Siyasət
Bakıda Mariya Zaxarovanın iştirakı ilə Azərbaycan və Rusiya XİN-ləri arasında məsləhətləşmələr keçirilir – FOTO
Bakıda Azərbaycan və Rusiya Xarici İşlər Nazirlikləri arasında xarici siyasət sahəsində informasiya təminatı mövzusunda məsləhətləşmələr keçirilir. ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, məsləhətləşmələrdə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev və Rusiya XİN-in xüsusi nümayəndəsi Mariya Zaxarova iştirak edir.
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclası keçirilib
ARANTV.AZ xəbər verir ki, İyulun 26-da Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun sədrliyi ilə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il üçün iş planı”nda nəzərdə tutulmuş məsələlərə dair aidiyyəti qurumların iştirakı ilə iclas keçirilib. İclasın gündəliyinə iki məsələ daxil edilib: “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin […]
Fransa mediası İlham Əliyevin Paris səfərindən yazdı
Fransanın maliyyə və iqtisadiyyat sahəsində ixtisaslaşmış populyar “Boure Plus” jurnalı (17000 abunəçisi olan jurnalın gündəlik oxucularının sayı 100000-dən artıqdır) prezident İlham Əliyevin 19-20 iyul tarixlərində Fransaya işgüzar səfərindən yazıb. ARANTV.AZ xəbər verir ki, “Azərbaycan Respublikasının Prezidenti Yelisey Sarayında Fransa ilə iqtisadi əlaqələrin gücləndirilməsi anonsunu verdi” başlıqlı təhlil və informatik xarakterli məqalənin giriş hissəsi müəllifin “Biz, […]
Nazirlər Kabinetində Azərbaycan ilə Afrika İttifaqı arasında əməkdaşlıq məsələləri müzakirə olunub
ARANTV.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov iyulun 25-də Afrika İttifaqı Komissiyasının enerji və infrastruktur məsələləri üzrə komissarı xanım Amani Abu-Zeyd ilə görüşüb. Görüşdə Azərbaycan Respublikası ilə Afrika İttifaqı arasında yüksək səviyyəli dialoqun və səfərlər mübadiləsinin həyata keçirilməsinin, hüquq-müqavilə bazasının yaradılmasının vacibliyi vurğulanıb. Baş nazir Novruz Məmmədov qeyd edib ki, Azərbaycan Afrika […]
Eldar Əzizov niyə şəhər rəhbərliyinə gətirildi?
Eldar Əzizovun Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini postuna təyinatı cəmiyyətin böyük əksəriyyəti üçün gözlənilməz oldu. Müvəqqəti də olsa Bakıya rəhbərliyin niyə məhz ona həvalə olunduğu çoxlarını düşündürdü. ARANTV.AZ xəbər verir ki, “Yeni Müsavat”ın yazdığına ggörə, Sumqayıt kimi iri şəhərdən Bakının bir rayonuna başçı gətirilmiş E.Əzizov bir növ “vurulmuş” kadrlardan hesab olunurdu. Ona birdən-birə Bakıya […]
“The Daily Caller” qəzetində Dağlıq Qarabağ münaqişəsi barədə məqalələr dərc olunub
ARANTV.AZ xəbər verir ki, Azərbaycanlılar Dağlıq Qarabağda və ona bitişik rayonlarda etnik təmizləməyə məruz qalıblar. Azərbaycanın Ermənistan tərəfindən işğal edilən ərazilərində oyuncaq rejim qurulsa da, ötən 25 il ərzində heç bir ölkə bu rejimi tanımayıb. Bu fikirlər siyasi icmalçı Raul Loueri Kontrerasın ABŞ-ın “The Daily Caller” nəşrində dərc olunan məqaləsində əksini tapıb. Yazıda bildirilir ki, […]
Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin görüşü olub
ARANTV.AZ xəbər verir ki, İyulun 24-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb. Nazirlər iki qardaş ölkə arasında bərqərar olunmuş strateji münasibətlərin və ənənəvi dostluğun yüksələn xətlə irəlilədiyini məmnuniyyətlə qeyd ediblər. Bu mənada tərəflər Azərbaycan və Türkiyədə keçirilmiş prezident seçkilərində inamlı qələbə qazanan Prezident İlham Əliyev və Prezident […]
Mövlud Çavuşoğlu: Türkiyə və Azərbaycanın həyata keçirdiyi birgə layihələr regionda böyük iqtisadi inkişafa səbəb olacaq
ARANTV.AZ xəbər verir ki, Türkiyə və Azərbaycanın birgə fəaliyyəti təkcə ölkələrimiz deyil, bütövlükdə region üçün önəmlidir. Ölkələrimizin həyata keçirdiyi birgə layihələr regionda böyük iqtisadi inkişafa səbəb olacaq. Bu fikirləri iyulun 24-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə birgə mətbuat konfransında deyib. Nazir qeyd edib ki, bu gün bir çox ölkələr […]
Baş nazir Novruz Məmmədov: Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri ən yüksək səviyyədədir
ARANTV.AZ xəbər verir ki, İyulun 24-də Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb. Görüşdə ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladan Baş nazir Novruz Məmmədov Azərbaycan və Türkiyə arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu vurğulayıb. Baş nazir bildirib ki, dost və […]
Çavuşoğlu XİN-ə gəldi – Məmmədyarovla görüş başladı
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıdadır. ARANTV.AZ xəbər verir ki, bir neçə dəqiqə öncə M.Çavuşoğlu Xarici İşlər Nazirliyinə gəlib. Nazirlikdə onu azərbaycanlı həmkarı Elmar Məmmədyarov qarşılayıb. Hazırda nazirliyin binasında nazirlərin görüşü keçirilir. Əvvəlcə təkbətək keçirilən görüş daha sonra geniş tərkibdə davam etdiriləcək. Görüşdən sonra nazirlərin birgə mətbut konfransı baş tutacaq. Qeyd edək ki, bu, […]