 20 nəfər saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Onlardan 16 nəfəri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Ümumilikdə isə 7 kiloqramdan artıq – marixuana, heroin və metamfetamin, eləcə də metadon və tramadol həbləri aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Qeydə alınan faktlarla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.  

Read More
Kriminal 

“Qadınları, anasını qətlə yetirənlərə ömürlük həbs verilsin” – hüquq müdafiəçisindən çağırış

Azərbaycanda fevral ayının 20 günü ərzində kütləvi informasiya vasitələrində qadın qətlləri ilə bağlı xəbərlər dərc olunub. Xəbərlərin monitorinqi əsasında 20 gün ərzində 8 qadın qətlinin baş verdiyini müəyyən edilib. Qadınlardan kimisi ər, keçmiş ər, sevgilisi, kimisi isə qardaşı tərəfindən qətlə yetirilib. Çox təəssüf ki, sonuncu, fevralın 19-da Abşeron rayonu Xırdalan şəhərində baş verən hadisədə 24 yaşlı oğul anasını xüsusi amansızlıqla qətlə yetirib. Belə ki, 1998-ci il təvəllüdlü Orxan Hüseynzadə 1974-cü il təvəllüdlü anası Mehriban Hüseynovaya əvvəlcə 21 bıçaq zərbəsi vurub. Daha sonra o, xüsusi amansızlıqla anasının bədən üzvlərini ayıraraq sellofan…

Read More
Kriminal 

Oğlan anasını istədiyi qızı almadığı üçün öldürüb? – VİDEO

Xəbər verdiyimiz kimi, Xırdalanda 1974-cü il təvəllüdlü Mehriban Hüseynzadə 1998-ci il təvəllüdlü oğlu Orxan Hüseynzadə tərəfindən xüsusi amansızlıqla qətlə yetirilib. ARANTV.AZ Baku TV-yə istinadən xəbər verir ki, hadisə zamanı Orxan Hüseynzadənin atası işdə, bacısı isə Bakıda olub. Oğulun anasını istədiyi qızı ona almadığı üçün öldürdüyü iddia olunur. Məlumata görə, Mehriban Hüseynzadə Abşeron rayon Mehdiabad qəsəbəsində yerləşən məktəblərin birində müəllim işləyirmiş. Daha ətraflı süjetdə:

Read More
Kriminal 

Bakıda ustanın başını kəsib soyuducuya qoydular: Qandonduran qətlin TƏFƏRRÜATLARI – FOTO

1998-ci il aprel ayında Bakı şəhəri S.Əsgərova küçəsi, 117 ünvanında yerləşən Bakı Balıq Hisləmə zavodunun 2 saylı sexində qətl hadisəsi olub. Zavodun hazır məhsullar anbarında olan soyuducuda ayaqları qapı tərəfə, başı əks istiqamətdə, qara rəngli polietilen torbada kişi meyiti aşkar edilib. Meyitə baxış zamanı məlum olub ki, qətlə yetirilən şəxs Masallı rayonunda anadan olan 1953-cü il təvəllüdlü Mübariz Rəsulovdur. Faktla bağlı həmin il avqust ayında Nəsimi rayon Prokurorluğunda şübhəli şəxs Elnur Abbasov barəsində köhnə Cinayət Məcəlləsinin 94-cü maddəsinin 6-cı hissəsi (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 109-cu (zorlama) maddəsi və hazırda qüvvədə…

Read More
Kriminal 

Yevlaxda həkim 20-dən çox bıçaq zərbəsi ilə qətlə yetirildi – YENİLƏNİB + FOTO

Yevlax xəstəxanasının Vərəm şöbəsinin müdiri Bəyaz Cabbarovun qətlə yetirilməsinin təfərrüatı məlum olub. “Report”un məlumatına görə, bu gün axşam saatlarında Yevlax Mərkəzi Rayon Xəstəxanasının Vərəm şöbəsinin müdiri 1958-ci il təvəllüdlü Bəyaz Cəbbarov Yevlax şəhər Əhmədağa Baxşıyev küçəsində olan mənzilində qətlə yetirilib. O, 20-dən çox bıçaq zərbələri alıb və ağır halda xəstəxanaya aparılsa da, artıq dünyasını dəyişdiyi məlum olub. Hadisənin başvermə səbəbləri isə hələ ki məlum deyil. Faktla bağlı Yevlax rayon Prokurorluğunda araşdırma aparılır. 23:49 Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri Bəyaz Cabbarov bu gün axşam saatlarında bıçaqlanıb. Bu barədə Oxu.Az-a TƏBİB-dən məlumat verilib.…

Read More
Kriminal 

Azərbaycanda məmura mənimsəməyə görə cinayət işi açıldı

Azərbaycanda vəzifəli şəxs mənimsəmədə təqsirləndirilir. Lent.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 18 saylı ərazi məşğulluq mərkəzinin rəhbəri Ağayev Azər Vəkil oğlu və mərkəzin baş mühasibi Mustafayev Rauf Abış oğlu külli miqdarda mənimsəmədə ittiham olunur. Məlumata görə, onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törtədildikdə) maddəsilə cinayət işi açılıb. Cinayət işinin növbəti istintaqına Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılacaq. Qeyd edək ki, 18 saylı ərazi məşğulluq mərkəzinə Tərtər, Bərdə, Ağdam və Naftalan rayonları daxildir.

Read More