Siyasət 

İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 9-da Türkiyənin daxili işlər naziri Mustafa Çiftçini qəbul edib. Musavat.com xəbər verir ki, qəbula görə dövlət başçısına minnətdarlığını bildirən Mustafa Çiftçi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Azərbaycan Prezidentinə çatdırıb. Dövlət başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Prezident Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş edib. Söhbət zamanı Azərbaycanla Türkiyə arasında ikitərəfli münasibətlərin qardaşlıq və strateji müttəfiqlik prinsiplərinə əsaslandığı vurğulanıb, bütün istiqamətlər üzrə əlaqələrin genişləndiyi bildirilib. Hər iki ölkənin müvafiq qurumları arasında səmərəli tərəfdaşlığın qurulduğu qeyd edilib, bu xüsusda Azərbaycanın və Türkiyənin Daxili İşlər nazirliklərinin də…

Read More
Siyasət 

Sibiqa Ceyhun Bayramova zəng etdi

Ukrayna və Azərbaycanın xarici işlər nazirləri Andrey Sibiqa və Ceyhun Bayramov ikitərəfli münasibətlərin mövcud vəziyyətini və gələcək inkişafını müzakirə ediblər. Sibiqa bu barədə “X” hesabında yazıb. “Azərbaycanlı həmkarım Ceyhun Bayramovla telefon danışığım oldu. İkitərəfli münasibətlərin mövcud vəziyyətini və gələcək inkişafını müzakirə etdik, ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsinə sadiqliyimizi bir daha təsdiqlədik”, – paylaşımda bildirilib. Sibiqanın sözlərinə görə, tərəflər təhlükəsizlik məsələləri, qarşılıqlı əlaqə, nəqliyyat marşrutlarının və dəhlizlərinin inkişafı daxil olmaqla beynəlxalq gündəmdə olan geniş məsələlərə dair fikir mübadiləsi aparıb.//Report

Read More
Siyasət 

Azərbaycanın dostu dünyanın xilaskarına çevrildi – O KİMDİR? DOSYE

ABŞ, İsrail və İran arasında 39 gün davam edən savaşın IIII dünya müharibəsinə çevriləcəyi qaçılmaz görünərkən səhnəyə bir lider çıxdı. Məhz o şəxsin siyasi iradəsi və diplomatik çəkisi hadisələrin axarını bir anda dəyişdi. Bu dünyaşöhrətli lider Pakistanın baş naziri Şahbaz Şərifdir. Şahbaz Şərif 1951-ci il 23 sentyabrda Lahor şəhərində anadan olub. Pakistanın aparıcı siyasətçilərindən biri, dövlət idarəçiliyi sahəsində uzun illər təcrübəyə malik liderdir. O, xüsusilə idarəçilik bacarığı, iqtisadi layihələrə diqqəti və inzibati sərtliyi ilə tanınır. Ailəsi biznes fəaliyyəti ilə məşğul olan varlı sənayeçilərdən olub. Şahbaz Şərif Lahorda yerləşən universitetdə təhsil…

Read More
Siyasət 

Prezident bu Nazirliklə bağlı FƏRMAN İMZALADI

Prezident İlham Əliyev “Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edib. Musavat.com xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Fərmana əsasən, Nazirlik onun strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumlar vasitəsilə, Torpaq Məcəlləsinin 57-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulan hallarda, habelə meşə fondu torpaqlarında müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikintisi, ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə əkin dövriyyəsinə əlavə torpaq sahələrinin cəlb edilməsi zərurəti yarandıqda, həmin torpaqların kənd təsərrüfatına az yararlı və ya yararsız torpaq sahələri ilə əvəzləşdirilməsinin məqsədəuyğunluğuna, faydalı qazıntıların çıxarılması üçün torpaq sahəsinin kateqoriyasının…

Read More
Siyasət 

Prezidentdən TƏBİB-lə bağlı MÜHÜM SƏRƏNCAM

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) Müşahidə Şurasının tərkibi təsdiqlənib. Musavat.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib: Müşahidə Şurasının sədri Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Müşahidə Şurasının üzvləri: Azərbaycan Respublikası maliyyə nazirinin müavini Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədri.

Read More
Siyasət 

İlham Əliyev SOCAR-la bağlı sərəncam İMZALADI

Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında 23 yanvar 2021-ci il sərəncamında dəyişiklik edib. Musavat.com xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni sərəncam imzalayıb. Sərəncama əsasən, Şuranın üzvü olan maliyyə nazirinin keçmiş müavini Azər Bayramov nazirin I müavini Anar Kərimovla əvəz olunub.

Read More
Siyasət 

Prezident İlham Əliyevin Məsud Pezeşkiana zəngi: atəşkəs fonunda mühüm mesajlar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında baş tutan telefon danışığı təkcə protokol xarakterli təmas deyil, həm də regionda formalaşan yeni geosiyasi düzənin mühüm indikatoru kimi qiymətləndirilə bilər. Bu əlaqənin fonunda İran ilə ABŞ arasında elan olunduğu bildirilən 2 həftəlik atəşkəs dayanır. Azərbaycan Prezidentinin iranlı həmkarını bu münasibətlə təbrik etməsi, ilk baxışdan diplomatik jest kimi görünsə də, əslində daha dərin məna daşıyır. Bu addım rəsmi Bakının regionda hərbi eskalasiyanın qarşısının alınmasına, sabitliyin və təhlükəsizliyin qorunmasına yönəlmiş prinsipial mövqeyini bir daha nümayiş etdirir. Azərbaycan üçün…

Read More
Siyasət 

Prezidentlə xanımı açılışa qatıldı – FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 8-də Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak ediblər. Musavat.com xəbər verir ki, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Samir Rzayev dövlət başçısına və birinci xanıma mərkəzin fəaliyyəti barədə məlumat veriblər. Bildirilib ki, Beynəlxalq Təlim Mərkəzi “Azərbaycan Hava Yolları” QSC-nin təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının ərazisində yaradılıb. Mərkəz uçuş heyətinin fövqəladə vəziyyətlər üzrə hazırlığı, həmçinin hava hərəkətini idarəetmə dispetçerlərinin nəzəri və praktiki…

Read More
Siyasət 

İlham Əliyevin zəngi yeni mərhələ açdı – Bakı Tehrana bir daha dost əlini uzatdı

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev iranlı həmkarı Məsud Pezeşkiana zəng edib. Dövlət başçısı İranla ABŞ arasında əldə olunan 2 həftəlik atəşkəslə bağlı təbrikini çatdırıb. Şübhəsiz ki, bu zəng regionda yeni siyasi atmosferin formalaşdığını göstərir. Eyni zamanda bu addım təkcə diplomatik jest deyil, həm də Azərbaycanın çətin dövrdə qonşu ölkəyə münasibətinin ardıcıl və prinsipial xətt üzərində qurulduğunun bir daha bariz sübutudur. Son hadisələr fonunda Azərbaycan öz davranışı ilə cənub qonşusu üçün ağır günlərdə etibarlı tərəfdaş olduğunu bir daha sübut etdi. Gərginlik dövründə Azərbaycan-İran sərhədinin ən təhlükəsiz məkan kimi qalması, bütün iddialara…

Read More