Şənbə, 27 İyn, 2026

Çavuşoğlu Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi — FOTO

Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iyulun 24-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub. ARANTV.AZ xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb. Sonra Mövlud Çavuşoğlu Şəhidlər xiyabanına […]

Çavuşoğlu Bakıda: Qardaş Azərbaycandayıq – Foto

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana səfəri başlayıb. ARANTV.AZ xəbər verir ki, bu barədə Türkiyə XİN başçısının rəsmi səhifəsində məlumat yayılıb. “Şimali Kipr Türk Cümhuriyyəti səfərindən sonra qardaş Azərbaycandayıq”, – məlumatda bildirilib. Çavuşoğlunu hava limanında Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ərkan Özoral qarşılayıb. axar.az

“Ermənistan 200 milyonluq silah alsa da, heç nə dəyişməyəcək” – General

Rusiya Ermənistana 200 milyon dollarlıq silah satsa belə, bu, Azərbaycanın aldığı silahlarla müqayisə oluna bilməz.  ARANTV.AZ xəbər verir ki, bunu azvision.az-a açıqlamasında ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov deyib. O, bildirib ki, Azərbaycan hər il 100 milyonlarla dollarlıq yeni silahlar alır: “İndi Ermənistan 200 milyonluq silah alsa nə edəcək? Sadəcə, Nikol Paşinyan Azərbaycan ordusunun möhtəşəm hərbi […]

“Dərhal Mingəçevir SES-ə zərbə endirəcəyik…” – Qondarma rejim – FOTO

Ermənistan müdafiə naziri David Tonoyanın ardınca qondarma “dqr müdafiə naziri” də Azərbaycanı müharibə və “Mingəçevirin vurulması” ilə hədələyib. ARANTV.AZ virtualaz.org-a istinadən xəbər verir ki, Levon Mnatsakanyan bu gün Xankəndində jurnalistlərin qarşısına çıxaraq təmas xəttində hökm sürən “təəcüblü sakitlikdən”, payızda vəziyyətin gərginləşə biləcəyindən və irimiqyaslı hərbi əməliyyatların başlayacağı təqdirsə “Azərbaycanın iqtisadiyyatını iflic etmək” planlarından bəhs edib. […]

İranın hərbi gəmiləri Bakıya gələcək

İran Hərbi Dəniz Qüvvələri Azərbaycanda keçiriləcək dəniz atışları üzrə yarışda iştirak edəcək. ARANTV.AZ  report-a istinadən xəbər verir ki, bu barədə Hərbi Dəniz Donanmasının komandiri, kontr-admiral Hosseyn Xanzadi bildirib. “Yarışın əsas məqsədi Xəzər hövzəsi ölkələri arasında dostluq və yaxınlıq əlaqələrini gücləndirməkdir”, – Xanzadi deyib. O xatırladıb ki, turnir çərçivəsində müxtəlif ölkələrdə Dəniz Piyadaları Kuboku keçiriləcək. Kontr-admiral […]

Slovakiya ATƏT-ə sədrliyi dövründə prioritetləri açıqlayıb

ARANTV.AZ xəbər verir ki, gələn il ATƏT-ə Slovakiya sədrlik edəcək. Ölkəsinin quruma sədrliyi dövründə prioritetlərini açıqlayan Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi Lukaş Parizek bildirib ki, Slovakiya ATƏT regionunda həlli uzanan münaqişələrin münaqişələrin mövcud danışıqlar formatlarını dəstəkləməyə çalışacaq. “Siyasi həllə aparan dialoqu dəstəkləyəcəyik” deyən Lukaş Parizek vurğulayıb ki, ATƏT məkanında münaqişələrin qarşısının alınmasına yardım […]

Novruz Məmmədov ödənişli yollarla bağlı formanı təsdiq etdi

Baş nazir Novruz Məmmədov “Azərbaycan Respublikasında avtomagistraldan ödənişli yol kimi istifadə edilməsi ilə bağlı məlumatın forması”nı təsdiq edib. ARANTV.AZ  xəbər verir ki, forma “Avtomobil yolları haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” 2017-ci il 17 noyabr tarixli 866-VQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Qanunun tətbiq edilməsi barədə” prezidentin 2000-ci il 10 mart tarixli 299 nömrəli […]

“Prezident İlham Əliyevin Fransaya səfəri Azərbaycanın sabitlik mərkəzi kimi daha yaxşı tanınmasına imkan verir”

“Prezident İlham Əliyevin bu yaxınlarda Fransaya səfəri Azərbaycanın sabitlik mərkəzi kimi daha yaxşı tanınmasına imkan verir”. ARANTV.AZ xəbər verir ki, bunu trend-ə Fransa Senatının Xarici işlər komitəsinin vitse-prezidenti, senator Natali Qule deyib. N.Qule qeyd edib ki, bu səfər gələcəkdə iki ölkə arasında turist axınının artmasına xidmət edəcək, həmçinin Azərbaycanın bu regionda sabitlik mərkəzi və Rusiya […]

“Azərbaycan Fransa üçün mühüm əhəmiyyət kəsb edir”

“Azərbaycan əvəzolunmaz müttəfiq kimi Fransa üçün mühüm əhəmiyyət kəsb edir”. ARANTV.AZ xəbər verir ki, bunu trend-ə Qlobal siyasət və Transatlantik münasibətlər üzrə amerikalı ekspert Piter Teys Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya səfərinin yekunlarını şərh edərkən deyib. Ekspert bildirib: “Fransa hökuməti və şirkətləri üçün Azərbaycan kimi müxtəlif sahələrdə, xüsusilə iqtisadi əməkdaşlıq və mədəni diplomatiya sahələrində əvəzolunmaz […]

“Prezident İlham Əliyevin Fransaya səfəri zamanı əldə edilən razılaşmalar Azərbaycanın Avropada tutduğu yerə xüsusi töhfə verəcək”

“Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya rəsmi səfəri ilk növbədə ölkəmizin Avropa qitəsindəki əhəmiyyətli rolunu və yerini sübuta yetirdi”. ARANTV.AZ xəbər verir ki, bunu trend-ə siyasi ekspert Bəhruz Quliyev ölkə başçısının Fransaya səfərini və səfər çərçivəsində əldə edilən razılaşmaları şərh edərkən deyib. B.Quliyevin sözlərinə görə, bu səfərin əsas nəticəsi ölkələrimiz arasında iqtisadi və digər sahələrdə əldə […]