Bakıda 43 yaşlı kişi bıçaqlandı
Bakıda bıçaqlanma hadisəsi baş verib.
ARANTV.AZ xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.
1978-ci il təvəllüdlü Yusifov Ramin Allahverdi oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qarnın ön divarının kəsilmiş deşilmiş yarası diaqnozu qoyulub.

