Siyasət 

Şeyx Zayed Fondu İlham Əliyev haqqında paylaşım etdi – VİDEO

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu Şeyx Zayed Fondu “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülən Azərbaycan Prezidenti İlham Əliyev haqqında paylaşım edib. Musavat.com xəbr verir ki, bu barədə fond “X” hesabında paylaşım edib. Paylaşımda qeyd edilib ki, Prezident İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”na Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması və dialoq dilinin təşviqi istiqamətində göstərilən səylərə görə layiq görülüb.

Read More
Siyasət 

İlham Əliyev Davosda Paşinyanla ayaqüstü söhbət etdi

Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycanın Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında qısa ayaqüstü söhbət olub.  Musavat.com xəbər verir ki, görüş forum tədbirləri fonunda, qeyri-rəsmi formatda reallaşıb. Qeyd edək ki, İlham Əliyev və Nikol Paşinyan daha əvvəl ABŞ Prezidenti Donald Tramp tərəfindən irəli sürülən Qəzza üzrə “Sülh Şurası” təşəbbüsünün nizamnaməsini imzalayıblar. Sənəd beynəlxalq siyasi müstəvidə diqqətlə izlənən proseslərdən biri kimi qiymətləndirilir.

Read More
Siyasət 

Bu ölkə MDB-ni tərk edir, SIRA kimdə? – Azərbaycandan MÖVQE

Moldovanın Xarici İşlər Nazirliyi ölkənin Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxışını nəzərdə tutan əsas sazişlərin denonsasiyasına start verildiyini açıqlayıb. Bununla da rəsmi Kişinyov təşkilatdan tam hüquqi ayrılıq prosesini rəsmən işə salıb. Xarici xəbər kanallarının yaydığı məlumata görə, Moldova MDB-yə üzvlüyün hüquqi əsasını təşkil edən sənədləri – birliyin yaradılma sazişini və nizamnaməsini mərhələli şəkildə ləğv etməyə başlayır. Proses tamamlandıqdan sonra ölkə hüquqi baxımdan MDB üzvü olmayacaq. Bildirilir ki, söhbət təkcə texniki sənədlərdən deyil, Moldovanın MDB-də qalmasını mümkün edən əsas hüquqi bazanın aradan qaldırılmasından gedir. Kişinyov uzun müddətdir MDB institutlarında faktiki iştirak etmirdi…

Read More
Siyasət 

Prezident İlham Əliyev “Qarabağ”ı təbrik etdi – FOTO

Prezident İlham Əliyev UEFA Çempionlar Liqasının əsas mərhələsində “Ayntraxt” üzərində qazanılan qələbədən sonra “Qarabağ” klubunu təbrik edib. Musavat.com Prezidentin təbrik paylaşımını təqdim edir: “Çempionlar Liqasının əsas mərhələsində “Ayntraxt” komandası üzərində parlaq qələbə qazanması münasibətilə Qarabağ futbol klubunu ürəkdən təbrik edirəm! Hakimin ədalətsiz və qərəzli qərarlarına baxmayaraq, haqq-ədalət öz yerini tapdı. Birinci dəfə deyil ki, UEFA tərəfindən təyin edilən hakimlər ədalətsiz və qərəzli qərarları ilə Qarabağın qələbə yolunu kəsməyə çalışırlar. Ümid edirəm ki, UEFA bu hakimin kimin tərəfindən təyin olunmasına aydınlıq gətirəcək. Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın…

Read More
Siyasət 

Prezident İlham Əliyev Davosda “Vitol” şirkətinin baş icraçı direktoru ilə görüşübFOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda “Vitol” şirkətinin baş icraçı direktoru Rassel Hardi ilə görüşüb. Musavat.com xəbər verir ki, söhbət zamanı Azərbaycanda həyata keçirilən neft strategiyası barədə məlumat verildi, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində roluna toxunuldu. Bu xüsusda bir neçə Avropa ölkəsinin, o cümlədən Avropa İttifaqına bir sıra üzv dövlətlərin Azərbaycan qazı ilə təchiz edilməsi vurğulandı. Görüşdə ölkəmizlə bu şirkət arasında əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı. Qeyd edək ki, baş ofisi Rotterdam şəhərində yerləşən “Vitol” dünyanın aparıcı neft ticarəti şirkətlərindən biridir. 1966-cı ildə qurulan “Vitol” qrupu…

Read More
Siyasət 

İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə bağlı nümayəndə heyətini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalamı, “Zayed İnsan Qardaşlığı Mükafatı”nın münsiflər heyətinin üzvləri – Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişeli və Afrika İttifaqı Komissiyasının sabiq sədri Musa Fakini qəbul edib. Musavat.com həmin görüşdən hazırlanan materialı təqdim edir. Azərbaycana həmişə məmnunluqla səfər etdiklərini deyən qonaqlar qəbula görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Onlar 2026-cı il üzrə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi ilə bağlı göstərdiyi səylərə görə Prezident İlham Əliyevə təqdim olunacağını bildirərək, bu il fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı…

Read More
Siyasət 

Trampla İlham Əliyev arasında məktub mübadiləsi oldu

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb. Musavat.com-un məlumatına görə, məktubda deyilir: “Hörmətli cənab Prezident. Sizi – Azərbaycan Respublikasının Prezidentini Yaxın Şərqdə sülhü möhkəmləndirmək üçün, eyni zamanda, qlobal münaqişənin həll olunmasına yeni yanaşma üsuluna qədəm qoymaq yolunda son dərəcə mühüm əhəmiyyət daşıyan tarixi və möhtəşəm səyimizə qoşulmağa dəvət etməkdən böyük şərəf duyuram. Mən 2025-ci il sentyabrın 29-da Qəzza münaqişəsinə son qoymaq üçün əhatəli plan elan etdim. Bu, Ərəb dünyası, İsrail və Avropa da daxil olmaqla, bütün dünya liderləri və əsas dövlət başçıları tərəfindən sürətlə qəbul…

Read More
Siyasət 

Azərbaycan və İsrail prezidentləri görüşdü – FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla görüşüb. Musavat.com xəbər verir ki, söhbət zamanı İsxak Hersoqun ölkəmizə səfərləri və dövlət başçısı ilə görüşləri məmnunluqla xatırlanıb. Azərbaycan-İsrail münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafı vurğulanıb. İqtisadi, ticari, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu qeyd edilib. Azərbaycan və İsrail prezidentləri əməkdaşlığın perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.

Read More
Siyasət 

İlham Əliyev: Resurslarımız iqtisadi nailiyyətlərimizi artırmağa və insanların həyat səviyyəsini yaxşılaşdırmağa imkan verib

Uzun illər ərzində bizim üçün əsas prioritet enerji sektoru olub. Çünki resurslarımız bizə iqtisadi nailiyyətlərimizi artırmağa və insanların həyat səviyyəsini yaxşılaşdırmağa imkan verib. Musavat.com xəbər verir ki, bunları Azərbaycan Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə müxtəlif ölkələri təmsil edən biznes nümayəndələrinin suallarının cavabında deyib. Bu gün enerji layihələrinin böyük hissəsinin artıq tamamlandığını vurğulayan dövlətimizin başçısı bildirib: “Biz fəaliyyətimizi davam etdiririk və beynəlxalq bazarlara təqdim edəcəyimiz daha çox imkanlarımız olacaq. Lakin əsas prioritet artıq qeyri-enerji sektoru, yəni neft və qazdan kənar…

Read More