Kriminal 

Saatlıda 27 yaşlı oğlan qonşusunu öldürüb

Saatlı rayonunda qonşusunu bıçaqlayaraq qətlə yetirməkdə təqsirli bilinən Fariz Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

ARANTV.AZ  xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Müşfiq Məmmədovun icraatına verilib.

İş üzrə məhkəmə hazırlıq iclası aprelin 20-nə təyin olunub.

Qeyd edək ki, hadisə rayonun Qara Nuru kəndində baş verib.

Kənd sakini, 1965–ci il təvəllüdlü Qardaşov Paşa Tofiq oğlu qonşusu tərəfindən bıçaqlanıb.

Yaralı xəstəxanaya çatdırılarkən yolda keçinib.

Hadisəni törətməkdə şübhəli bilinən 27 yaşlı Əliyev Fariz Sahib oğlu saxlanılıb.

Ölkə.Az

Daha çox xəbərlər