Siyasət 

“Bir şeyi hesablaya bilməmişdilər” – Prezident

“Ermənistan və arxasında duranlar torpağımızı geri qaytarmaq fikrində deyildilər”. Bunu Prezident İlham Əliyev Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşdə bildirib. “Biz uzun illər çalışırdıq ki, Qarabağ münaqişəsi sülh yolu ilə həll olunsun. Ancaq Ermənistan tərəfi, onun arxasında duranlar başqa fikirdə idilər. Yəni, onlar torpağımızı geri qaytarmaq fikrində deyildilər. Onlar və onların arxasında duranlar, böyük dövlətlərin rəhbərləri onlara ürək-dirək verərək elə bil ki, bu işğalı daimi etmək istəyirdilər. Amma bir şeyi hesablaya bilməmişdilər, o da Azərbaycan xalqının iradəsi, gücü, Vətən torpağına olan bağlılığı, Azərbaycan əsgərinin şücaəti, qəhrəmanlığı…

Read More
Siyasət 

Prezident İlham Əliyev Seyidbəyliyə getdi- FotolarFOTO

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 15-də Xocalı rayonunun Seyidbəyli kəndində olub. ARANTV.AZ  xəbər verir ki, dövlət başçısına kənddə görülmüş işlər barədə məlumat verildi. Qeyd edək ki, Seyidbəyli kəndi 2023-cü ilin sentyabrında Silahlı Qüvvələrimizin həyata keçirdiyi antiterror əməliyyatı zamanı Azərbaycanın nəzarətinə keçib. Bundan sonra kəndin sosial infrastrukturunun qurulmasına başlanılıb. Belə ki, 30 kilometr uzunluğunda mövcud elektrik xətti bərpa olunub, 2 ədəd transformator quraşdırılaraq, sayğaclaşdırma işlərinə start verilib. Magistral qaz xətləri çəkilib, 5,7 kilometr uzunluğunda mövcud qaz xətti, həmçinin su anbarı, subartezian quyusu bərpa edilib, içməli su şəbəkəsi yenidən qurulub. Kənddə bayraq…

Read More
Siyasət 

Prezident Xocalının Daşbulaq kəndində tut bağında görülmüş işlərlə tanış olub

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 15-də Xocalı rayonunun Daşbulaq kəndində 13 hektar sahədə salınmış tut bağında olub. ARANTV.AZ  xəbər verir ki, dövlət başçısına görülmüş işlər barədə məlumat verildi. Bildirildi ki, burada Çin Xalq Respublikasından idxal olunmuş 130 min ting əkilib. Tut bağında damcılı suvarma sistemi yaradılıb. Qeyd olunub ki, 2026-cı ildə 100 ton, 2030-cu ildə isə 500 ton tut yarpağının istehsalı planlaşdırılır. Proqnozlaşdırılan barama istehsalı gələn ildən başlayaraq 5 il ərzində 60 tondur. Bu ilin oktyabr-noyabr aylarında əlavə 150 hektar sahədə damcılı suvarma sisteminin tətbiqi və təxminən 1,5 milyon tut…

Read More
Siyasət 

Füzulidə salınacaq Qaraxanbəyli kəndinin layihəsinin detalları açıqlanıb

Prezident İlham Əliyevin təməlini qoyduğu Füzuli rayonunun Qaraxanbəyli kəndi 6 000 nəfərə yaxın əhaliyə hesablanıb. ARANTV.AZ  xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev “X” sosial şəbəkəsində hesabında bildirib. O qeyd edib ki, gələn il yekunlaşdırılması nəzərdə tutulan 1-ci mərhələdə 87 hektar ərazidə 404 ailənin (1861 nəfərin) köçürülməsi məqsədilə 81 iki, 202 üç, 101 dörd, 20 beşotaqlı olmaqla ümumilikdə 404 fərdi evin inşası planlaşdırılır: “Kənddə sosial infrastrukturun, o cümlədən inzibati və xidmət binalarının, məktəbin, uşaq bağçasının, tibb məntəqəsinin inşası, 16 kilometrə yaxın daxili yolların, həmçinin elektrik,…

Read More
Siyasət 

“Separatçılığın kitabı bağlandı”

“Separatçılığın kitabı bağlandı və Azərbaycan tam suverenliyini bərpa etdi”. Bunu Prezident İlham Əliyev Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşdə bildirib. “Doğma Qarabağ torpağında artıq gəlib yerləşdiniz. Burada bir neçə kəndin sakinləri görüşə gəlib. Bu gün bir neçə kənddə olmuşam, sabah da davam edəcək. Bütün Qarabağ artıq tam nəzarət altındadır və bildiyiniz kimi, bu ərazi iki il bundan əvvəl işğalçılardan azad edildi. Elə bu günlərdə – sentyabrın 19-20-də şanlı Ordumuz separatçılığa son qoydu. Onunla da separatçılığın kitabı bağlandı və Azərbaycan tam suverenliyini bərpa etdi. “Böyük Qayıdış” Proqramı…

Read More
Siyasət 

Prezident İlham Əliyev: Son 5 ilin tarixi Zəfər tarixidir

Son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir. ARANTV.AZ  xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşündə söyləyib. “Şadam ki, siz artıq öz doğma dədə-baba torpağınıza gəlmisiniz, yerləşmisiniz. Sizin üçün burada şərait yaradılıb, evlər tikilib, təmir edilib. Bütün şərait var – su, qaz, elektrik, istilik, məktəb, tibb məntəqəsi, yollar. Ən önəmlisi bura doğma Qarabağ diyarıdır”, – deyə dövlətimizin başçısı əlavə edib.

Read More
Siyasət 

İlham Əliyev Qırmızı Bazar, Hadrut qəsəbələri və Sos kəndinin sakinləri ilə görüşübFOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşüb. ARANTV.AZ  xəbər verir ki, dövlətimizin başçısı sakinlərlə söhbət etdi. Qadın sakin: Xoş gəlmisiniz. Prezident İlham Əliyev: Sağ olun, siz də xoş gəlmisiniz. Qadın sakin: Xoş gəlmisiniz, şükür bugünkü günümüzə, 30 illik həsrətə son qoyduq. Prezident İlham Əliyev: Xoş gəlmisiniz, son qoyduq. Qadın sakin: Allah canınızı sağ eləsin. Prezident İlham Əliyev: Sağ olun. Kişi sakin: Hörmətli Prezident, xoş gəlmisiniz. Qadın sakinlər: Allah köməyiniz olsun. Prezident İlham Əliyev: Çox sağ olun. Digər kişi sakin: Xoş gəlmisiniz. Siz gələn yollar, ayağınız…

Read More