Siyasət 

Ərdoğan Azərbaycanı TƏBRİK ETDİ

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı təbrik edib. Bu barədə Türkiyə prezidenti “X” səhifəsində paylaşım edib. “Qafqaz İslam Ordusunun komandanı Nuri Killigil Paşanın və bütün qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edir, qardaş Azərbaycan xalqına salam və sevgilərimi çatdırıram”, – paylaşımda bildirilir.

Read More
Siyasət 

Prezident Şuşada Bayraktaroğlunu qəbul etdi – FOTO

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Şuşada Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Selçuk Bayraktaroğlunu qəbul edib. ARANTV.AZ  xəbər verir ki, qəbula görə minnətdarlığını bildirən Selçuk Bayraktaroğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib. Görüşdə ölkələrimiz arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyi vurğulanıb. Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ölkələrin olmadığını deyən dövlət başçısı qeyd edib ki, birliyimiz dünya miqyasında önəmli amildir. Prezident İlham…

Read More
Siyasət 

Prezident sərəncam imzaladı

Azərbaycan Respublikası ilə ICESCO arasında uğurlu əməkdaşlıq əlaqələrinin inkişafında xidmətlərinə görə ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl‑Malik “Dostluq” ordeni ilə təltif edilib. ARANTV.AZ  xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Read More
Siyasət 

Ermənilərə “ağrı verən” dağ – Ağrıdağın “erməni kimliyi” ilə nə əlaqəsi?!

Ermənistanın sabiq XİN rəhbəri Vardan Oskanyanın son açıqlaması bir daha göstərdi ki, İrəvan siyasi elitası hələ də qeyri-realist, işğalçı düşüncədən əl çəkməyib. Oskanyan pasportlardan və dövlət simvollarından Ağrıdağın (Ararat) təsvirinin çıxarılması ehtimalını “təhlükəli güzəşt” adlandıraraq bunun guya “erməni kimliyi” ilə bağlı olduğunu iddia edib. Əslində isə bu, Ermənistanın ənənəvi siyasətinin – başqa dövlətin ərazisinə göz dikməyin açıq nümunəsidir. “Araratın dövlət sənədlərindən və simvollarından çıxarılması bizi ən dərin köklərimizdən ayırmaq deməkdir. Bunu Türkiyənin təzyiqi altında etmək təhlükəli güzəştdir”, – deyə Oskanyan vurğulayıb. Tarixi və coğrafi faktlar birmənalıdır: Ağrıdağ Ermənistanın yox, Türkiyənin ərazisində…

Read More
Siyasət 

“Dövlətimizin başçısı bu səfərlərlə həm görülən işlərə nəzarət edir, həm də…”

“Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xocavənd və Xocalıya növbəti səfəri bir daha təsdiq etdi ki, işğaldan azad edilmiş ərazilərdə həyat tamamilə yeni mərhələyə qədəm qoyub. Bu səfər həm mənəvi baxımdan dərin rəmzi məna daşıyır, həm də Azərbaycanın yenidənqurma və inkişaf yolunda nə qədər qətiyyətli olduğunu göstərir. Əgər bir zamanlar bu torpaqlarda viranəlik və sükut hökm sürürdüsə, bu gün dövlətimizin iradəsi və xalqımızın birliyi nəticəsində azad edilmiş ərazilərimiz dirçəlir, canlanır, inkişaf edir”. Bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Səbinə Salmanova deyib. Onun sözlərinə…

Read More
Siyasət 

İlham Əliyev: Uzun illər köçkün həyatı yaşamış insanlar ən gözəl şəraitə layiqdirlər

Uzun illər köçkün həyatı yaşamış insanlar ən gözəl şəraitə layiqdirlər. ARANTV.AZ  AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Xocalı rayonunun Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşündə bildirib. Dövlətimizin başçısı qeyd edib: “Mən xatırlayıram, o vaxt işğal dövründə köçkünlərlə çoxsaylı görüşlərimdə deyirdim ki, sizin üçün dövlət şərait yaratmağa çalışır və biz bunu etmişdik. Təqribən 300 minə yaxın keçmiş köçkün dövlət tərəfindən evlərlə, mənzillərlə təmin edilmişdi”.

Read More
Siyasət 

Prezident: Bütün siyasi addımlarımızın mərkəzində Azərbaycan vətəndaşı dayanır

Bütün Qarabağ, bütün Şərqi Zəngəzur tikinti meydançasıdır. Qısa müddət ərzində bu gözəl evlərin bərpası, tikintisi, bütün infrastrukturun yaradılması bizim gücümüzü, niyyətimizi göstərir. ARANTV.AZ  AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Xocalı rayonunun Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşündə söyləyib. “Əsas odur ki, bütün siyasi addımlarımızın mərkəzində Azərbaycan vətəndaşı dayanır”, – deyə dövlətimizin başçısı əlavə edib.

Read More
Siyasət 

“Separatçılığın kitabı bağlandı”

“Separatçılığın kitabı bağlandı və Azərbaycan tam suverenliyini bərpa etdi”. Bunu Prezident İlham Əliyev Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşdə bildirib. “Doğma Qarabağ torpağında artıq gəlib yerləşdiniz. Burada bir neçə kəndin sakinləri görüşə gəlib. Bu gün bir neçə kənddə olmuşam, sabah da davam edəcək. Bütün Qarabağ artıq tam nəzarət altındadır və bildiyiniz kimi, bu ərazi iki il bundan əvvəl işğalçılardan azad edildi. Elə bu günlərdə – sentyabrın 19-20-də şanlı Ordumuz separatçılığa son qoydu. Onunla da separatçılığın kitabı bağlandı və Azərbaycan tam suverenliyini bərpa etdi. “Böyük Qayıdış” Proqramı…

Read More