Siyasət 

Azərbaycan XİN başçısı: ”İran bizə vəd verib”

Naxçıvana qəbuledilməz hücumla bağlı moldovalı həmkarıma məlumat verdim. Musavat.com xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi ilə birgə mətbuat konfransında bildirib. Nazir qeyd edib ki, Azərbaycan dövlətinin mövqeyi rəsmi şəkildə bildirilib, İrana nota verilib: “Ötən gün Təhlükəsizlik Şurasınının iclasında mesajlarımız açıq şəkildə bildirilib. Dünən iranlı həmkarımla danışıqda o araşdırma ilə bağlı vəd verdi”.

Read More
Siyasət 

Azərbaycan və Moldova XİN başçıları arasında görüş başlayıbYENİLƏNİB

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Moldovanın Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi arasında geniştərkibli görüş keçirilib. Musavat.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi “X” hesabında məlumat yayıb. Nazirlər ikitərəfli siyasi dialoqun davam etdirilməsini, həmçinin iqtisadiyyat, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsini, eləcə də Birləşmiş Millətlər Təşkilatı və ATƏT də daxil olmaqla beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyətlərin əlaqələndirilməsini müzakirə ediblər. XİN başçıları, həmçinin Yaxın Şərqdə dəyişkən və gərgin təhlükəsizlik vəziyyətinə də toxunublar. Ceyhun Bayramov martın 5-də İrandan Naxçıvana qarşı həyata keçirilən dron…

Read More
Siyasət 

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Pakistanın Baş naziri İranın Azərbaycana qarşı hərbi hücumunu və terror aktlarını qınadığını bildirib, bu çətin gündə Pakistan dövləti və ordusunun Azərbaycan dövləti və ordusunun yanında olduğunu qeyd edib, Azərbaycanın Pakistana hər zaman güvənə biləcəyini deyib. Şahbaz Şərif Azərbaycan-Pakistan dostluğu və qardaşlığının davam edəcəyini vurğulayıb. Dövlət başçısı göstərilən dəstəyə və həmrəyliyə görə minnətdarlığını bildirib. Prezident İlham Əliyev Azərbaycanın qardaş Pakistanın haqq işini hər zaman müdafiə edəcəyini deyib. İlham Əliyev…

Read More
Siyasət 

Ceyhun Bayramovdan SON DƏQİQƏ Moldova açıqlamalarıFOTO

Azərbaycan və Moldova arasındakı münasibətlərdən danışarkən liderlər arasında mütəmadi görüşləri qeyd edə bilərik. Musavat.com xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Moldova Respublikasının Baş nazirinin müavini, XİN rəhbəri Mixay Popşoi ilə birgə mətbuat konfransında bildirib. Nazir qeyd edib ki, ikitərəfli səfərlərin xüsusi əhəmiyyəti var: “İki ölkə arasında siyasi məsləhətləşmələr formatı 2026-cı ilin ikinci yarısında da davam etdiriləcək. Bugünkü görüşdə həm ikitərəfli münasibətlər, həm də beynəlxalq və regional məsələlər müzakirə olundu. O cümlədən iqtisadi əlaqələri inkişaf etdirmək üçün yeni istiqamətlərin təşviqi baxımından investisiya imkanları müzakirə edildi. Enerji sahəsində xüsusi potensial mövcuddur. Azərbaycan qazının…

Read More
Siyasət 

Prezident İlham Əliyev Moldovanın Baş nazirinin müavinini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev martın 6-da Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoini qəbul edib. Musavat.com xəbər verir ki, qəbula görə dövlət başçısına təşəkkür edən Mixay Popşoi Moldova Prezidenti Maya Sandunun salamlarını Prezident İlham Əliyevə çatdırdı. Dövlət başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Maya Sanduya çatdırmağı xahiş etdi. Prezident İlham Əliyev beynəlxalq təşkilatlar çərçivəsində Moldovanın dövlət başçısı ilə görüşlərini və aparılmış müzakirələri məmnunluqla xatırladı. Mixay Popşoi İranın pilotsuz uçuş aparatları ilə Azərbaycana qarşı törətdiyi hücumları Moldovanın qətiyyətlə qınadığını dedi, bu məsələdə ölkəmizlə həmrəy olduqlarını vurğuladı. O,…

