Siyasət
Ceyhun Bayramov polşalı həmkarı ilə GÖRÜŞDÜ
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qdanskda Ukraynanın bərpası üzrə Konfrans çərçivəsində polşalı həmkarı Radoslav Sikorski ilə danışıqlar aparıb. Bu barədə Musavat.com Polşa Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir. Danışıqlar zamanı tərəflər praqmatik Polşa-Azərbaycan münasibətlərinin inkişaf perspektivlərini, eləcə də iki ölkə arasında saziş layihələri üzərində işi müzakirə ediblər. Bundan başqa, nazirlər Ukraynaya dəstək məsələləri ətrafında fikir […]
İlham Əliyev həmkarını təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev sloveniyalı həmkarı Nataşa Pirts Musara təbrik məktubu ünvanlayıb. Musavat.com-un məlumatına görə, təbrikdə deyilir: “Hörmətli xanım Prezident, Sloveniya Respublikasının milli bayramı – Dövlətçilik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. İnanıram ki, bu il diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edən Azərbaycan ilə Sloveniya arasında […]
Bayramov Ukrayna Bərpa Konfransında iştirak edəcək
İyunun 25-26-da Ukraynanın bərpası konfransı (URC-2026) keçiriləcək. Musavat.com xəbər verir ki, konfrans Polşanın Qdansk şəhərində baş tutacaq. URC-2026 çərçivəsində Ukrayna nümayəndə heyətinə baş nazir Yuliya Sviridenko rəhbərlik edəcək. O bildirib ki, konfrans zamanı Ukraynanın enerji sektorunun gücləndirilməsi, müdafiə qabiliyyətinin artırılması və iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı bir sıra mühüm sazişlərin imzalanması gözlənilir. Builki konfransda ilk dəfə olaraq […]
Prezident Qalibafı qəbul etdi – FOTOLAR
Azərbaycan Prezidenti İlham Əliyev bu gün İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibafın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Musavat.com xəbər verir ki, Prezident İlham Əliyev son vaxtlar qardaş İran xalqının çox böyük əziyyətlər çəkdiyini vurğulayıb, müharibədə həlak olanlara bir daha Allahdan rəhmət diləyib. Müharibə dövründə Azərbaycan xalqının və dövlətinin İran xalqı və dövlətinin […]
“Arzu edirəm ki, bölgədə heç bir müharibə olmasın” – İlham Əliyev
Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibafın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə İranda müharibənin dayandırılmasını Azərbaycanda sevinc hissi ilə qarşılandığını deyib. Musavat.com xəbər verir ki, dövlət başçısı bununla bağlı Azərbaycan tərəfindən dərhal rəsmi bəyanatın verildiyini xatırladıb. “Arzu edirəm ki, bölgədə heç bir müharibə olmasın”, – deyən Prezident İlham Əliyev […]
İlham Əliyev Numan Kurtulmuşu qəbul etdi – FOTOLAR
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 24-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Musavat.com xəbər verir ki, dövlət başçısı TBMM sədrinin İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirakının önəminə toxunub. Gələcəkdə Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində digər tədbirlərin də keçiriləcəyini deyən Prezident İlham Əliyev […]
İlham Əliyev konfrans iştirakçılarına müraciət ünvanladı
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının iştirakçılarına müraciət ünvanlayıb. Musavat.com xəbər verir ki, müraciətin mətnini Milli Məclisin sədri Sahibə Qafarova səsləndirib. Müraciətdə deyilir: “Hörmətli tədbir iştirakçıları! Sizi İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasında səmimi-qəlbdən salamlayıram. Azərbaycana xoş gəlmisiniz! Qardaş […]
Azərbaycanın İƏT-ə sədrliyi
Bu gündən etibarən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqı Konfransına sədrlik Azərbaycana keçib. Bakıda keçirilən təşkilatın 20-ci sessiyasında sədrlik rəsmi olaraq İndoneziyadan Azərbaycana təhvil verilib. Bu hadisə təkcə parlament diplomatiyası baxımından deyil, həm də Azərbaycanın islam dünyasındakı mövqeyinin, beynəlxalq nüfuzunun və siyasi çəkisinin artmasının növbəti təsdiqi kimi qiymətləndirilir. Bu barədə Musavat.com-a şərhində Milli […]
SON DƏQİQƏ: Qalibaf Azərbaycana səfərə gəldi
İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf Azərbaycana işgüzar səfərə gəlib. Bu barədə Musavat.com-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Qeyd olunub ki, səfər çərçivəsində İran İslam Şurası Məclisinin sədri Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak edəcək.