Prezidentdən iki dövlət qurumu ilə bağlı MÜHÜM FƏRMAN
Prezident İlham Əliyev Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya Xidməti” və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxslərin yenidən təşkili haqqında Fərman imzalayıb. Musavat.com-un məlumatına görə, Fərmanda deyilir: “1. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (bundan sonra – Agentlik) tabeliyində aşağıdakı qurumlar yenidən təşkil edilsin: 1.1. “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxs Agentliyin tabeliyində “Regional Su Meliorasiya” Qapalı Səhmdar Cəmiyyətinə çevrilmə yolu ilə; 1.2. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxs Agentliyin tabeliyində “İri Şəhərlərin Su Təchizatı” Qapalı Səhmdar Cəmiyyətinə çevrilmə yolu…
Read More