Hadisə 

İranda müharibə gedir, Bakıda iranlı narkobaronların narkotik satışı dayanmır…

İranda müharibə gedir. Generallar qətlə yetirilir, alimlər öldürülür, paytaxt Tehran da daxil olmaqla İranın əksər şəhərlərində raketlər partlayır. Bakının küçələrində isə İrana bağlı başqa bir “müharibə” dayandırmaq mümkün olmur. İllərdir davam edən bu görünməz davanın Azərbaycan cəmiyyətinə vurduğu zərbə real döyüş silahlarının vurduğu zərbədən geri qalmır. İrandan daşınan narkotik gənc nəsli ən son silahlardan betər “vurur”, məhv edir. Səbaildə polisin keçirdiyi son əməliyyat 2 narkokuryer saxlanılıb, onlarda 12 kiloqram narkotik vasitə aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə Səbail Rayon Polis İdarəsi 41-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri…

Read More
Hadisə 

DİN qanunsuz saxlanılan silah-sursat aşkarlayıb

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iyunun 23-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 3 tapança, 6 qumbara, 7 tüfəng, 4 patron darağı və 584 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Read More
Hadisə 

Bakıda magistral yolda TƏHLÜKƏLİ ANLAR – Hərəkətdə olan maşının təkəri çıxdı

Bakıda magistral yolda təhlükəli anlar yaşanıb. Bu barədə görüntülər BAKU.WS-in “qaynar xətti”nə daxil olub. Bildirilib ki, aerport yolunda bu gün səhər saatlarında hərəkət edən yük maşınının təkəri çıxıb. Kadrlardan da görünür ki, təkər hərəkət edən digər maşınların arası ilə onlara toxunmadan keçir. Şahidinin sözlərinə görə, xoşbəxtlikdən hadisə ağır fəsadlarla nəticələnməyib. Təkəri çıxmış yük maşını isə yolun sağ tərəfinə keçərək dayanıb. Hadisə anına dair kadrları təqdim edirik:

Read More
Hadisə 

Həbsxanaya sümüyün içində heroin keçirilməsinin qarşısı alınıb

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb. Bu barədə Musavat.com-a Penitensiar xidmətdən məlumat verilib. Həbs olunmuş şəxs Orxan Məsim oğlu Gülməmmədova xalası oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman ət yeməyində olan sümüyün içərisində xüsusi üsulla gizlədilmiş 1 ədəd bükülüdə 1,137 qram heroin aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

Read More
Hadisə 

Gəncədə güclü külək avtomobil sexinin divarını uçurdu – VİDEO

Gəncədə avtomobil təmiri sexinin divarı uçub. Nəticədə bir neçə maşına ciddi ziyan dəyib. Musavat.com-un xəbərinə görə, hadisə Gəncədə “Dəyirman dairəsi”ndə yerləşən avtomobil sexində baş verib. Hadisə şahidlərinin bildirdiyinə görə, dünən əsən güclü külək sexin divarını uçurub. Nəticədə “VAZ 2107” və “Hyundai Santafe” markalı avtomobillərə ciddi ziyan dəyib. Həmin avtomobillər sexə təmir üçün gətirilibmiş.

Read More
Hadisə 

Bakıda supermarket işçiləri arasında dava: Müdir işçini ürəyindən bıçaqladı

Bakıda “Grandmart” marketlər şəbəkəsinin əməkdaşları arasında bıçaqlaşma olub. Hadisə metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında baş verib. Marketlər şəbəkəsinin satış müdiri Seyid Əli şəbəkənin “WhatsApp” qrupunda marketin mallarının sayında əskik olması barədə məlumat yazıb və nəticədə satış şöbəsinin meneceri Fuadla aralarında mübahisə yaranıb. Mübahisə şəxsi yazışmada daha da qızışıb və şöbə müdiri ilə menecer görüşməyi qərara alıblar. Tərəflər metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında görüşüblər və dava yaranıb. Dava zamanı Seyid Əli Fuadı ürəyindən və ayağından bıçaqlayıb. Fuad yaralı vəziyyətdə öz avtomobili ilə xəstəxanaya gəlib və orada əməliyyat olunub. Faktla bağlı cinayət…

Read More
Hadisə 

Həcc ziyarətindən dönən zəvvar VƏFAT ETDİ

Həcc ziyarətindən dönərkən təyyarədə halı pisləşərək xəstəxanaya yerləşdirilən zəvvar Tural Mehdiyev vəfat edib. Məlumata görə, uçuş zamanı əlil arabasında olan fiziki məhdudiyyətli zəvvarın səhhəti qəflətən pisləşib. Bu səbəbdən pilotlar təcili qərar qəbul edərək, təyyarəni ən yaxın hava limanı olan İranın Rəşt şəhərinə endirmək məcburiyyətində qalıblar. Tural Mehdiyev və onun qardaşı Xəyal Mehdiyev İranda təcili tibbi yardım maşını ilə xəstəxanaya yola salınıblar. Sonra isə vəziyyəti stabilləşən zəvvar Bakıya gətirilib. Təəssüf ki, həkimlərin səyinə baxmayaraq, yenidən halı pisləşən zəvvarı xilas etmək

Read More
Hadisə 

Ötən gün ölkə ərazisində 52 kiloqramdan çox narkotik aşkarlanıb

Azərbaycanda iyunun 20-də 52 kiloqramdan çox narkotik aşkarlanıb. Bu barədə Musvat.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 20-də ümumi çəkisi 52 kiloqramdan artıq narkotik vasitə, 299 ədəd psixotrop tərkibli həb və 769 ədəd kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolu götürülüb, yabanı halda bitmiş ümumi çəkisi 13,4 tondan artıq 20359 ədəd çənətə kolu isə aşkar olunaraq məhv edilib.

Read More
Hadisə 

Onlayn kredit götürmək istədi, qarşı tərəfin dələduzluğunun qurbanı oldu

Onlayn kredit götürmək istəyən şəxsin başına iş gəlib. Paytaxt sakini Həsən Məmmədov iddia edir ki, ötən il sosial şəbəkələrin birindən tapdığı səhifəyə kredit üçün müraciət edib, bunun üçün onlara şəxsiyyət vəsiqəsinin şəklini də göndərib. Lakin daha sonra Həsən Məmmədov onların dələduz olduğunu anlayaraq, vəsiqəsinin şəklini mesajlardan silib, lakin o, gözləmədiyi hadisə ilə qarşılaşıb. Həsən Məmmədov bildirib ki, ona məxsus şəxsiyyət vəsiqəsi ilə səhifə sahibi tərəfindən digər şəxslərə qarşı dələduzluq edilib. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov deyib ki, vətəndaş Həsən Məmmədovun…

Read More