Hadisə 

Bakıda kişi işlədiyi “parnik”i qarət etdi

Bakının Xəzər rayonunda yerləşən istixanaların birindən elektrik naqillərinin oğurlanması barədə polisə məlumat daxil olub. DİN mətbuat xidmətindən Musavat.com-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 30 yaşlı N.Həmidli müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı onun oğurluq etdiyi istixanada çalışdığı məlum olub. Araşdırmalar davam etdirilir.

Read More
Hadisə 

24 yaşlı qız Nizami məqbərəsində körpüdən yıxıldı – FOTOLAR

Gəncədə qadın körpüdən yıxılaraq yaralanıb. Musavat.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə Gəncə-Bakı avtomobil yolunda Nizami Gəncəvinin məqbərə-kompleksinin körpüsündə qeydə alınıb. Belə ki, xəsarətlər alan 2002-ci il təvəllüdlü Zinyət Əşrəfova xəstəxanaların birinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti orta ağırdır. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi ehtimal edilir. Faktla bağlı araşdırma başlanılıb.

Read More
Hadisə 

65 yaşlı kişi faciəvi şəkildə öldü

Beyləqan rayonunda bədbəxt hadisə nəticəsində 65 yaşlı kişi həyatını itirib. Hadisə rayonun Xaçınabad kəndi ərazisində baş verib. Belə ki, kənd sakini, 1961-ci il təvəllüdlü İsmayıl İsmayılov elektrik xəttində təmir işi apararkən onu elektrik cərəyanı vurub. Nəticədə o, hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır.

Read More
Hadisə 

Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan dörd nəfər saxlanılıb

Azərbaycanda martın 24-də dələduzluğa görə axtarışda olan dörd nəfər saxlanılaraq istintaqa təhvil verilib. Musavat.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, ötən gün ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan dörd nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Read More
Hadisə 

Zərdabda maşın kanala düşdü- 2 ölü, 4 yaralı

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Musavat.com “Zerdabcom saytı”na istinadən xəbər verir ki, hadisə rayonun Əlvəd kəndi ərazisində qeydə alınıb. Məlumata görə, “Hyundai SantaFe” markalı avtomobil idarəetmədən çıxaraq su kanalına aşıb. Qəza nəticəsində Nəsibov Rasim Yaqub oğlu və Nəsibova Paket Kamran qızı hadisə yerində həyatını itirib. Hadisə zamanı daha 4 nəfər – Vidadi Nəsibov, Vəkil Abışov, Ramilə Baxışova və Umud Mütəllimov xəsarətləri alıblar.

Read More
Hadisə 

Axtarışda olan 30 nəfər saxlanıldı

Martın 23-də ölkə ərazisində qeydə alınan 40, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidmətindən Musavat.com-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 30, o cümlədən borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. ⁠Narkotiklərlə əlaqəli 2, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 19 fakt müəyyən edilib. ⁠Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.

Read More
Hadisə 

Azərbaycanda AĞIR QƏZA: Xəsarət alanlar var

Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi baş verib. “Nissan” və “Opel” markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Qəzada xəsarət alanların “Opel”in sürücüsü Ruhani Cəfərov, sərnişinləri – 1989-cu il təvəllüdlü Rəvanə Cəfərova, 1966-cı il təvəllüdlü Təranə Mütəllimova və 1950-ci il təvəllüdlü Sevil Əsədova olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. (APA)

Read More