Kriminal 

Yevlaxda dəhşətli hadisə: Ata oğlunun kiçik toyunda öldürüldü – Şok təfərrüat

Yevlax rayonunda qohumunu qətlə yetirməkdə ittiham olunan 1991-ci il təvəllüdlü Murad Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. ARANTV.AZ demokrat.az-a istinadən bildirir ki, Murad Hüseynov bacısı oğlu Nazim planlaşdırılan sünnət mərasimində iştirak etmək məqsədi ilə valideynləri, bibisi oğlanları ilə Bakı şəhərindən yeznəsin yaşadığı Yevlax şəhərinə gəlib. Orada olarkən yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olan Nicat Hüseynovla onun və atası arasında Nicatın onların ünvanına nalayiq ifadələr işlətdiyinə görə baş vermiş mübahisədən yayınmaq məqsədilə ailə üzvləri ilə birlikdə əmisi arvadının yaşadığı Yevlax rayonu, Malbinəsi kəndində yerləşən evinə gedib. Bundan sonra Nicat…

Read More
Kriminal 

Kriminal avtoriteti qətlə yetirənlər apelyasiya şikayəti verdilər

Kriminal avtoriteti qətlə yetirməkdə təqsirləndirilən Taleh Cəlalov, İmran Bəbirov, Vüsal Hüseynov və qardaşı Səxavət Hüseynovun barələrindəki hökmdən apelyasiya şikayəti verilib. ARANTV.AZ  xəbər verir ki, şikayəti Bakı Apelyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrlik etdiyi cinayət kollegiyası araşdırır. Qeyd edək ki, hadisə ötən il Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi ərazisində, “Favorit” supermarketinin yanında qeydə alınıb. 43 yaşlı kriminal avtoritet Budaqlı Mübariz Mürsəl oğluna məxsus “Mercedes” markalı avtomobilə atəş açılıb. M.Budaqlı başına açılmış atəş nəticəsində həyatını itirib. Bir müddətdən sonra polis əməkdaşları qətli törətməkdə şübhəli bilinən Cəlalov Taleh İbrahim oğlu və Hüseynov Səxavət Oruc…

Read More
Kriminal 

Saatlıda 27 yaşlı oğlan qonşusunu öldürüb

Saatlı rayonunda qonşusunu bıçaqlayaraq qətlə yetirməkdə təqsirli bilinən Fariz Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. ARANTV.AZ  xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Müşfiq Məmmədovun icraatına verilib. İş üzrə məhkəmə hazırlıq iclası aprelin 20-nə təyin olunub. Qeyd edək ki, hadisə rayonun Qara Nuru kəndində baş verib. Kənd sakini, 1965–ci il təvəllüdlü Qardaşov Paşa Tofiq oğlu qonşusu tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılarkən yolda keçinib. Hadisəni törətməkdə şübhəli bilinən 27 yaşlı Əliyev Fariz Sahib oğlu saxlanılıb. Ölkə.Az

Read More
Kriminal 

Abşeronda dəhşətli qətl: İtlərin əvəzinə yeniyetməni öldürdü

Aprelin 7-də Abşeron rayonu, Məmmədli kənd sakini, 2008-ci il təvəllüdlü Nəbiyev Nihad Nicat oğlunun odlu silahdan açılan atəş nəticəsində baş nahiyəsindən xəsarət alması və aldığı xəsarətdən aprelin 15-də xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Abşeron rayon prokurorluğundan verilən xəbərə görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi, 1958-ci il təvəllüdlü Rzayev Sücəddin Abusət oğlunun özünə məxsus ov tüfəngi ilə kənd ərazisində sahibsiz itləri vurarkən silahla ehtiyatsız davranması nəticəsində açılan atəşdən Nahid Nəbiyevin baş nahiyəsindən…

Read More
Kriminal 

Bakıda qızını boğaraq öldürən şəxsin məhkəməsi başlayır

Bakıda qızını boğaraq qətlə yetirməkdə təqsirləndirilən Ələkbər Bağırovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. ARANTV.AZ APA-ya istinadən bildirir ki, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Rasim Sadıxovun icraatına verilib. Qeyd edək ki, ötən il dekabrın 30-da saat 12 radələrində Ələkbər Bağırovun Xətai rayonu 37-ci Polis Bölməsinə gələrək qızı İradə Paşayevanı öldürdüyünü bildirməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər…

Read More
Kriminal 

Bakıda 43 yaşlı kişi bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ  xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb. 1978-ci il təvəllüdlü Yusifov Ramin Allahverdi oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qarnın ön divarının kəsilmiş deşilmiş yarası diaqnozu qoyulub.

Read More
Kriminal 

Nazirlikdəki işini itirdi, xanımı müğənniliyə başladı, sonra… – Bakıdakı DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI (VİDEO)

Video əlavə olunub. xxx Aprelin 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində ötən ilin 3 sentyabr tarixində gecə saat 2 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Salt” motelində Binəqədi rayon sakini Şəhanə Şamilovanın əri tərəfinən icarəyə götürülmüş otaqda bıçaqlanaraq öldürülməsi hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. ARANTV.AZ xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesin yekununda hadisəni törədən Murad Şamilov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirli bilinib və o, 18 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə…

Read More
Kriminal 

Gədəbəydə keçmiş arvadını öldürmək istəyən şəxsin məhkəməsi başlayır

Gədəbəydə keçmiş həyat yoldaşını qəsdən öldürmək istəyən kişi barədə cinayət işi açılıb. Gədəbəy rayon prokurorluğundan verilən məlumata görə, 25 sentyabr 2020-ci il tarixində saat 19 radələrində Gədəbəy rayonu, Qurudarə kənd sakini Məsimova Zülfiyyə Faiq qızının qəsdən öldürülməsinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Gədəbəy rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb. Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. İstintaqla zərərçəkmişin keçmiş əri Məsimov Rasim Mansır oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə…

Read More
Kriminal 

Ucarda QƏTL: Validə Kərimovanı öldürən ər saxlanıldı

Aprelin 14-də saat 15 radələrində Ucar rayonu, Qarabörk kəndi ərazisində rayon sakini 1985-ci il təvəllüdlü Kərimova Validə Məzahir qızının bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Ucar rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib. Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri Məmmədov Qasım Fazil oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Validə Kərimovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Ucar rayon prokurorluğunda Cinayət…

Read More
Kriminal 

Cəlilabadda ata və oğlu bıçaqlanıb, ölən var

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi ölümlə nəticələnib. ARANTV.AZ bildirir ki, rayonun Qarazəncir kəndində ata və oğul bıçaqlanıb. Nəticədə bıçaq xəsarəti alan Ceyhun Cabir oğlu Əliyev xəstəxanaya yerləşdirilib, atası Cabir Əliyev isə ölüb. Hazırda hadisəni törədən şəxsin kimliyi müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Read More