Read More
Siyasət 

Mirziyoyev İlham Əliyevə zəng edib, İranın Azərbaycana hücumunu qınayıb

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Şavkat Mirziyoyev İranın pilotsuz uçuş aparatları vasitəsilə Azərbaycana qarşı törətdiyi hücumları qətiyyətlə qınayıb, Özbəkistanın Azərbaycana tam dəstəyini ifadə edərək ölkəsinin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb. Prezident İlham Əliyev telefon zənginə və nümayiş etdirilən dəstəyə görə Özbəkistan Prezidentinə təşəkkürünü bildirib. Dövlət başçısı baş vermiş hadisə ilə bağlı məlumat verərək hazırda vəziyyətin tam nəzarət altında olduğunu qeyd edib. Telefon söhbəti əsnasında Azərbaycan ilə Özbəkistan arasında dostluq, qardaşlıq…

Read More
Siyasət 

İrakli Kobaxidze İlham Əliyevə zəng edərək Naxçıvana dron hücumunu pisləyib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, İrakli Kobaxidze İran İslam Respublikasının pilotsuz uçuş aparatları ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikasına hücumunu qətiyyətlə pisləyərək Azərbaycan dövləti və xalqı ilə həmrəy olduqlarını vurğulayıb. Gürcüstanın Baş naziri hücum nəticəsində xəsarət alanların tezliklə sağalmalarını arzulayıb. Prezident İlham Əliyev telefon zənginə və nümayiş etdirilən mövqeyə görə İrakli Kobaxidzeyə minnətdarlığını ifadə edib. Telefon söhbəti əsnasında Azərbaycan-Gürcüstan ikitərəfli əməkdaşlığının perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Read More
Siyasət 

Ərdoğan: İranın raket insidenti ilə bağlı lazımi xəbərdarlıq etdik

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranın Türkiyə ərazisinə atdığı raketlə bağlı Ankaranın mövqeyini bir daha açıqlayıb. APA xəbər verir ki, Ərdoğan bu barədə çıxışında danışıb. O bildirib ki, baş verən hadisə ilə bağlı Türkiyənin həssas mövqeyi açıq şəkildə qarşı tərəfə çatdırılıb. “Dünən baş verən hadisə ilə bağlı həssaslığımızı çox açıq şəkildə göstərdik və bunun təkrar olunmaması üçün lazımi xəbərdarlıqları etdik. İlk gündən bəri sülh üçün göstərdiyimiz səylər ortadadır. Heç kim qonşuluq və qardaşlıq hüququna zərər verən yanlış mövqe tutmamalıdır”, – deyə Türkiyə prezidenti vurğulayıb. Ərdoğan əlavə edib ki, Türkiyə hər…

Read More
Siyasət 

BƏƏ Prezidenti Azərbaycan liderinə ZƏNG ETDİ

Martın 5-də Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Musavat.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti İran İslam Respublikasının pilotsuz uçuş aparatları ilə Azərbaycan ərazisinə hücumunu pisləyib, hadisə zamanı yaralananların tezliklə şəfa tapmasını diləyib. Şeyx Məhəmməd bin Zayed Al Nəhyan İranın ölkəsinə raket hücumları zamanı dövlətimizin başçısı tərəfindən BƏƏ-yə göstərilən dəstəyə və bu hücumu qınayan mövqeyinə görə bir daha minnətdarlığını bildirib. Dövlət başçısı telefon zənginə görə Şeyx Məhəmməd bin Zayed Al Nəhyana təşəkkür…

Read More
Siyasət 

Kallas: İranın dron hücumları qəbuledilməzdir, Aİ Azərbaycanla tam həmrəydir

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas İranın Azərbaycana dron hücumlarını pisləyib. Kallas İranın bu hərəkətini qəbuledilməz adlandırıb. “İranın Azərbaycanın Naxçıvan Muxtar Respublikası bölgəsinə pilotsuz uçuş aparatları ilə etdiyi hücumlar tamamilə qəbuledilməzdir. Bu hücumlar İran tərəfindən gərginliyin daha da artırılmasıdır və müharibənin Yaxın Şərqdən kənara yayılması ehtimalını artırır. Mən bu məsələ ilə bağlı xarici işlər naziri Ceyhun Bayramov ilə əlaqə saxladım və Avropa İttifaqının Azərbaycan hökuməti və xalqı ilə tam həmrəy olduğunu vurğuladım”, – Kallas qeyd edib. Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Naxçıvan…

Read More