Siyasət 

Azərbaycan və BƏƏ arasında 14 sənəd imzalanıb

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında 14 sənəd imzalanıb.  ARANTV.AZ  xəbər verir ki, həmin sənədlər Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə geniş tərkibdə görüşü zamanı imzalanıb. Belə ki,  “Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə”, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin İnsan Resursları və Əmirlikləşmə Nazirliyi arasında işçi qüvvəsinin mütəşəkkil qaydada müvəqqəti işə cəlb olunması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. Bundan başqa, “Azərbaycan Respublikasının Rəqəmsal…

Read More
Siyasət 

İlham Əliyev Al Nəhyanı yola saldı – FOTOLAR

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana rəsmi səfəri bu gün başa çatıb. ARANTV.AZ  xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanı yola salıb.

Read More
Siyasət 

Prezidentlər Şuşada Milli Xalça Muzeyində – FOTOLAR

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Milli Xalça Muzeyinin Şuşa filialında olublar. ARANTV.AZ  xəbər verir ki, ali qonağa filialın fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, Milli Xalça Muzeyinin Şuşa filialının XIX əsrin ikinci yarısında tikilmiş binası şəhərin Yuxarı məhəlləsində yerləşir. İşğal dövründə bina yararsız hala düşdüyündən və tarixi görkəminə müdaxilələr edildiyindən burada 2021-ci ildən etibarən Heydər Əliyev Fondu tərəfindən bərpa işlərinə başlanılmışdı. İşğal dövründə Azərbaycan Milli Xalça Muzeyi filialda saxlanılan sənət nümunələrinin təhlükədə olduğunu nəzərə alaraq, 1992-ci il fevralın…

Read More
Siyasət 

Azərbaycan və BƏƏ prezidentləri Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublarFOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan sentyabrın 16-da Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar. ARANTV.AZ  xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlət başçısına və Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə həyata keçirilən işlər barədə məlumat verdi. Qeyd edək ki, təməli 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən qoyulan bu məscid tarixi şəhər olan Şuşada modern memarlıq nümunəsi kimi seçiləcək. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, məscidin forması 8 rəqəmini əks etdirəcək ki, bu da Şuşanın işğalçılardan azad olunduğu günü…

Read More
Siyasət 

Prezidentlər Şuşada güllələnmiş heykəllərə baxdılar – FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan sentyabrın 16-da Şuşada Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin erməni işğalçıları tərəfindən güllələnmiş heykəllərinə baxıblar. Musavat.com bildirir ki, Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə ermənilərin işğal zamanı bu heykəlləri Ermənistana apararaq orada əritmək istədikləri barədə məlumat verilib. Ümummilli Lider Heydər Əliyevin müdaxiləsi nəticəsində bu heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib. Bir müddət Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılan heykəllər Şuşa işğaldan azad olunduqdan sonra öz əvvəlki yerlərinə qaytarılıb.

Read More
Siyasət 

BƏƏ Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi – FOTOLAR

Şuşada Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın sentyabrın 16-da rəsmi qarşılanma mərasimi olub. ARANTV.AZ xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Fəxri qarovul dəstəsinin rəisi Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə raport verib. Birləşmiş Ərəb Əmirliklərinin və Azərbaycan Respublikasının Dövlət himnləri səslənib. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb…

Read More