Naxçıvanda “Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” mövzusunda konfrans keçirilib – FOTO
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Naxçıvanda xarici diplomatların və hərbi attaşelərin iştirakı ilə “Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” mövzusunda tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin zəngin həyat yolundan, o cümlədən onun fəaliyyətinin Naxçıvan mərhələsindən, ümummilli liderin Azərbaycan xalqının rifahı, ölkəmizin müstəqilliyinin möhkəmlənməsi və davamlı inkişafı istiqamətində yorulmaz fəaliyyətindən danışıblar. Müasir Azərbaycanın beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmasında, dövlətimizin müstəqil xarici siyasət strategiyasının formalaşmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri vurğulanıb. Qeyd olunub ki, Heydər Əliyevin xarici…
Read More